TƏHLÜKƏ ZİYA MƏMMƏDOVA YAXINLAŞIR! – Sabiq nazirin yaxınlarının “vurulmasına” başlanıldı

Dərc olunub: 21/09/2017 - 15:18

2f0ef39680122cdb7fe7ada9889701

Sabiq nazirin ailə üzvünün Türkiyədə dəbdəbəli moda dəfiləsi keçirməsini əks etdirən fotoların ölkə mediasına sızdırılmasından sonra bacısının məktəbində yoxlamalar başladı

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov vəzifəsini itirdikdən sonra sakit həyat yaşamağa başlayacağı gözlənilsə də, son günlər onun adı ətrafında qalmaqallı və müəmmalı proseslər baş verməkdədir. Məmmədovlar hakimiyyətdə etibarlarını  itirdikdən sonra Z.Məmmədov vəzifəsini, qardaşı deputatlıq kürsüsünü, ailə biznesinə rəhbərlik edən oğlu Anar Məmmədov isə iddialara inansaq, Azərbaycanda yaşamaq hüququnu itirib. Vaxtilə ölkənin ən iri oliqarxı olan Məmmədovların biznes imperiyası daha əvvəlki kimi qüdrətli deyil, sözlərinin kəsəri qalmayıb.

Onlar isə bu durumla barışmır, imkan düşdükcə “boy göstərməyə” çalışırlar. Elə bu günlərdə Anar Məmmədovun ailə üzvünün Türkiyədə dəbdəbəli moda  dəfiləsi keçirməsini əks etdirən fotoların ölkə mediasına sızdırılması da deyilənlərə sübut ola bilər. Yada salaq ki, iki ay əvvəl Elton Məmmədovun medianın yaxşı tanıdığı oğlu Aynar Məmmədov Bakıda yeni çay evinin açılışını etmişdi. Mərasimə şou-biznes nümayəndələrini dəvət edən Aynar Məmmədov daha böyük və ciddi layihələr həyata keçirmək gücünü itirsə də, hələ “ayaqda olduqları” mesajını verdi.

Təsadüfi deyil ki, Məmmədovların qapıları aylardır bağlı olan “Yelkən hoteli”nin axşamlar rəngbərəng işıqları yandırılır ki, işləməyən bir obyektə bu qədər işıq pulu xərclənməsi özü maraq doğurur. Bunlar oxucu üçün xırda detallar kimi görünə bilər, Məmmədovlar üçün isə bu işıq özü belə təskinlikdir.

Image result for Garant holding

Aylardır ölkədə olmayan oğlunun  bir müddət öncə facebook hesabında dibçəkdə əkilmiş narıncı meyvə şəklini paylaşması da  müxtəlif  reaksiyalar doğurmuşdu. Narıncı rəngin Azərbaycanda daha çox “inqilab”la  assosiasiya olunduğunu yada salmaq kifayətdir... Yeri gəlmişkən, oğlu Məmmədovun rəhbərlik etdiyi “Garant Holdinq”in fəaliyyəti ilə bağlı da indi informasiya almaq müşkülə çevrilib. Şirkətin qapısının bağlandığı, bəzi xəbərlərə görə isə fəaliyyətinin tam məhdudlaşdırıldığı, bütün aktivləri – hotellərdən tutmuş restoranlaradək satışa çıxarıldığı da yayılan xəbərlər sırasındadır.

Image result for Anar Məmmədov

Sabiq nəqliyyat naziri “Nizami” metrostansiyasının yaxınlığında, Xarici İşlər Nazirliyinin arxasında yerləşən tikilidəki 250 kv.m sahəsi olan mənzilini 750 min manata satışa çıxardığı artıq təsdiqlənmiş informasiyadır. Z.Məmmədov özü mediaya çıxmır, iki gün əvvəl isə jurnalistlərdən birinin sualına “siz açıqlama yox, bağlama alırsınız” deyərək telefonu qapatması sabiq nazirin motivasiyasının yerində olmadığına işarədir. Məmmədovlar hakimiyyətdən uzaqlaşdırılması ilə barışa bilmir və deyilənə görə, iqtidarda xeyli adamı “qara siyahı”ya da salıblar.

Image result for Ziya məmədov evini

Z.Məmmədovun təhlükədən qurtula bildiyi haqda da iddialar var. Onun və müavini Arif Əsgərovun  dəmiryoluna ayrılmış pulları necə korrupsiya yeminə çevirdiyi hazırda Strasburqda məhkəmə predmetidir. Məmmədovların “boy göstərmək” istədiyi bir vaxtda isə ailənin daha bir üzvünün adı ətrafında ciddi qalmaqal yaranıb.  Belə ki, sabiq nazirin bacısının uzun illərdir rəhbərlik  etdiyi “Tərəqqi” liseyində yoxlamalar başlayıb. Dünən gün ərzində  bu mövzuda müxtəlif ziddiyyətli xəbərlər yayılıb.

Məsələn, direktorun qardaşı Elton Məmmədov deyib ki, heç bir yoxlama-filan yoxdur, üstəlik bacısı da iş başındadır. Bakupost.az saytı isə yazıb ki, liseydə yoxlama başlamazdan əvvəl Təhsil Nazirliyinin məsul şəxsləri xanım direktora işdən çıxması ilə bağlı könüllü ərizə yazmasın tələb ediblər.

Image result for Məhbubə Məmmədova

Əməkdar müəllim olan M.Məmmədova isə bunun üçün heç bir səbəb olmadığını göstərərək, ərizə yazmaqdan imtina edib. “Buna görə də nazirlik yoxlama ilə  direktoru cəzalandırmaq, onu işdən çıxarmaq qərarını verib”, deyə, xəbərdə bildirilib.

Liseydən daxil olan məlumatda bildirilir ki, Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin xeyli əməkdaşı yoxlamalara başlayıb, hətta həmin gün müəllimlərinin lisey ərazisini tərk etməsinə icazə verməyib. Onu rüşvətdə suçlamaq üçün lazımı materiallar toplandığı  da gələn informasiyalar arasındadır.

M.Məmmədovaya yüksək qan təzyiqi ilə yaxınlıqdakı xəstəxanaların birinə getdiyi iddia olunub. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov APA-ya açıqlamasında “Tərəqqi” liseyində araşdırma aparıldığını təsdiqləyib. C.Valehov yoxlamanın nə ilə bağlı olduğunu açıqlamayıb. M.Məmmədovanın işdən çıxarılması barədə yayılan məlumatlara gəlincə, C.Valehov bunu təsdiqləməyib. Bəzi saytlar isə direktorun işdən çıxarıldığını iddia edib.

Image result for Tərəqqi liseyi

İstənilən halda, dərs ili başlayan kimi vaxtilə şikayətlərə baxmayaraq kimsənin yoxlamaya cəsarət etmədiyi, M.Məmmədovanın isə özünü tam arxayın hesab etdiyi bir müəssisədə yoxlamalar başlaması diqqəti yenidən Z.Məmmədovun personasına  yönəldib.  Adətən hakimiyyət “vurulmuş” məmurların ətrafını  o vaxt  “təmizləyir” ki, o adamların ciddi yanlışları olur. Məmmədovların iqtidara dönüklüyü səbəbindən “vurulması” ən çox səslənən versiyadır. M. Məmmədovanın sonrakı taleyinin necə olacağı barədə birmənalı fikir yürütmək  mümkün deyil. Amma fakt faktlığında qalır ki, Məmmədovlar “həm suçlu, həm də güclü” olmaq istəmələrinin bəlasını çəkirlər. Bu isə təkcə məktəb direktorunun işdən çıxarılması ilə bitməyə də bilər.

Təhlükə şəxsən Z.Məmmədova doğru gəlir… Adlada biləcəkmi?(musavat.com)

Qeyd edək ki, bu gün Baş Prokurorluq Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU)  sabiq rəhbərliyi ilə bağlı cinayət işinin açıldığını bəyan edib. Cinayət işi Hesablama Palatasının Azərbaycan Dövlət İqtisad Universitetinə (ADİU) ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası ilə bağlı araşdırmalarının nəticəsi olaraq açılıb.   Belə ki, Hesablama Palatasının Kollegiyası ADİU tərəfindən təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib. Bu haqda başqa yazıda geniş məlumat verilib.

172587_444000

Ancaq maraqlı faktlardan biri də ondan ibarətdir ki,  Azərbaycan Dövlət İqtisad Universitetinin keçmiş rektoru, hazırda deputat olan Şəmsəddin Hacıyev də  sabiq nazir Ziya Məmmədovun yaxın şəxslərdən biri hesab olunur. Hətta onun təqdimatı ilə rektor  və deputat olduğu iddia edilir. Bu baxımdan  Ziya Məmmədovun yaxın ətrafının “vurlduğu” bir vaxtda Şəmsəddin Hacıyev rəhbərlik etdiyi dövrlərdə Azərbaycan Dövlət İqtisad Universitetində baş verən qanunsuzluqlarla bağlı cinayət işinin açılması təsadüfə oxşamır.

Rasim
AzPolitika.info


loading...




Fikrinizi bildirin