Pərviz Həşimli generala müraciət etdi

Jurnalist saxlanma şəraitindən şikayətlənir

MTN-nin İstintaq Təcridxanasında saxlanılan jurnalist Pərviz Həşimli milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib. O, müraciətində minimal hüquqlarının təmin olunmasını istəyib. Bu barədə jurnalistin vəkili Elçin Sadıqov "Azadlıq" a məlumat verib. "Pərviz müraciətində yazıb ki, saxlanma yerləri ilə bağlı Baş Prokurorluq və MTN nin razılaşdırdığı qaydalara riayət olunmur. Ailəsi ilə görüşünə icazə verilmir, məktub və telefonla ünsiyyət yaratmağa da imkan verilmir. Qəzetlərin də ona çatdırılmadığını bildirib".

Vəkil bildirib ki, 7 oktyabrda jurnalist barədə seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə apellyasiya şikayəti verib.

O əlavə edib ki, P. Həşimli ilə görüşdən çıxarkən yenidən əlindəki qeydləri alıb rəisin otağında sürətin çıxarıblar. Vəkil bunun qanunsuz olduğunu desə də MTN-in işçisi yenə məhəl qoymayıb.

Pərviz Həşimlinin atası Kamran Həşimov Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevə müraciət göndərib. Müraciətdə yazılıb: " Məlumdur ki, MTN vaxtaşırı bəyanat yayaraq İran tərəfindən sərhədlərimizin pozulduğunu ölkə daxilinə külli miqdarda narkotik və silah-sursatın keçirildiyini bəyan edir. Siz hörmətli general verilən bu bəyanatlara bir dəfə də olsun ki, heç bir cavab reaksiyası vermirsiniz. Doğrudanmı bizim sərhədlərimiz bu dərəcədə bərbad vəziyyətdədir ki, hər dəfə bir şəxs istədiyi miqdarda silah-sursatla sərhəddimizi pozaraq ölkəyə keçir? Əgər belədirsə, ölkəmizin daxilində təhlükəli vəziyyət yaranıb. Hər tərəf, künc-bucaq, jurnalistlərin evləri silah-sursatla doludur. Hətta qoymağa yer tapmadıqları üçün tapançaları öz körpə uşaqlarının oyuncaqlarının içərisinə yerləşdirirlər ki, qoy körpələr də “silahla davranmağ”ı öyrənsinlər. Çünki torpaqlarımız düşmən işğalı altındadır".

Kamran Həşimov generala sual edir: "Hörmətli general, MTN-nin sərhədlərimizin pozulduğunu elan etdiyi vaxtlarda sizin əməkdaşlar həmin sərhəd pozulmalarının yerini , tarixini faktiki olaraq sənədləşdirirlərmi? İndiyə qədər İran tərəfindən sərhədlərimizin pozulması ilə bağlı hər hansı cinayət işi açılıbmı? MTN-nin mətubat xidmətinin yaydığı məlumata görə guya 17.09.2013-cü il tarixdə Biləsuvar rayonundan 17 km uzaqda olan kəndin ərazisində sərhəd pozuntusu olaraq ölkəmizə silah-sursatın keçirliməsi ilə bağlı hər hansı bir cinayət işi qaldırılıbmı? Əgər qaldırılıbsa nədən Sizin Dövlət Sərhəd Xidmətinin xəbər portalında , eləcə də mətbu orqan və televizyaların xəbərlərində ictimaiyyətə məlumat verilməyib? Bu suallardan sonra elə düşünməyin ki, Sizin Dövlət Sərhəd Xidmətinin fəaliyyətini qaralamaq istəyirəm. Əfsuslar olsun ki, əslində bu belə deyil. Mən hadisələrin açılması üçün Sizə müraciət etmişəm. Həqiqqətənmi illərdir ki, MTN-nin sərhədlərimizin pozulması barəsində yaymış olduğu bəyanatlar həqiqəti əks etdirir? Belədirsə, fəaliyyətiniz dövründə vaxtlı-vaxtında rütbəniz artaraq General-Leytenant səviyyəsinə çatıb. Siz bir dəfə də olsun sərhədlərin pozulmasına, ölkəyə külli miqdarda qaçaq malın gətirilməsinə görə cəza və ya rütbənin aşağı salınması cəzasını almısınızmı? Bu nə ilə bağlıdır, xüsusi toxunulmazlıq statusu ilə yoxsa MTN-lə iş birliyinizlə əlaqədardır? MTN ölkə daxilində kimlərisə ləkələmək və ya dini ekstremist qrupları tutmaq və ya məhv etmək üçün ölkəyə sərhəd pozularaq silah-sursat gətirilməsini bəyan edəndə , Sizin qrum susmalı və sərhəddin pozulmadığını deməməlidir? MTN-nin sərhəd pozulmasını qəbul edirsinizsə bu fakt gəlcəkdə Sizin əleyhinizə işləyən mənfi faktora çeviriləcəkdir. Bunula 17.09.2013-cü il tarixdə Biləsuvar rayonun 17 km məsafəsində İranla həmsərhəd kəndinin ərazisində ölkəyə keçirilmiş sila-sursatla bağlı həmin sərhəd zastavasının rəisinə, eləcə də “Saatdar”a cinayət işi qaldırılması barəsində hərbi prokurorluqda istintaq aparılırmı? Əgər aparılırsa, həmin cinayət işi barəsində bizə və ölkə ictimaiyyətinə mətbuat xidmətiniz vasitəsi ilə məlumat verməyinizi xahiş edirəm. Mən bir ziyalı kimi düşünürəm ki, mənəviyyat sahibi olan heç bir nazir öz Prezidentinə yalan informasiya verməz!".

Jurnalist Pərviz Həşimli İrandan qaçaq yolla silah gətirməkdə ittiham olunur. Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. P. Həşimlinin evində və çalışdığı “Bizim Yol”qəzeti , “moderator.az” saytında axtarış aparılıb. Axtarış zamanı ofislərdəki kompyüterlər müsadirə olunub. Evdən isə makarov tipli tapança və 30 ədəd qumbara götürülüb. P. Həşimlinin həyat yoldaşı deyib ki, həmin silahları MTN əməkdaşları özləri evə yerləşdiriblər.

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Pərviz Həşimlinin həbsini pisləyib və bu həbsi onun peşə fəaliyyəti ilə bağlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar