"TÜRKİYƏ RESTORANINDA KEFLİ ŞƏKLİNİ YAYMIŞDILAR..." - İki Fəzailin söz atışması

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a müsahibəsində həmkarı Fəzail İbrahimli ilə bağlı sərt fikirlər səsləndirib.

Belə ki, bu ilin oktyabrında Fəzail Ağamalının oğlunun qəza törətməsi xəbəri yayılsa da, sonradan bunun Fəzail İbrahimlinin oğluna aid olduğu təsdiqini tapıb.

Fəzail Ağamalı isə xəbərin yanlış yayılmasında həmkarını günahlandıraraq belə deyib.

“Həmkarım Fəzail İbrahimlinin cinayət törədən oğlunun adını övladımın adı ilə dəyişərək, düşünülmüş şəkildə oğlumu gündəmə gətirməsi çox böyük namərdlikdir. Sadəcə olaraq ona nə deyim? Görünür, bu onun həyat tərzidir. Fəzail İbrahimli üçün kiminsə kölgəsinə sığınmaq halları adi bir şeydir. Hər halda o iki gün ərzində təkzib edə bilərdi ki, gedən fikirlər yanlışdır. Amma bu cəsarəti özündə tapa bilmədi”.

Deputat Fəzail İbrahimli Modern.az-a açıqlamasında həmkarına daha sərt cavablar verib.

“Fəzail Ağamalı mətbuata verdiyi müsahibəsində mənimlə bağlı da danışıb. Burada məsələ belədir. Əgər şəxsiyyətimə təhqiramiz formada toxunulmasa idi, hesab edərdim ki, 70 yaşlı kişidir. Səhhətində problemlər var. Buna görə keçmək olar. Təəssüf ki, 70 yaşlı insan “gözünü yumub ağzını açaraq” məni ittiham edib. Deməli, oktyabrın əvvəllərində “Fəzail Ağamalının oğlu qəza törədib” adlı yazı saytların birində getdi. Elə oldu ki, həmin sayt bununla bağlı təkzib verərək, xəbərin yanlış olduğunu bildirdi və üzr istədi. Amma şər-böhtan məsələsində bunun adı ilk ağla gəldiyindən jurnalist də Ağamalının adını yazıb. Fəzail Ağamalı adını siyasi və şəxsi həyatda elə təqdim edib, bu adın altına elə minalar basdırıb ki, 17 ildir bu minaları təmizləməklə məşğulam. Elə imic formalaşdırıb ki, mənfi məsələlərdə Fəzail Ağamalının adı gündəmə gəlir. İndi də Fəzail Ağamalı məni namərdlikdə ittiham edib. Axı mən müsahibə verib deməmişəm “bu Fəzail Ağamalının oğludur, mənim oğlum deyil”. Sadəcə, məndən soruşublar, demişəm ki, oğlum qəza törətməyib, yıxılana kömək edib. Bunu deməklə məsələni öz üzərimə götürmüşəm. Axı “oğlumun xəbəri yoxdur” deməmişəm”.

Fəzail İbrahimli deyir ki, bu məsələdə qərəz var.

“Fəzail Ağamalının bu ittihamlarında qərəz var. 2 ay bundan qabaq olmuş hadisə hardan bunun yadına düşüb? Fikirləşdim ki, bu neçə vaxtdı ortada yoxdur. Onun bu hərəkəti gündəmdə qalmaqdan çox, içindən gələn bir hala bənzəyir.

Əslində bu da Fəzail Ağamalının həyat tərzidir. Şirin-şirin müsahibə verdiyin qəzet Türkiyə restoranında oturduğun kefli formada olan şəklini yaymışdı. İndi oturub həmin qəzetə tərtəmiz cümlələrlə səmimi müsahibə verirsən və Fəzail İbrahimlini namərdlikdə günahlandırırsan. Amma hər kəs bilir ki, sən kimsən. Özünə cəmiyyətdə mənfi imic formalaşdırmısan. İndi mənim adımı öz adınla eyniləşdirirsən. Ağsaqqal vaxtında belə söhbətlər edirsən. Biz neçə vaxtdır ki, Allaha dua edirik, Fəzail müəllim sağalsın, işinin başına dönsün. Bu da durub hansı məsələlərlə gündəmə gəlir... Sadəcə bir sözünə görə Fəzail Ağamalıya təşəkkür edirəm: “Biz ayrı-ayrı adamlarıq”. Doğru deyib. Təsdiqləyirəm. Allah eləməsin biz eyni adamlar olaq. Bu mənə çox ağır olardı”.

***

"Bu xəbərlər məni daha çox narahat etdi, böyük təəssüf hissi yaratdı. Guya oğlum Yalçın maşınla kimisə vurub. Sonradan bəlli oldu ki, burada çox ciddi yanlışlığa yol verilib. Qəza törədənin yaşı və maşınla bağlı məlumatlar yanlış idi". Bu sözləri millət vəkili Fəzail Ağamalı oğlu Yalçının maşınla adam vurması barədə yayılan və sonradan təkzib edilən xəbərlə bağlı Musavat.com-a müsahibəsində deyib.

O bildirib ki, həmin vaxtı Yalçının oğlu, yəni nəvəsi Türkiyədə universitetə qəbul olmuşdu və Yalçın da onun işləri ilə bağlı Türkiyədə idi. O, hadisəni törədənin kimliyini də bildirib: “Hadisəni həmkarım Fəzail İbrahimlinin oğlu törətmişdi. Onun oğlu həqiqətən qəza törədib, adam vurub. Bunlar olan şeydir. Allah hər kəsdən uzaq eləsin. Kim indi bundan sığortalanıb? Yaxşı ki, həmkarımın oğlu vurduğu adamı xəstəxanaya aparıb, bədbəxt hadisə də baş verməyib. Oğlumun adını bu cür hallandırmaq məndə çox təəssüf hissi yaratdı. Araşdırmalarımız nəticəsində məlum oldu ki, bunu edən Fəzail İbrahimli olub. Oğlum Yalçın olduqca ciddi həyat tərzi keçirir. Siz bir jurnalist kimi ölkəmizdəki fəal, tanınan insanların mütləq əksəriyyətinin hətta ailə üzvləri haqqında belə məlumatınız var. Digər oğlum Elçin haqqında bəzi məlumat hər kəsdə ola bilər. Çünki mətbuata çıxıb, müsahibələr verib. Amma Yalçın qapalı bir həyat keçirir. Onu kim tanıya bilər? Bunu ancaq tarix fakültəsini bitirən, tarix üzrə elmlər namizədi olan həmkarım Fəzail İbrahimli tanıya bilər. Öz oğlunu Yalçının adı ilə dəyişdirərək, düşünülmüş şəkildə övladımı gündəmə gətirmək çox böyük namərdlikdir. Bu namərdlik məni narahat etdi. Mən heç bir halda belə etməzdim”.

F.Ağamalı bir millət vəkilinin öz övladını xilas etmək üçün başqa bir millət vəkilinin övladını nahaqdan gündəmə gətirdiyini və bunu kəskin qınadığını deyib: “Həmin portala məlumat klinikadan ötürülüb. Görünür, onların arasında əməkdaşlıq var. Portal da məsələni ən azından, dəqiqləşdirə bilərdi. Fəzail Ağamalı və onun ailəsi haqqında istənilən jurnalistlə məlumatı dəqiqləşdirmək çətin deyildi. Təəssüf ki, bu olmadı. Heç bir şəxs üçün belə halın yaşanmasını istəmirəm. Mətbuat unutmamalıdır ki, hər hansı bir yanlış fikir ailədə stress, problemlər, əsəbilik yaradır”.

F.Ağamalı həmkarı F.İbrahimli ilə hələ ki, üz-üzə gəlmədiyini də bildirib: “Görünür, bu onun həyat tərzidir. Fəzail İbrahimli üçün kiminsə kölgəsinə sığınmaq halları adi bir şeydir. Hər halda o iki gün ərzində təkzib edə bilərdi ki, gedən fikirlər yanlışdır. Amma bu cəsarəti özündə tapa bilmədi. Özlərinin dilindən dedikləri kimi, mətbuata da deyə bilərdi ki, həmin şəxs təsadüfən yıxılıb, oğlum da götürüb xəstəxanaya aparıb. Bir söz deyim, düz yolda ayağı ilişib yıxılan adam xəstəxanalıq olar? Bu təkzibi də vermədi, sadəcə susdu. Vurulan şəxs nə üçün şikayətçi olub-olmadığı məsələnin başqa tərəfidir. İstəməzdim ki, onun oğluna da hər hansı bir ciddi problemlər yaransın. Onunla üz-üzə gələndə düşünürəm ki, nə deyəcəm”.

Axar.az

635x100

Şərhlər

Etibar Əliyev 2017-11-15 15:13:08

Fəzail İbrahimli çox ləyaqətli insandır. Professor İbrahimlinin cəmiyyətdə böyük nüfuzu var. Fəzail Ağamalı demək olar ki, unudulmuşdu, gündəmi özü korladı. Rəhmətlik Elçibəy Ağamalını bir debatda ifşa etməyin astanasında idi. Amma etmədi. Bəy bağışlayan şəxsiyyət idi. Fəzail Ağamalı ondan da nəticə çıxarmadı.

əli 2017-11-15 15:13:08

Fəzail oxudun M M Hüseyn Abdullayev yada düşdü və millətdə gördü kim kimdir

Redaktora 2017-11-15 15:13:08

Hörmətli redaktör,ağacda təmiz və qurdlu myvələr də olur.İndiki Milli Məclisə isə ... qəsdən yerləşdirilib ki, xalqın,millətin səsi eşidilməsin, xaıq problemlər içərisində çabalasın. Axı onlar bu keçən illər ərzində millətə xeyirli olan bir məsələni belə həll etməyiblər və o başla və düşüncə ilə həll etməyəcəklər. Millət seçməyən.saxta siyahi ilə oturdulanlar yalnız onları oturdanların göstərişini yerinə yetirəcəklər.Xalq onlara lazımdırmı?

Мамед 2017-11-15 15:13:08

Agamali özunu ... sorusun

Ayıb nədir bilirsinizmi? 2017-11-15 15:13:08

Ən böyük faciəmiz: hamı bilir kim kimdir? Amma demirik. Gözləyirik ki,nə vaxt savaş vaxtı gəlsə, deyəcəyik. Hamı da bir-birindən faktlar yığır və savaş vaxtı istifadə etsinlər.Necə də istifadə edirlər Necə Fəzail A.başqa deputatı sıradan çıxartdı.Həmin adam da oldu dövlətə düşmən münasibətdə. İndi də bu hörmətli deputat bəylər harda nə ediblər bir-birinə deyəcəklər! Bizlər də olacağıq tamaşaçısı. Cənablar ayıbdır!,dost düşmən var

miri 2017-11-15 15:13:08

Aglamalı müəllim, sizin partiya yetkiliniz bu addımı ilə necə "sadiq " komanda olmaqınlzı bir daha sübüt etdi.Yaşasin hecdən YAPılan partiyalarımız.))))

Nurəddin 2017-11-15 15:13:08

Uzun illərdir Ağa malı ( adından bəllidir-ağanın malı ) oturdulub Milli Məclisdə.yuxarıdan deyilənlərə züy tutur.Onun kimlərə sərf etdiyi və nə üçün toxunulmaz deputat olduğu göz qabağındadır. Onu yalnız YerAZ qohumları,evladları,gəliri-qazancı maraqlandırır.Ondan Azərbaycan millətəinə fayda olmayıb və olmayacaq ! Allahın bu millətə yazığı gəlsin və əcnəbilərdən qurtarsın.

G.M 2017-11-15 15:13:08

Bu adam hələ də bilmir ki,Xalq onları fərqləndirmir.Ağamalı olmasın,ibrahimli olsun,yaxud da Siyavuş olsun.Yazsaydılar ki,Abutalıbovun oğlu yenə heç nə dəyişməzdi.Bunların əvəzində Cəmil Həsənlinin adı yazılsaydı..hə..onda bütünü münasibətlər haçalanardı.İsanın,Əlinin adı yazılsaydı Məhkəmələr CM-nin bəndlərində ən ``ağırını`` axtarıb tapardılar.Tak,şto əsəbləşməyə dəyməz.

Vətəndaş 2017-11-15 15:13:08

Açıq-aşkar görünür ki, İbrahimli Fəzail törədilmiş ağır yol nəqliyyat hadisəsini oğlundan qəsdən bilərəkdən yayındırmaq üçün hadisəni el ağsaqqalımız əsil deputat Fəzail müəllim Ağamalının övladının üstünə atmaq istəyib. Adam İbrahimlinin bu hərəkətini düüşünəndə dəhşətə gəlir və görürsən ki, bu əbədi təyin olunmuş deputat öz marağını hər şeydən-dostdan, yoldaşdan və hətta xalqımızdan üstün tutur. Belə adamdan nə gözləyəsən daha!

VHP 2017-11-15 15:13:08

Fəzail müəllim, mən sizinlə tamamilə razıyam.Fəzail İbrahimlinin Sabir Rüstəmxanlıların kölgəsində süründüyü hamıya məlumdur. Onu deputat edən də Rüstəmxanlıların kölgəsinə sığınması olub. Yoxsa, İbrahimlini Rüstəmxanlılar deputata seçdirənə kimi o zaman Fəzail m.İbişov idi onu heç kim tanımırdı. Yaşasın Rüstəmxanlılar ailəsi!

Vidadi Əsgərov 2017-11-15 15:13:08

Belə....adamları deputat siyahisinə yazıb orada oturdanlarda qəbahət var. Axı millət belə adamları seçməz.Sanki Milli Məclisi icarəyə götürüblər.......Axı millətin üzü,qaymağı orada oturmalıdır ki, milləti düşünə bilsin.Ancaq bunlar monopoliya,işə düzəltmə,evladlarını vəzifələrə gətirməklə məşğuldurlarş. Bunlardan xalqa nə fayda?

Mirzə AĞ 2017-11-15 15:13:08

Azərbaycan məmurlarının, deputatlarının, oliqarxlarının özləri və övladları artıq cəmiyyət üçün çox ciddi problemə çevrilib! Cəmiyyət toparlanıb, bu problemin üstünə getməlidir...

Vətən OĞLU 2017-11-15 15:13:08

1Fəzail +1Fəzail=0Fəzail

REDAKTOR 2017-11-15 15:13:08

Hələ necə toylarimiz var...bina deyiblər. Masallah biri-birilərinin o qədər zibillərini bilirlər ki acsalar millət qalar zibilin altinda. Siz olmayan Allahiniz susun. Cunki susmaq sizin ucun bu gun nəyin ki qizil qizildan da bahadir. Fəsayili, Fazili, Cingizi, Musani, Nurəddini, Tahiri, Zahidi, Qudrəti və sairlərini bu millət ozu yetisdirməyibmi? Məgər onlarin nəyə layiq olduqlarini indimi bilməliyik. Bilirik, sususur cun carəm, curətim belə yox. Sair demiskən bizim naraziliximiz zulmkarla deyil, haqladir.

VHP 2017-11-15 15:13:08

Etibar müəllim, sizin maşınınız niyə yoxdur? Amma Fəzail İbrahimlinin oğlunun və özünün sürdüyü maşınları görmüsünüzmü?! Yardımlıdakı villasından xəbəriniz varmı? Bakıdakı evlərindən necə? Görəsən, o pulları haradan tapırlar? Niyə deputat təyin olunana kimi heç nələri olmur?

Moranli 2017-11-15 15:13:08

Ey xeber portallari,sizler gorun neleri(bosh sheyleri)muzakireye chixarirsiniz,insanlar arasinda edavet yaradirsiniz.Bu gunun VACIB meselesi olan QARABAGI yox fezailler arasindaki hansisa intirqalari,cinayetkar aleminin ogrularini,Fedaye-Qoca sevgi dastanini(Leyli ve Mecnun yaddan chixib)teblig edirsiniz.Hansi ki,her bir yazinin evvelinde QARABAGI UNUTMA!kelmesi olmalidir.Erdoganin QARABAG haqqindaki mesay bizleri OYATMALIDIR!Hele ki,gec deyil biz dushmenimize qarshi birleshmeliyik,parchalanmamaliyiq!

Son yazılar