“ÜNVANLI SOSİAL YARDIMLAR LƏĞV EDİLƏCƏK” - Səlim Müslümov

“Yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur. Bununla bağlı ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb. Bu proqramların icrası məqsədi ilə ötən il özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına 6 milyon manat ayrılmışdı və bu proqramların icrası 8 minə yaxın insanı əhatə edib”.

“Report”un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir deyib ki, növbəti ildə isə özünüməşğulluq sisteminin inkişaf etdirilməsi və daha geniş əhali təbəqəsini əhatə etmək məqsədi ilə 35,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: “Biz bu yolla ailə tərkibində əmək qabiliyyəti olan insanları özünüməşğulluq sisteminin tətbiqi ilə hamını işlə təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Bu yolla ailə tərkibində əmək qabliyyəti olan insanları işlə təmin etməklə vətəndaşlara ünvanlı sosial yardım sistemini aradan qaldırmış olacağıq. Bu proses təqribən 6-7 il davam edəcək. Ondan sonra Azərbaycanda ailədə əməkqabliyyəti olan şəxs işsiz qalmayacaq. Bu proses tam başa çatdıqdan sonra ünvanlı sosial yardım ləğv ediləcək. Sadəcə, ailədə əmək qabliyyəti olmayanlara dövlət yardımı veriləcək. Belə ailələrə dövlət yaşayış minimumdan yuxarı miqdarda orta bir məbləğ müəyyənləşdirərək və yardım verəcək”.

635x100

Şərhlər

sevda agakiwiyeva 2017-11-15 13:04:38

bu adama ureyimde ele sozlerim varrrrr....

Abit 2017-11-15 13:04:38

Senin ne danışdığını heç felek de başa düşmür.Gel sene yolunu gösterim,son vaxtlar nazirlikler xüsusile herbileşdirilmiş saheler zabitleri teqaüde çıxararaq yeniden işe qayrarir,1500 maaş,1500-1600 teqaüd.Niye bu ac tebeqeden yapışırsan? İşe qayıdırsa maaş ver işlemirse teqaüdünü ver.Yeqin birazdan teqaüdleride azaltmağa başlayacaqsan.Unutma ki,hamı bankdadı ve ipoteka altındadı.Onsuzda ehali kreditleri ödeye bilmir.Teqaüd azalan kimi sosial narazılıq artacaq....

Müfəttiş 2017-11-15 13:04:38

Səlim kimdir ki, onun düyməsini basırlar ki bunu etməlisən . Günahı odur ki, gözə girmək üçün hədsiz canfəşanlıq edir.Ona tapşırılır pensiyaları azalt, o da tamam ləğv edir....

Az Politikaya ``5`` verdim 2017-11-15 13:04:38

Haqlı olaraq,boğazdan yuxarı şərhləri vermir.))) hörmətlə G.M.

oxucu 2017-11-15 13:04:38

davamı. pensiyaçı da bundan xəbəri yoxdur.elə bilir elə də olmalıdır. siz əyər 2013-2016 cı illəri orda bir təştiş etsəz bunun şahidi olacaqsız.xalqdan gizlədilən bəzi qanunlardan istifadə edərək bunu edirlər.iri məbləğləri alan insanları çağırsınlar görək onların bu puldan xəbəri varmı.xüsusi proqramla bunu bilənlər var. DSMF-nun işçisinin pensiyaçının kartını min bahanə ilə əlindən alıb saxlanmasına son qoyulmalıdır.bəzi insanların savadı yoxdur.ancaq allahı var bu dərəcədə vicdansızlıq olmaz.

Bizim hara getdiyimizi bilən var??? 2017-11-15 13:04:38

Ümumiyyətlə götürüldükdə problemin həllinə yanaşma olduqca düzgündür – ailələr özünü məşğulluq və faktiki olaraq işlə təmin olunmaq imkanı əldə edirlər. Lakin, nəzərə alsaqki, istər şəhər, istərsədə və xüsusi ilə, kənd yerlərində, hətta əllərində yetəri qədər vəsait olan fiziki şəxslər belə biznes fəaliyyətlərinin təşkili və inkişaf etdiriliməsi bağlı böyük problemlərlə üzləşir, bu problemlərin həlli isə hər oğulun işi deyil, bu halda özünü məşğul əhalinin və bu məqsədlə ayrılmış vəsaitlərin gələcək vəziyyətini görmək çox asandır. Elə məşğulluq mərkəzlərinin son 10 ildə fəaliyyəti buna əyani sübutdur...)))))

oxucu 2017-11-15 13:04:38

Əyər hər hansı bir ailərdə əməkqabiliyyətli insanlar sosial yardım alırlarsa bu yaxşı hal deyil.İnsanları ələbaxım öyrətməkdənsə iş verin işləsin. Mənim sözüm cənab nazir Səlim Müslümovadır. cənab nazir deyə bilərsizmi ki pensiyaçının pensiya kartı hansı hallarda DSMF-nin işçisinin əlində olmalıdir.məncə heç vaxt axir vaxtlar pensiyaların artması ilə əlaqədar kartlar DSMF-nun işçilərin əlinə düşür.onlarda pensiyanı artırmaqla həm də bankamatdan müəyyən hissəni çıxarır.orda nə qalıbsa deyir artım budur.

Emil Mirzoyev 2017-11-15 13:04:38

... 100% eminem. Selim Müslümov ve onun kimilerinin arzulari üräklärindä galacag..

Bashirov Qarib 2017-11-15 13:04:38

8 min aileye 6 milyon manatla nece ozune meshgullugu temin etmek olar? Yani ,her aileye 800 manatdan da az pul xerclemekle ishsizliyi legv etmek olarmish? Axi, faktdir ki, sosial yonumde hech bir ugur qazanilmayib, gunu gunden veziyyeti tamam pisleshdirmisiniz.Hetta,insanlari pensiyadan merhum etmisiniz,elilleri ishlemeye mehkumetmisiniz, yash heddini iki defe artirmisiniz,110 man. almaq uchun 25 il staj ve ya en azindan 15,8 min kapital yigimi teleb edirsiniz ve buna hech zaman da tanimirsiniz.

G.M 2017-11-15 13:04:38

Allah, hələ 6-7 il də bundan sonra S.Müslümovu Sosial məsələllərə baxan Nazir kimi saxlayacaqsa..day onda deyin ki,Allahın qəzəbinə gəlmişik ki..Yooox inanmıram....

Son yazılar