NAZİRLİK SÖKÜNTÜLƏRƏ BAŞLADI - Bu məşhur restoranlar dağıdılır (Siyahı)

Meşə sahələrində ağacların qanunsuz kəsilərək ağac emalı sexlərinə daşınması və kömür hazırlanmasında istifadə edilməsi, meşə fondu torpaqlarının istifadə vəziyyəti ilə bağlı aparılan araşdırmalar, keçirilən reydlər və görülən tədbirlər son günlər mətbuatın gündəmindədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) bununla bağlı 70 nəfərdən ibarət xüsusi komissiya təşkil olunub və respublika ərazisində genişmiqyaslı araşdırmalar aparılır.

BakuPost.az-ın xəbərinə görə, komissiyanın gördüyü tədbirlərlə bağlı ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev bildirib ki, əksər hallarda meşə fondu ərazisində olan iaşə obyektləri kənardan gözəllik, zövq yaratmaq əvəzinə, öz natəmizliyi, zövqsüzlüyü və meşə torpağının aşırı istismarı ilə insanlarda ikrah hissi yaradır. Bunları görənlər isə iaşə obyektlərinin sahiblərini deyil, haqsız olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyini qınayır: "Xüsusi komissiya tərəfindən meşə fondu ərazilərində torpaqdan istifadə vəziyyəti ilə əlaqədar araşdırmalar aparılır. Belə ki, bir sıra obyekt sahibləri tərəfindən müqavilə şərtləri pozularaq əsaslı tikililərin aparıldığı və primitiv üsulla qanunsuz salınmış tikililər, estetik tələblərə cavab verməyən obyektlər sökülür. Ərazinin əvvəlki vəziyyətinə gətirilməsi üçün tədbirlər görülür. Artıq araşdırmalara Quba rayonundan başlanılıb. Məsələn, Quba rayonunda Quba-Qəçrəş yolunun kənarında meşə fondu torpağında zövqsüz tikililər, üfunət iyi verən primitiv sanitar qovşaqları tikiblər. Xarici qonaqlar, turistlər, hamı bu xoşagəlməz mənzərəni görür və onların haqlı narazılığına səbəb olur, bu barədə nazirliyə çoxsaylı şikayətlər daxil olur. Əlbəttə ki, bu cür vəziyyət yaratmaqla obyekt sahibləri təbiətə münasibətdə pis fikir formalaşdırır və bununla da ölkəni, hamımızı gələn xarici qonaqların yanında rüsvay edirlər. Qəçrəş yolunun kənarında fəaliyyət göstərən istirahət-rekreasiya məqsədilə müqavilə əsasında müvəqqəti istifadəyə verilmiş meşə fondu torpaqlarında 9 obyektdə araşdırma başa çatdırılıb, bu obyektlərdə müqavilə şərtlərinə zidd olaraq əsaslı tikintilərin, o cümlədən primitiv üsulla inşa edilmiş mətbəx, talvar, sanitar qovşağı, köşk və digər tikililərin olduğu, ekoloji və sanitar qaydalara riayət olunmadığı aşkar edilib. Eyni zamanda, çınqıl, daş, asfalt, beton örtüklərlə meşə torpağının örtülməsi torpağın üst qatının dəyişdirilməsinə, rekreasiya yükünün normadan artıq olmasına, təbii bərpa prosesinin qarşısının alınmasına gətirib çıxarıb. Həmçinin formalaşan tullantı sularının təmizlənmədən birbaşa meşə sahəsinə axıdılması, ağacların qanunsuz olaraq kəsilməsi, məişət tullantılarının qalaqlanması faktları da var".

Nazirlik rəsmisi qeyd edib ki, bütün bunlarla bağlı təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yarandığından həmin obyektlərdə söküntü işlərinə başlanılıb. Artıq primitiv üsulla qanunsuz inşa edilmiş bir sıra yardımçı tikililər, çardaqlar, köşklər və sanitar qovşaqları sökülüb. Eyni zamanda, obyektlərin sahiblərinə ərazilərindəki digər tikililərin sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün icrası məcburi olan müddətli "məcburi göstəriş”lər verilib.

Nazirlik bu obyektlərin və sahiblərinin adlarını da açıqlayıb:

1."Xudafərin” (sahəsi 3,0 ha, müqavilə müddəti bitib) - sahibi Bakı şəhər sakini Xəlilov Elşən Nadir oğlu;

2."Xınalıq” (sahəsi 0,2 ha, zəbt 0,43 ha, müqavilə müddəti bitib) - sahibi Quba şəhər sakini Vəliyev Əli Əmir oğlu;

3."Aynur” (sahəsi 2,5 ha, zəbt 0,64 ha, müqavilə müddəti başa çatmayıb) sahibi - Quba şəhər sakini Əhmədov Heybət Məmməd oğlu;

4."Üç qardaş” (sahəsi 0,3 ha, müqavilə müddəti bitməyib) - sahibi Quba şəhər sakini Zülfüqarov Rəhim Əmir oğlu;

5."Olimp” (sahəsi 1,0 ha, müqavilə müddəti başa çatmayıb) - sahibi Quba şəhər sakini Niftəliyev Kamran;

6."Kamran” (sahəsi 0,1 ha, müqavilə müddəti bitib) - sahibi Quba şəhər sakini Ağaverdiyev Ceyhun Cavad oğlu.

7. "Əfsanə” (sahəsi 1,5 ha, zəbt 0,03 ha, müqavilə müddəti başa çatmayıb) sahibi - Quba şəhər sakini Ələkbərov Əli Hacı oğlu;

8. "Sərin Orman” (sahəsi 2,7 ha, müqavilə müddəti başa çatmayıb) - sahibi Quba şəhər sakini Ağayev Elman Mehdi oğlu;

9. "Yeni Həyat” (sahəsi 0,34, zəbt 0,18 ha, müqavilə müddəti başa çatmayıb) - sahibi Bakı şəhər sakini Babayev Ramiz Seyfulla oğlu.

R. Mirzəyev bildirib ki, bu işlər asan başa gəlmir, nazirliyin əməkdaşları təhqirlərə məruz qalır, obyekt sahibləri ciddi müqavimət göstərir, onlar haqsız olduqlarına baxmayaraq, rayon icra hakimiyyətinə, digər instansiyalara şantaj dolu şikayətlər edirlər: "Başa düşmürlər ki, meşə fondunda əsaslı tikinti aparmaq olmaz, özü də bu cür eybəcər şəkildə. Məsələn, deyirlər ki, min manat pul xərcləyib sanitar qovşaq tikmişəm. Üzr istəyirəm, üfunət iyi verən bir tualet tikib, bununla özünü də, digərlərini də rüsvay edir. Bu kimi hallar ucbatından bizə şikayətlər, tənələr, söyüşlər gəlir. Belə tikililərin sökülməsi tələbi qoyulanda deyirlər ki, vəsait qoymuşam, dolanışıq yerimdir. Sual olunur, meşəyə, müvəqqəti istifadəyə götürdüyün torpağa niyə əsaslı tikinti üçün vəsait qoyursan, bu ərazi axı sənin deyil? İkincisi, eybəcər şəkildə sanitar qovşaq tikdirməkdənsə, dəyəri 400-500 manat olan bioloji tualet yerləşdirilməsi daha sərfəli, münasib olar və harada istəsən istifadə edə bilərsən. Söküntüsünə başlanılan obyektlərin sahiblərinin əksəriyyəti Quba rayon sakinləridir. Hansı ki, mövcud qanunvericilik də imkan verir ki, onlar Quba Rayon İcra Hakimiyyətindən, Quba Şəhər Bələdiyyəsindən, Qəçrəş və digər kənd bələdiyyələrindən torpaq sahəsi alıb orada müasir tipli restoran və istirahət mərkəzləri tiksinlər, özlərinə daimi dolanışıq şəraiti yaratsınlar. Bu, bütün dünyada da belədir. Uyğunsuzluğa və ya məntiqsizliyə baxın ki, adam meşədən yer götürür, əlavə yeri də zəbt edir, sonra isə tədricən ağacları kəsir, meşə sahəsinə çınqıl, beton tökür, bilərəkdən təbii bərpaya imkan vermir, bir sözlə meşəni məhv edir. Onda sual olunur, ağaclar sənə lazım deyildisə, niyə meşə sahəsindən yer götürübsən? Elə get bələdiyyədən götür də yeri, meşəyə müdaxilə etmə".

635x100

Şərhlər

Anar 2017-11-27 17:01:25

Indi de turistleri behane edib sokmeye bashlayiblar.Adin ufunet iyi gelir tualetinden deyib,obyektin sokmekdense, yaxshi tualet tik, ver camaat pulun qazansinda...

elcin 2017-11-27 17:01:25

parkın da içində qəşəng qəşəng kabinetlər tikirlər ki qəşəng qəşəng yeyib içəsən içində. bütün bu işlər görüldüyü yer də Nizami rayon icra hakimiyyətinin 100 metrliyində görülür. Bəyəm onlar bu meşənin qırılıb yerində restoran tikilməsini hansı səbəblə görməyə bilərlər axı. bir tanışım obyektin qarşısında 1 ağac kəsmişdi. 2500 manat cərimə yazdılar yazığa. bəs 100-lərlə kəsilən ağaclara icra hakimiyyəti niyə göz yumur görən. xahiş edirəm bununla da bağlı reportaj hazırlasınız.

Nazım 2017-11-27 17:01:25

A kişilər, şimal qonşumuz Rusiyanın Çelyabinsak vilayətində atmosferə Radioaktiv element olan ruteni-106 atılması hadisəsi baş vermişdir. Normal dövlətlər bu barədə həyacan siqnalı çalır bizim Ekologiya və Təbii Sərvətlər Nazirliyinin heç çıqqıtıda çıxmır. Bu videoya https://www.youtube.com/watch?v=3PmOYlGvTl0 baxın həmin elementin küləklə yayılması xəritəsində Azərbaycan ərazisidə vardır. Bizimkilər həmişəki kimi dərin yuxuda hardan pulqıra bilərəm mürcüsündədir.

AAgahuseyn 2017-11-27 17:01:25

Cəlilabadda meşələrin 80 faizi qırılıb yanacaq kimi istifadə olunub.Vaxtı iylə diyametiri 1-metr olan palıd aqacları olan meşənin yerində indi taxıl əkilir.O dövürdə BƏCRAVAN,KOMANLI, HACCAVAD,AQDAŞ,KÖVÜZBULAQ,BADAMAQAC, QARAGACI,ALBALAN VƏ diğər kəndlər meşənin icində iydi.İndi bu kəndlər meşədən eləsi var 10-km aralı qalıb.

Oxucu 2017-11-27 17:01:25

Şəkildəki obyekt çox da pis görünmür hündürlüyü də normaldır. Meşənin fonuna elə də ziyan vurmur.Özləri elə zıppıltı tikirlər ki, bilmirsən meşədəsən yoxsa meqapolisdə

REDAKTOR 2017-11-27 17:01:25

lutce pozdno cem nikokda.

Zaza 2017-11-27 17:01:25

Eslinde Ekologiya nazirliyi duzgun addim atir.Mesede seher salirlar, beton,metlax duzur,agaclari gesirler.Sanki meseye istirahete gelenler beton, metlaxda istirahet etmek isteyir.Amma bu tedbir hamiya memurlara da tetbiq edilmelidir.

Son yazılar