“MƏHKƏMƏDƏN ƏDALƏTLİ QƏRAR GÖZLƏYİRƏM...” - Əli Həsənovun 2 nəfəri öldürən nəvəsi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəmə istintaqı keçirilib. Modern.az-ın əməkdaşının da izlədiyi məhkəmə prosesində işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb.

Prosesdə qəza zamanı xəsarət alan və zərərçəkmiş kimi tanınan Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişin məhkəməyə gəlmədiyi elan olunub.

Onların hazırda Türkiyədə müalicə aldıqları qeyd olunub.

Məhkəmə iclasında hadisə zamanı dünyasını dəyişən şəxslərin hüquqi varisləri Ramiz Əsədov, Adil Ocaqverdiyev və Ülviyyə Əliyeva iştirak ediblər. Şahid qismində isə Nailin atası Elman Allahverdiyev və dostu Mirməhəmməd İsmayılov ifadə veriblər.

Prosesdə Nail Allahverdiyevin vəkili hakimdən müdafiə etdiyi şəxsə qarşı irəli sürülən 264-cü maddənin əsassız sayılmasını istəyib və təqsirləndirilən şəxs barəsində aparılan istintaqın qərəzli olduğunu bildirib.

Daha sonra işə ekspert rəyi verən Sabir Şabanov danışıb. Onun ardınca çıxış edən Nail Allahverdiyev sosial mediada özü barəsində yazılan yazıları həqiqətə uyğun hesab etməyib.

“Mən həmçinin, məhkəmə psixoloji ekspertizasının rəyi ilə də razı deyiləm. Onu da qeyd edim ki, hadisə yerindən qaçmamışam. Sosial şəbəkələrdə mənim haqqımda həqiqətə uyğun olmayan yazılar yazılıb. Mən də hər kəs kimi sıravi Azərbaycan vətəndaşıyam. Məhkəmədən ədalətli qərarın verilməsini istəyirəm. Ümid edirəm ki, ədalətli qərar veriləcək".

Xatırladaq ki, prosesdə zərərçəkmiş tərəf kimi iştirak edən Ramiz Əsədov qəza zamanı yolu keçən piyada Vaqif Əsədovun oğludur. Ülviyyə Əliyeva isə Nail Allahverdiyevin sürücüsü olmuş və qəza zamanı dünyasını dəyişmiş Mehdi Əliyevin xanımıdır.

Məhkəmənin qərarı ilə Nail Allahverdiyevin işi üzrə istintaq yekunlaşıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyevprospektində baş vermiş dəhşətli hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb. Birgə rəsmi məlumatda bildirilib ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümüiki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

635x100

Şərhlər

Adil 2017-12-05 13:13:31

BABALİ NƏVƏLİ ƏDALƏTİ DƏ QANUNLARI DA ENİNƏ UZUNUNA ZORLAYANDA HEÇ NƏYİN FƏRQİNDƏ DEYİLDİNİZ. İNDİ XEYİR OLA? ARTİSTLİK ELƏMƏYİN. ONSUZDA BİLİRSƏN Kİ SƏNƏ OLSA-OLSA SİMVOLİK BİR "CƏZA" VERİLƏ BİLƏR.GOZLƏYİRLƏR Kİ MİLLƏTİN TAMAM YADİNDAN ÇİXASAN.CƏZA VERSƏYDİLƏR İNDİYƏ VERƏRDİLƏR.ÖLKƏ ƏLİNİZDƏ, DÜNYA AYAGİNİZİN ALTİNDA.KİMİN DUXU ÇATAR SİZƏ NƏSƏ DESİN.QƏM ELƏMƏ.CƏMİ CÜMLƏTANİ 2-3 NƏFƏRDİ 50-100 NƏFƏR OLSAYDİ YENƏ AGİZ BÜZMƏK OLARDI.ÖLÜB ÖLÜB DƏ.ARADA MAŞİNİ XODDA 1-2-Nİ VUR QORXMA.HEEEEÇ KEFİNİZİ POZMAYİN.

G.M 2017-12-05 13:13:31

Allah hər kəsi qəfil qəzadan qorusun...Kaş ki,sənin bu gün arzuladığın ``ədalətli qərar`` hər kəsə şamil olsun.Ədalətli qərar olsa,onda gərək baban çoxdan Qaradağda Daş kərxanalarında ``daş qaldırıb maşınlara ataydı.Sənin maşın kolleksiyandakı avtomobillər çadr düşərgələrində dərman,ərzaq korluğu çəkən qaçqınların yardımın puluyla alınıb.

Sıravi vətəndaş 2017-12-05 13:13:31

...hakim təki ədalətli qərar verərdi... yəni sıravi vətəndaşa verilən qərardan... o da çox güman ki, olmayacaq bunun arzuladığı ədalətli qərar nəvəsinin tam bəraəti

t.ədalət 2017-12-05 13:13:31

Əli Həsənovun hələ də vəzifəsində qalması adamları çaş-baş salıb.Necə olur ki,belə cinayətə görə digərləri haqqında ciddi ölçü götürülür,amma bu, Əli Həsənova tətbiq olunmur?Yəqin ona görə ki,o Azərbaycanın müstəqilliyinin əleyhinə səs verib.Digər səbəb isə onun ermənilərlə qan bağlılığının olmasıdır.ermənilərlə qohum olanlar isə hələ ki bizim ölkədə atını dördnala çapır..

Cəmşid İrzaquliyev 2017-12-05 13:13:31

Qudurğanlıqla bir neçə ailənin çırağını söndürən, bu zad ədalət axtarır. Hansı ki, bu zadın ağbabaları bütün ədalətsizliklərin ta kəndisi. Onu qınamıram. Çünki, bütün bu olaylar uzun illərin qudurğan məmur və məmur övladlarının cəzasızlıqlarının nəticəsidir.. Onlar o həddə harınladılar ki, Cənab Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqlara belə məhəl qoymadılar. Belələrindən biri də, Pirallahı Rayon İcra hakimiyyətinin başçısı Vasif İmanovdur. Belə ki, o məmurlarının iştirakı ilə törədilmiş ölüm hadisəyə görə onları himayə edir. Hansı ki, yeddi aylıq istintaqdan sonra hadisə ilə bağlı altı aydan artıqdır sürən məhkəmə iclaslarında qondarma şahidlərin və ilkin istintaqın "təqsirkar" bildiyi şəxsin ifadələri tamami ilə ziddiyət təşkil edib. Bu da əsil cinayətkarın başqası olduğunu bir daha sübut etmiş olur. Lakin Vasif İmanovun vəzifəsindən istifadə edib, bütün kanalları susdurmağa səy göstərməsi və yüzlərlə edilmiş müraciətlərə rəğmən, (cinayət tərəfi bir yana?). hadisənin iştirakçıları olan Manaf Manafovu ( hətta Manafı YAP İH və şurasında saxlaması) və Həsən Niftəliyevi etdikləri qeyri insani hərəkətlərdən dolayı, hayla vəzifələrində saxlaması və qeyd etdiyim kimi onları qoruması Cənab Prezidentin etdiyi bütün xəbərdarlıqlara sayqısızlıqdır və həyasızlıqdır. Hətta Vasif İmanov 14.08.2017-ci il tarixdə məhkəməyə ilk dəfə ifadə üçün çağırılan Manaf Manafovun "təhlükəsizliyini" təmin etmək üçün, məhkəmə zalına polis, prokrorluq, icra, JEK işçilərindən ibarət bir ordu adam göndərmişdir. Onlar bu əşkiya sayağı hərəkətiləri ilə, dövlətin ən ali qurumlarından biri oılan məhkəmə və ədliyyənin nüfuzuna kölgə düşürmüş oldular. Qeyd etdiyimiz kimi, bu belə davam edə bilməz. Onların bu sayqısızlığı eyni zamanda Cənab Prezidentin bunca gördüyü işlərə, yerlərdə bir kölgədir.. Ümid edirik ki, nəhayyətdə Cənab Prezident, Birinci Vitse Prezident bu sayaq qudurğan və harın məmurlara qarşı qəti mövqe bildirəcəklər. Onlarla bağlı son qərar artıq ölkə başçısınındır. Görünən o ki, söz artıq kar salmadı.. Bu isə yaxşı əlamət deyil.

Amil 2017-12-05 13:13:31

Hec vaxt neven hebs edilmeli özünde işden cıxmalı ey prezdent bütün memurların cezaıandırma ve işden cıxarma vaxtıdır

Son yazılar