Müstəqillik illərində ilk dəfə dövlət büdcəsinin gəlirləri azalacaq

2014-cü ildə hökumət dövlət büdcəsinin gəlirləri ötən ilkindən 775 mln manat azdır

Prezident İlham Əliyevi oktyabrın 7-də dövlət büdcəsinin layihəsini parlamentə təqdim edib. 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 4% azalacaq. Ehtimal ki, gələn il hökumət büdcəçilərin maaşını artırmayacaq.

2014-cü ildə hökumət dövlət büdcəsinin gəlirlərini 18 mlrd 384 mln manat proqnozlaşdırır. Bu, bu ilkindən 775 mln manat azdır. Dövlət büdcəsinin xərcləri 20 mlrd 063 mln manat planlaşdırılıb. 2013-cü il ilə müqayisədə (19 850 mln manat) xərclər 2014-cü ildə 213 mln manat və ya 1,1% artacaq.

2014-cü ildə dövlət büdcəsinin kəsiri bu illə müqayisədə 1 mlrd manat artaraq 1 679 mln manat olacaq.

2014-cü ildə Neft Fondundan büdcəyə transfertlər bu il ilə müqayisədə 2 mlrd manat (17,7%) azalacaq və 9 337 mln manat təşkil edəcək. Maraqlıdır ki, Neft Fondundan transfertlər nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərində 15,9% artım proqnozlaşdırılır (+1 238 mln manat).

2014-cü ildə qeyri-neft sektorunun payı 6 245 mln manat olacaq. Bu, 2013-cü ilin göstəricisindən 1 076 mln manat və ya 20,8% çoxdur. Vergilər Nazirliyi dövlət büdcəsinə 7,1 mlrd (+11%), Gömrük Komitəsi 1 510 mlrd manat (+9,4%) təmin edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar