BİRİ GENERAL, 23 NƏFƏRİ XİLAS EDİB, AMMA... - Qəhrəman pilot ölkə rəhbərliyindən kömək istəyir (FOTOLAR + VİDEO)

1983-cü ildə Sasov təyyarəçilik məktəbini, 1995-ci ildə Sankt-Peterburq Mülki Aviasiya Akademiyasını bitirmiş, Bakı şəhər sakini Muxtarov Bayram Cankişi oğlu "AzPolitika.info" saytı vasitəsilə ölkə rəhbərliyinə müraciət edib. O, 1991-ci ildə Zabrat aviasiya dəstəsinin rəhbərliyi tərəfindən göstərdikləri şücaətə görə onun və pilot  yoldaşının dövlət tərəfindən təltif edilmələrinə dair Nazirlər Kabinetinə göndərilmiş, ancaq orada itmiş təqdimatın bərpa edilməsinə kömək göstərilməsini xahiş edir. B.Muxtarovun müraciətini qısa ixtsar və zəruri redaktə ilə təqdim edirik:

"Sizə müraciət edən 18 mart 1962-ci ildə Bakı şəhərində anadan olmuş, 1983-cü ildə Sasov təyyarəçilik məktəbini, 1995-ci ildə Sankt-Peterburq Mülki Aviasiya Akademiyasını bitirmiş Muxtarov Bayram Cankişi oğludur. Ailəliyəm. İki övladım var. Böyük oğlum Muxtarov Fərid Zabrat aeroportunda stajor-pilot, kiçik oğlum Muxtarov Rüfət Hərbi Hava Qüvvələrində avia-mexanikidir.

1983-cü ildən Zabrat aeroportunda pilot kimi əmək fəaliyyətinə başlamışam. 1989-1995-ci illərdə, müharibə başlayanda və sonralar Qarabağa və Ermənistan respublikası ilə sərhəd olan rayonlara Mİ-8 helikopterində 400-dək xüsusi tapşırıqlı uçuşlar etmişəm. 1991-ci il iyulun 20-si Goranboy rayonunun Todan kəndi üzərində növbəti döyüş uçuşu zamanı mühasirəyə düşmüş polis dəstəsini xilas edərkən erməni snayperi tərəfindən başımdan güllə yarası almışam. Gəncə şəhəri Təcili Tibbi Yardım xəstəxanasında (Arayış №4322) və sonra Bakı şəhəri M.İ.Qədirli xəstəxanasında (epikriz: 31.07.1991) müalicə almışam.

Sağalandan sonra işimə qayıtmışam. Yaralanarkən yanımda o zamankı Daxili İşlər nazirinin müavini, general-mayor Ramiz Məmmədov, sonradan Müdafiə naziri olmuş Dadaş Rzayev, Qarabağ Xalq Yardımı komitəsinin nümayəndəsi Cümşüd Nuriyev, jurnalist Vahid Mustafayev və başqaları var idi. Yaralanma anının videogörüntüləri youtube.com portalında var.

Müəllifi Azərbaycan Elmlər Akademiyasının aparıcı elmi işçisi, tarix elmlər doktoru, hərbi aviasiya polkovniki Rizvan Zeynalov olan “Azərbaycanın Milli Qəhrəmanları” kitabında da mənim haqımda yazılıb. Sitat: “Bir dəfə yaralı döyüşçüləri daşıyarkən güclü atəşə məruz qalan vertalyot zədələnmiş, ikinci pilot Bayram Muxtarov yaralanmışdı. Buna baxmayaraq, K.A.Abbasov uçuşu davam etdirmək qərarı verdi. Elə bu an ermənilər raket buraxdılar, amma Abbasovun zədəli vertalyotla etdiyi aldadıcı manevr nəticəsində raket hədəfə dəyməyib yan keçdi”( səh.126.).

Qeyd edək ki, mütəxəssislər vertalyotun raketdən yayındırılmasının pilotdan yüksək peşəkarlıq tələb etdiyini bildirirlər. Bayram Muxtarov və Kazım Abbasov düşmənin güclü atəşinə məruz qalan vertalyotu ermənilərin buraxdığı raketdən də yayındırmaqla, həm də içərisində bir general, bir polkovnik olmaqla, 23 nəfərin həyatını xilas  ediblər. Təkcə bu fakt onların dövlət tərəfindən yüksək formada təltif edilməsinə əsas yaradır. 1991-ci ildə Zabrat aviasiya dəstəsinin rəhbərliyi, heyətin göstərilmiş şücaətə görə dövlət təltifi təqdimatını Nazirlər Kabinetinə göndərib. Ancaq məlum olmayan səbəblərdən sənədlər it-bata düşüb (1991-1992-ci illər).

B.Muxtarov daha sonra yazır: "2015-ci ildən bəri bir neçə dəfə Nazirlər Kabinetinə və Prezident Administrasiyasına müraciət etmişəm. Onlara xatırlatmağıma baxmayaraq ki, Müdafiə Nazirliyi 1991-ci ildə hələ yaradılmamışdı, hər dəfə məktublar Müdafiə Nazirliyinin Təltifetmə şöbəsinə yönəldilir və onların arxivində təltif haqda sənədin olmadığı bildirilir. Hal-hazırda Milli Aviasiya Akademiyasında müəllim vəzifəsində çalışıram. Kazım Abbasov isə Zabrat aeroportunda “uçuş heyatinin metodiki işi üzrə mühəndis” vəzifəsində çalışır.

Sizə müraciət edərək, vaxtı ilə heyət üzvlərinin adına yazılmış təltifin bərpa olunmasına yardımçı olmağınızı xahiş edirəm.

Hörmətlə Bayram Muxtarov (Tel: 070-342-46-49)".

635x100

Şərhlər

Quliyev Elxan Sarı o. 2017-12-26 16:55:23

Qarabağ müharibə veteranı Muxtarov Bəyram Cankişi o. Respublika Veteranlar Komitəsinin sədri general mayor D. Rzayeva məktub yazıb haqqını tələb edir.D.Rzayev də öz növbəsində "Silk VVay Helicopter Services"MMC-nin baş direktoru Cənab Azər Sultanova məktub yazır.Əgər Azər Sultanov Muxtarovla həmin helicopterdə olsaydı belə sründürməciliyə yol verməzdi. Bununla yanaşı mən başa düşdüyüm odurki, İşinin öhdəsindən gələ bilməyən Azər Sultanovun məsuliyyəti tələb edilməlidir.

N.Fətəliyeva 2017-12-26 16:55:23

Şəxsən mən Azərbaycanın bu cür qəhrəman oğulları ilə fəxr edirəm. siz fikir verdizsə o özü yaralı olsa da vertolyota minəndə başqa bir yaralınında olduğunun vurğuladı ki, ona kömək lazımdı. Bu cür qəhrəman pilotu adsız qoymaq və ona qiymət verməmək onun işinə laqeyd yanaşmaq deməkdir. Aidiyyəti qurumlar bu məsələyə ciddi yanaşıb tədbir görməlidirlər.

Elif Agayev 2017-12-26 16:55:23

Başda cənab prezident olmaqla bütün aidiyyatı olan məsul şəxslər bu məsələyə ciddi yanaşmalı və obyektiv qərar qəbul edilməlidir. bu şəxslərə layiqli adların verilməsi onsuz da kifayət qədər gecikdirilib, ümid edirik ki, qısa zamanda haqq-ədalət bərpa edilər

arif 2017-12-26 16:55:23

ALAH SIZI GORUSUN SIZ AZERI XALGININ FEXRI SHAHINLERISIZ BIZIM AILE SIZIN YCYN DUA EDIR

Ali Hasanov 2017-12-26 16:55:23

O qədər unudulmuş qəhrəmanlarımız var ki, hər birini araşdırıb tapmaq, haqqını əda etmək və tanıtmaq lazımdır. Əhsən Sizə, Bayram Muxtarov

Elcin Eliyev 2017-12-26 16:55:23

Mətbuat bu cür məsələlərə üstünlük versə,işıqlandırsa daha yaxşı olar məncə, nəinki şou-biznes və ya digər lazımsız məlumatlara. Fəxr edirik ki, bu cür vətəndaşlarımız var

Nicat Ehmedov 2017-12-26 16:55:23

Çox təəssüflər olsun ki, bu cür qəhrəmanlar və onların qəhrəmanlıqları ictimailəşdirilib gənc nəslə örnək kimi göstərilmir. Bu şəxsin cəsarəti, yaralı halda belə döyüş meydanında qalanlara ürək-dirək verməsi həqiqətən nümunəvi bir davranışdır.

emil 2017-12-26 16:55:23

Gackinkom Hesenov ( Bas nazirin müavini) deyir 2020 -ilde komunizim gayiracag)) Bälkäm bir az Yavasliyag ? AZƏRBAYCANDA BİR YOXSUL BELƏ QALMAYACAQ, SIFIRA ENƏCƏK

Məran Şahiyev 2017-12-26 16:55:23

Bayram Muxtaovu 1992-ci ildən tanıyıram.Qarabağda gedən döyüşlərdə Bayram və ekipaj yoldaşları Mİ-8 helekopteri ilə atəş altında olan bölgələrə enib yardım gətirib və ağır yaralıları hərbi hospitala ra çatdırblar.Ağı döyüşlərin birində onlarla yaralılarla bərab mənimdə xilaskarım Bayram və ekipajı olub. Biz yaralı döyüşçülər çox razı qalardıq Bayram Muxtarov Azərbaycan ən yüksək fəxri ada və medalla təltif olunsun. Onun göstərdiyi fədakarlığı və s uca əti bizim qarşımızda danılmazdır.

Mərdan Şahiyev 2017-12-26 16:55:23

Bayram yüksək fəxri ada laiqdir.

Bagirova Leyla 2017-12-26 16:55:23

VƏTƏN UCUN FƏDAKARLİQ ETMİS PİLOTA LAQEYD MUNASİBET VARSA O ZAMAN CAVAN NƏSİLDƏ HANSİ VƏTƏNPƏRVƏRLİKDƏN DANİSMAQ OLAR ? AİDİYYƏTLİ QURUMLAR BU MƏSƏLƏ İLƏ BAGLİ MUTLƏQ TEDBİR GORMELİDİRLER!

Son yazılar