BANKLARDAN 100 MİLYONLARLA KREDİT ALIB TALAYANLAR VƏ... - Vəzifəsindən sui-istifadə edən məmurlar

cahangir haciyev beynelxalq bank istefa azpolitika.info 1Prezident Administrasiyasının Humanitar şöbəsinin sabiq müdiri Fatma Abdullazadə barədə yayılan son məlumatlar diqqətləri bir daha tutduğu mövqedən istifadə edərək müxtəlif şəxslərdən,  banklardan iri həcmdə pul alaraq qaytarmayan məmurlara yönəltmiş oldu.

Xatırladaq ki, son günlər F.Abdullazadənin şöbə müdiri olan zaman sabiq vergilər naziri Fazil Məmmədovdan  1 milyon dollar alaraq, indiyədək qaytarmadığı barədə məlumatlar yayılıb. Hətta onun külli miqdarda pul mənimsədiyi də yayılan məlumatlar arasındadır.

F.Abdullazadənin Beynəlxalq Bankdan götürdüyü 50 milyon dollar  krediti ödəmədiyi bildirilir. Axar.az isə yazıb ki,  onun ölkədən çıxışına Azərbaycan Beynəlxalq Bankına olan külli miqdarda kredit borcuna görə qadağa qoyulub.  

Musavat.com-un məlumatına görə,  tutduğu postun imkanlarından istifadə edərək özünün, yaxud yaxın çevrəsinin adına müxtəlif yerlərdən borc adı ilə pul alaraq sonra qaytarmayan sabiq və indiki məmurlar, deputatlar çoxdur. 

Azərbaycanda “Beynəlxalq Bank işi” adını almış cinayət işinin istintaqı zamanı çoxsaylı belə faktlar üzə çıxdı. Məlum oldu ki, Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmli Beynəlxalq Bankdan 800 milyon dollar kredit götürüb, qaytara bilmir. Onun məşhur “Xəzər adaları” layihəsi isə faktiki olaraq batıb...

O da məlum oldu ki, sabiq deputat, hazırda həbsdə olan Dünyamin Xəlilov da Cahangir Hacıyevlə olan yaxın qohumluq münasibətlərindən istifadə etməklə Beynəlxalq Bankdan rekord sayıla biləcək məbləğdə - 1,7 milyard manat götürərək qaytarmayıb. Qeyd edək ki, Dünyamin Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildən başlayıb. Dünyamin Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib.

“Beynəlxalq Bank işi”nə görə saxlanılanlardan biri də baş nazirin sabiq birinci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov olub. Mətbuatda yer alan məlumatlara əsasən, Nadir Abbasov Gəncədə keçmiş Yeyinti Ticarəti İdarəsinin bazasında soyuducular tikmək üçün Beynəlxalq Bankdan kredit götürüb. Kreditin 10 milyon manat olduğu və son ödəmə müddətinin 2018-ci il olduğu bildirilir. İddiaya görə, onu DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağırıblar. Ondan krediti dərhal qaytarması tələb olunub. Krediti geri qaytara bilməyən N.Abbasov həbs olunub.

“Beynəlxalq Bank işi” üzrə tutulan şəxslər arasında Orta Asiya ölkələrindən birində Azərbaycanın səfiri olan şəxsin qardaşı da olub. Kamal adlı həmin şəxs Beynəlxalq Bankdan 32 milyon manat kredit götürüb və qaytarmayıb. Xaricdə tutularaq ölkəyə gətirilən həmin iş adamı pulları qaytarmaq iqtidarında olmadığını bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, iş adamı Beynəlxalq Bankdan götürdüyü krediti təyinatı üzrə xərcləməyib. Kredit götürərkən Beynəlxalq Banka təqdim etdiyi biznes-plana uyğun hər hansı bir iş görmədiyi də məlum olub.

İş adamı kredit hesabına Azərbaycanda və ölkədən kənardan daşınmaz əmlaklar alıb. Həmin əmlakları icarəyə verməklə pul qazanıb. Lakin götürdüyü krediti geri qaytarmaq üçün addımlar atmağa tələsməyib.

Borclu məmur qohumlarından biri də Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qardaşı - biznesmen Şahin Mövsümovdur. O, bağlanmış olan “Bank Standard”dan 100 milyon manat kredit götürüb, hələ də qaytarmayıb.

Image result for Şahin Mövsümov

Maraqlıdır ki, hazırda vəzifədə olan məmurlardan da banklardan kredit götürənləri var. Belə ki, bir müddət əvvəl mətbuatda gedən məlumatlardan Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun da “kredit oliqarxı” hesab edilməsi üçün əsaslar olduğu aydınlaşdı. Həmin məlumatlara görə, E.Rüstəmov birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub. Devalvasiyadan əvvəlki məzənnə ilə bu, təxminən 1 milyard dollar təşkil edir.

Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği “Respublikabank”dan, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb(virtualaz.org).

Göründüyü kimi, tutduğu postdan, onun verdiyi imkanlardan, əlaqələrindən hansısa şəxs və ya banklardan borc almaq üçün yararlanan məmurlar çoxdur. Yazdıqlarımız hələ ictimaiyyətə açıqlanan faktlardır. Açıqlanmayan faktlar isə bundan dəfələrlə çoxdur. Bu problemi ölkənin bank sektorunda yaranan böhran üzə çıxardı. İndiyədək Azərbaycanda 12 bankın lisenziyası geri alınıb. Ekspertlər gələn il ərzində daha bir neçə bankın eyni aqibətlə üzləşəcəyini proqnozlaşdırırlar. Bu isə növbəti ildə borclu məmur və ya məmur yaxınları barədə daha yeni məlumatların açıqlanacağı deməkdir.

635x100

Şərhlər

Elçin 2017-12-30 12:49:20

......Adi insanların adına milyonlarla kredit oformit eləyib putinin göstərişinə əsasən rusiyanın şəhərlərində abadlaşdırma, tikinti işlərini malliyələşdirirlər.

Əsl Azərbaycanlı 2017-12-30 12:49:20

Talanxıların hamısı qohum,qardaş, Yeni Azərbaycan partiyasının öndə gedən üzvləri olması YAP-ın kimlərdən ibarət olduğunu tədiqlətir..Bəs digər hələ də soymaqda olan YAP-çı vəzifəlilərin adları niyə çəkilmir? Yoxsa işdən qovulduqdan sonra ortaya çıxarılacaq?Əcaib bir sistemdə və idarəçiliklə qarşılaşmışıq.Allah Azərbaycan xalqına yardımcı olsun.Biri milyardları,digəri 100 milyardları.o birisi milyonları mənimsəyir.Bəs ölkənin hüquq mühafizə orqanları nə ilə məşğuldur

Bahar 2017-12-30 12:49:20

Dünyamin Xəlilov bank işçisi olmayıb, ona görə bankdan pulu götürə bilməz. Bütün pullarl bankın işçiləri, rəhbərliyi və onların qohumları götürüb.

Vekil 2017-12-30 12:49:20

Beynelxalq Bank baglanmasa bu soz sohbet bitmeyecek!bir de ki o kredit deyildir axi o medeni sekilde bostan urulamasi idi onu alanlar tapsiriq esasinda alib ve derhal da qazanilmis pul kimi qaxa qoza xercleyib!!!

Kadr 2017-12-30 12:49:20

Məmurlar xalqın xidmətində durmalıdır.Amma bunlar....Milyon belə getdi,milyard belə ğəldi....Heç kim də cəzalandırılmır.Ona ğörə ki,hamısı əlbirdi.Dost-tanış-quda və s.

suleyman 2017-12-30 12:49:20

HORMETLI YURNALISTLER YENI ILINIZ MUBAREK.

S.Holms 2017-12-30 12:49:20

Xalqin olan bir Dovletin hec neyi Xalqin deyil. Hakimiyyet daireleri Butun var dovleti Talan edibler. Hansinin isin acirsan, biz yox ozleri acir, hamisi oqurluqun icindedir. Derebeylikdir!!!!! Bunun neyi Dovlet adlanir! Xalqi ise soyurlar, aqzin acanda serleyirler! Sadece Biabirciliqdir!!!!

Asim 2017-12-30 12:49:20

Azərbaycandakı rüşvətdən, korrupsiyadan tonlarla kitab yazmaq olar.Bunu meşədəki canavar da bilir, amma... "Təlxəklik" üzrə dünya çempionları heç gözə dəymirlər.Yaqin ki, "seçki" öncəsi ... göbələk kimi çıxacaqlar.Deyirəm texnika o qədər inkişaf edəydi ki,televizorun qabağından tüpürəydin, gedib düşəydi üzünə.Azpolitika kişilik et, ver bu yazını.

miri 2017-12-30 12:49:20

Maraglidir hec kiminde xeber yoxdu)))) E ne bedbaxt milletimiz var imish. Gedib 1000manat bankdan pul alanda adami tumanina kimi yoxluyurlar. Bu boyda pulu hara yemek olar a sizi gorym gan ....Hec kiminde xeber yoxdu)))

S.Novruzova 2017-12-30 12:49:20

Yap-ın çoxbilmişi ola,Deputat siyahisi tərtib edən Siyavuşun səsi niyə çıxmır? Bu biabırçılıqların ortaya çıxmasına o necə baxır?Niyə öz fikrini bildirməkdən çəkinib gizlənib.Başqa vaxtlarda özünü çoxbilmiş kimi ortaya atır.Qoy bir YAP-ın məhsullarını yığsın.Ondan sonra saytlarda,televizorda,Milli Məclisdə özünü göstərsin,başqalarına ağıl öyrətsin. Buyur Novruzov, qəbul et öz YAP-çı oğru və fırıldaqçılarını!

Tahir 2017-12-30 12:49:20

DÖVLƏTİN XALQIN TALANMASI YOLLARINDAN BİRİ DƏ KREDİT GÖTÜRÜB ARADAN ÇIXARMAQ XARİCİ BANKLARA ÖTÜRMƏKDİR. böyük krediti milyonlar milyardları da hakimyətdə olan böyük vəzifəli məmurlar və onların yaxınları, əsasən də... ediblər. Yəni sadə adam gedib heç 5-10 min krediti çox çətinliklə ala bilər, hələ alsa. 100-lərlə bizim milyardlarımızı beləcə talan ediblər və kimlər. Biz bir millət-xalq kimi yaxşıca fikirləşməli özümüzə gəlməliyik

Faktoreal 2017-12-30 12:49:20

Bir və ya min nəfər dövlətə cavabdeh ola bilməz? Hər sahənin müstəqil-məsul rəhbəri var. Pulu adətən, Maliyyə nazirliyi dövriyyəyə buraxır və toplayır. Bu hər dövlətin daimi və elementar maliyyə hesabıdır. Özəl sahibkarın və ya PA işçisinin pula-banka konstitusion səlahiyyəti varmı? Axı, iki milyondan çox əhalı krediti almaq üçün evini daha ucuz girova qoyub. Bəs, həmin şəxslərin "girov"ları nəymiş? DərəBəylik, yoxsa Şahlıq?

Elif 2017-12-30 12:49:20

Bu İbrahimov qardaşlarını görəndə adamın ürəyi bulanır.

azad 2017-12-30 12:49:20

əvəlcə hər kəs duşunsun kim bunların bu səviyəyə catmaqda əməyi olmayıb hərbirimiz ayrılıqda bunlara xidmət edirik.doğum evindən qəbir evinədək ruşvət paylayırıq sonrada gunagar axtarirq

miri 2017-12-30 12:49:20

Hamı bilirki, Məmləkət yeniazərbaycan sayaqi kəşf olan "təhkimçilik üsulu" ilə idarə olunur, yəni təhkimçidən icazəsiz artıq "nəfəs" almaq belə olmaz.Dunyamin pambıqçılıq üzrə,İbrahim isə Xəzər dənizində cənnət adlanan avantürist layihənin icraçısı olub.Onlara ayrılan kredid vəsaitləri isə bu layihələrin "xozeynləri"nin razılığı ilə olunub.Avanturist O.Benderdə günah axtarmaq əvəzinə,başqa yerdə axtarmaq dəyməz!p.s Admin,mən Sizin daimi və aktual(fərdi yox) məsələlərə rəy bildirən oxucunuzam.Yazilan rəylərin hansı e.poctundan gəldiyini də görürsüz.Odur bu bu nik.lə başqa ünvandan(hətta fikirlərim üst üstə düşsə belə-bu rəydəki kimi)gələn komment yerləşdirsəniz ,komment yazmaqdan imtina edəcəyəm.

FEHLE 2017-12-30 12:49:20

MARAGLISI BUDUR KI HEC KIMIN XEBERI JOXDU AMMA MENIM FEHLE OLDUGUMA BAXMAJARAG VAR HEGIGET ISE AJDINDIR TEPEDEN DINDGA KIMI OGRU VE DELEDUZDUR NE EDEK VOT VOPROS MEN BUNUDA BILIREM DA ZDRAVSTVUET "VORI V ZAKONNIJE" I IX UBLUDKI

oxucu 2017-12-30 12:49:20

RUSHVET - KORRUPSIYA, OZBASHINALIQ, QANUN POZUNTUSU ile MESHQUL OLAN YUKSEK VEZIFELI MEMURLAR, Azerbaycanin DAXILI DUSHMENLERIDIR. Ishqalchi Ermenistan ile NETICESIZ "danishiqlar" IMITASIYASINDA ISHTIRAK ETMEK - VAXT ITIRMEKDIR ve OZUMUZU ALDATMAQ ANLAYISHIDIR, bu barede, yeqin ki, olke bashchisi bilir. Ishqalchi Ermenistan ile YALNIZ GUC TETBIQI TAKTIKASI vasitesile, NETICELI danishiqlar aparmaq mumkundur Daqliq Qarabaq probleminin helli uchun. Putin ve ermeni Lavrova ETIBAR YOXDUR !

F.Abdullazadəyə 2017-12-30 12:49:20

Dəhşət!Bir milyon-1 000 000 manat borç olar? Bu nə isə başqa şeyə bənzəyir.Axı bu borcu qaytara bilmək üçün F.Abdullazadə neçə il yaşamalı,qidalanmalı,kommunal xərclərini ödəməli,müalicə olunmalı, geyinməl və bu kimi məcburi məsrəflərini etdikdən sonra pul artırıb bir milyon borcu qaytara bilər? Borc verən adam bunu hesablayıbmı? Hələ 50 milyon kredit bir yana. Bəs necə olacaq? Ölkədə bir iş görəndə onu düşünən,planlaşdıran varmı?Yoxsa koxanı gör,kəndi çap məsələsi. Hələ gör belə nə qədər hallar var?

Quliyev Elxan Sarı o. 2017-12-30 12:49:20

Respublikanın maliyyəsini idarə edənlər dövlətin maliyyəsini mənimsəməklə məşğuldurlarsa, yerlərdən verilən dəqiq məlumatlara yuxarıda əyləşənlər barmaq arası baxırlarsa, onda bəs bu dövlətdə kimə inanmaq olar? Bu dövlətdə doğru məmur kimdir?

Cəbrayıl 2017-12-30 12:49:20

Belə "kadrları" ortaya çıxarıb,onlara yaçıl işıq yandıranlar heş də onlardan az günah sahibi deyillər.Uzun müdət,illərlə davam edən belə talançılıq niyə zamanında anlaçılmayıb.AXı milyonlar bir gündə,bir dəfədə onlara verilməyib.Niyə və kim belə işlərə göz yumub? Nİyə o şəxslər gizli saxlanılır?

dadaşyev 2017-12-30 12:49:20

Bu yüz ildə Azərbaycan milləti Nikolaydan sonra 5 dövr gördü. Demokratik,repressiya, ottepel,zastoy,perestroyka.Hazırkı dövr altıncı və ən qaranlıq dövrdü.Çünki həsənsoxdu dəyirmanı dövrüdü. Gələcək nəslimiz müstəqilliyimizin bu ilk dövrünü utana-utana xatırlayacaq. Deyəcəklər necə olub ki,bapbalaca bir ölkəni dərəbəylik epidemiyası bürüyübmüş? Bu ki Rusiya,Çin boyda deyil.İşğal olunan əraziləri çıxsaq,sahəsi cəmisi 65 min kvadrat kilometr olan balaca bir ölkəni idarə etmək yəni bu qədərmi çətinmiş?

leyla 2017-12-30 12:49:20

Azərbaycanın bu qədər pulu olduğu halda ,bu millət acından qırılır. 5 man. minimum artırmaqla xalqın həyat səviyyəsi düzəldi ? Bir bu camaata da gün ağlasınlar.Yedikləri qara camaatın əməyidir. Bu millətin əzab -əziyyəti.ah-naləsi onlara qənim kəsilsin.

Cavidan 2017-12-30 12:49:20

rejimin çürüdüyü və köndələn durduöu göz önündədir.

Murad 2017-12-30 12:49:20

Azerbaycanda eger siyasi partiyalar birlesherek, choxluq teshkil eden bir siyasi KOALISIYA yaratsalar ve VAHID - ALTERNATIV namizedi prezident sechkisine teqdim etseler, hemchinin sechkiye NEZARET KOMITESINI resmi qeydiyyatdan kechirseler , bele sheraitde, YAP partiyasisindan olan namized uchun, sechkide ciddi chetinlikler ola biler. Sechkide - bulletenlerin duzgun - sheffafliqla hesablanmasi, secki menteqelerinde ICTIMAIYYETIN GUCLU NEZARETININ TESHKILINDEN CHOX ASILIDIR.

Dadaşov-a 2017-12-30 12:49:20

Ən maraqlı hallardan biri isə,görəsəbn bu milyonlara kredit götürənlr bu pyulları əyani olaraq görüb,bankdan alıb.aparıb və xərcləyiblər? Yoxsa pulun üzünü görmədən sadəcə imza ilə başqa Axıolkə bankın kğçürüblər.Bu barədə məlumat verilmir. Axı500-800 milyon dollar pulu bir gündə bankdan çıxarmaq şübhə doğurur. Nə isəölkə soyulur,cavabdehlər isə sakit oturublar.Deməli burada nə isə ,kiminləsə bğlı olduundan susqunluq davam edir.

Dadaşova 2017-12-30 12:49:20

Cənab Dadaşov 500-800 milyon,milyard bankomat işi deyil.Belə pul yük maçını ilə daşınar.Belə kollektiv soyğunçuluğa nə ad verirsən?

Oqtay 2017-12-30 12:49:20

Azərbaycanda kredit götürüb aradan çıxana BİZNESMEN deyilir

Cəmşid Dərələyəzli 2017-12-30 12:49:20

Sadəcə Şou

Kərəm 2017-12-30 12:49:20

Bir maraqlı sual ortaya çıxır......məmurların bu biabırçı,talancı ,soyğunçu siyasətinə özünü soyasət adamı sayan.Milli Məclisin seçilməmiş deputatı,özünü çoxbilmiş kimi təqdim edən... Siyavuş Novruzov niyə ortada görükmür?Bu məsələlərə onun fikri çox maraqlı olardı.Görsün ki,YAP kimlərdən təşkil olunub.

dadaşyev 2017-12-30 12:49:20

Dadaşova yazana. Qardaş,3 ton heroini 2 il qabaq bizim gömrükdən Gürcüstana necə keçirmişdilər?3 kq,30 kq,300 kq yox haa.3 ton.Gürcülər tutmadılarmı?Və üstü örtülmədimi?Türkiyə trasslarında bizim bir maşınımızı saxlayanda maşından 33 kq külçələr halında qızıl tapılmadımı?Cəmisi bircə gün yazdı Türkiyə qəzetləri ondan.Üstü örtülmədimi?Pulu çıxarmağa nə var?Beynəlxalq Bankın kartıyla dünyanın bütün bankomatlarından pul çıxarmaq mümkündür,təki hesabında olsun.Ofşor zonalarına göndərilənlər isə vergidən azaddır

Son yazılar