10 İLİN PROFESSORUNA 30 MANAT... - Elmi dərəcələrə görə əlavələr artırılıb...

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğinin müəyyən edilməsi haqqında” 14 iyun 2017-ci il tarixli qərarında əksini tapıb.

Qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasında, habelə digər dövlət orqanlarının elmi, elmi-tədqiqat müəssisə və təşkilatlarında çalışan elmlər doktoru elmi dərəcəsi olan şəxslərə 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan şəxslərə 30 manat (bilavasitə ixtisası üzrə çalışanlara 60 manat), dövlət büdcəsindən maliyyələşdirilən digər müəssisə və təşkilatlarda (icra hakimiyyəti orqanlarından başqa) bilavasitə ixtisası üzrə çalışan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 40 manat əlavə müəyyən edilib. Elm və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi adı (dosent və professor) olan şəxslərin vəzifə maaşlarına elmi adlara görə ödənilən əlavələrin məbləği “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında nəzərdə tutulmuş həcmdə müəyyənləşdirilib. Başqa sözlə, bu kateqoriya üzrə dosent elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 25 manat, iş stajı 10 ildən 15 ilə qədər olduqda 50 manat, iş stajı 15 ildən 20 ilə qədər olduqda 75 manat, iş stajı 20 ildən artıq olduqda — 100 manat, professor elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 30 manat, iş stajı 10 ildən 15 ilə qədər olduqda 60 manat, iş stajı 15 ildən 20 ilə qədər olduqda 90 manat, iş stajı 20 ildən artıq olduqda 120 manat əlavələr müəyyən edilib.

Göstərilən əlavələr vəzifə maaşını təşkil etmir, lakin qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta aylıq əməkhaqqının hesablanmasında nəzərə alınacaq. Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərə elmi dərəcəyə və elmi ada görə aylıq vəzifə maaşlarına müəyyən edilən əlavələr dövlət büdcəsinin xərclərində həmin müəssisə və təşkilatlar üçün nəzərdə tutulan müvafiq vəsaitlər hesabına ödəniləcək. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödəniləcək. Özünümaliyyələşdirmə formasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda bu əlavələrin həcmi və ödənilmə qaydası kollektiv müqavilələrin şərtləri ilə müəyyən olunacaq.

Qeyd edək ki, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaş ları haqqında” Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli qərarına əsasən elmi dərəcəsi olan, vəzifə maaşı sxemində nəzərdə tutulmamış xalq təhsili, səhiyyə, sosial müdafiə, bədən tərbiyəsi və idman, mədəniyyət və arxiv, kənd və meşə təsərrüfatı, hidrometeorologiya, geologiya və geodeziya idarələrində, bilavasitə öz ixtisası üzrə çalışan Vahid Tarif Cədvəli üzrə vəzifə maaşlarına fəlsəfə doktorlarına (elmlər namizədlərinə) 36 manat, elmlər doktorlarına 76 manat məbləğində əlavələr müəyyən edilib. Yeni qərarla əlaqədar bu məbləğ müvafiq olaraq 40 manat və 80 manat müəyyən edilib.

Bu qərar bu gündən - 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

635x100

Şərhlər

Nizami 2018-01-01 11:40:25

Nə üçün ölkəmizdə bisavadlıq bu dərəcəyə çatıb? Məlumdur ki, elmlər namizədi,elmlər doktoru.akademik elmi dərəcədir. Dosent,professor isə iş stajı və iş təcrübəsinə görə verilən adlardır.DEməli, dosent,professor isə elmi ad yox,pedaqoji adlardır. Maaşlar isə bazar qiymətlərinə uyğun artırılmalıdır.

dadaşyev 2018-01-01 11:40:25

On ilin professoruna 30 manat verilən məmləkətdə PA-nın bir şöbə müdiri bankdan 50 milyon,nazirdən 1 milyon pay alır.(kredit,borc deməyin adına.Özünüzü güldürməyin.50 milyon krediti heç rəhmətlik Sabançıya,Vəhbi Koça verməyiblər.Sabançının gördüyü ən böyük kredit 3 milyon dollar olub,onu da filan qədər daşınmaz əmlakını girov qoyaraq götürüb.Halbuki Türkiyə sənayesinin,iqtisadiyyatının qalxınmasında bu iki sahibkarın çox böyük xidmətləri olub.Bunun və ya Hafkanın nə xidmətləri olub?Hafkaya 480 milyon!!!!)

maarif 2018-01-01 11:40:25

AZpolitika sağ olsun ki, bu məs. qaldırıb!Fizika İnstitutu bu qərara əməl etmək istəmir. Bu İnstitut elmlər doktorlarına düşən 100 AZN-i, namizədlərə-60 AZN-i ödəmək istəmir. Bu işdə xüsusi canfəşanlığı indinin özündə belə 37 istinadı olan, amma uzun illər etnik akademik olan və büdcədən 3000 AZN alan Cavad Abdinov oynayır! Əsas skipkanı isə baza fiz. təhsili olmayan, yalnız cüzi məqaləl. aparıcı olan akademik maaşı alan direktor Nazim Məmmədov (dili səlis bilməyən)-F.Abdullazadə kadrı- çalır!

Doktora cavab 2018-01-01 11:40:25

Biz sevinməliyik ki."böyük" qardaşımızın mənəviyyatını "zənginləşdiririk".Yoxsa Qarabağı kim alıb erməniyə verər?Səs salma başın sağ olsun.Allah qoysa gələn il də Ecməcimi təmir etdirib etdirib, bir "vətənpərvərlik" medalıni da alacayıq.Yaşısın "bizim" YAP-çılar.

S.Holms 2018-01-01 11:40:25

Hakimiyyet Xalqa Xalqin pulun verende bele bolgu aparir: - Bu ner kimi Nehre sizin, o ki, qaldi Xirda- Xurus, qizil- Gumus Medenleri o da qalsin Bize ve bizi mudafie eden deputatciqlara, analari goycek---- ...ciklere. Edaletli bolgu! Dadasov sizinle serikem. Herden fikirlesirem ki, bunu tertib edenlerin goresen aqilllari yerindedi.

Dadaşev-ə 2018-01-01 11:40:25

Bəzi adamlarla əlaqəsi və ya həmin adamlaın bir başa göstərişi olmadan bank bir min manat da girovsuz kredit vermir və verməz! Ona görə bankların bu halda qəbahəi yoxdur.MƏsələ sistemin çürük qurulması və millətin soyulması olduğundan beləhallara diqqət edən yoxdur.Nə bank Hüquq mühafizə orqanlarına müraciət edir,nə də məsul orqanlar belə işlərə nəzarət edir.Sonda,axırıncı günahkar sayılır.Bu da axırıncının kiməsə inamının nəticəsi olur.Bəlkə hmin plların bu yazıq heç üzünü görməyib.Sadəcə imza edib.

Cəmşid Dərələyəzli 2018-01-01 11:40:25

Böyük artımdır. Cənab Prezidentim bu addımı alqışlanmalıdır.

DOKTOR 2018-01-01 11:40:25

45 il HEKIM OLMUSHAM INDI ISE 152 man PENSIJA ALIRAM ADI GAI SERJANTI ISE 750man SOZ veribler RUSSIJANIN TAM TEMIRINDEN SONRA 7man artirilacag SPASIBOOOooo

arif 2018-01-01 11:40:25

Cuzi artım nəyə gərəkdir. Hər il maaşlar 10 faiz artır çox gülməlidir.

Son yazılar