MANATIN DEVALVASİYASINDAN KİM QAZANIR? - Hökuməti ifşa edən rəqəmlər

qubad"Hazırda dünya bazarında Azərbaycan neftinin 1 bareli 70 dollara və ya 119 manata satılır. Ölkədə büdcə gəlirləri və xərclərinin uçotu manatla aparılır, daxildə bütün hesablaşmalar, o sıradan da əmək haqqı və pensiyalar da manatla ödənilir. İndi özünüz nəticə çıxarın: manatın kəskin devalvasiyasından kimlər bəhrələnir. Əlbəttə də ki, ilk növbədə gəlirləri və sərvətləri ədalətsiz bölüşdürən mövcud hakimiyyət".

"AzPolitika"nın məlumatına görə, bunları iqtisadçı Qubad İbadoğlu "Facebook"dakı yeni statusunda yazıb. Ekspert müqayisəni davam etdirərək daha sonra yazır:

"2-3 il əvvəl neftin 1 barelini 110 dollara satıb 86 manat qazananlar, indi onu 70 dollara satıb 119 manat qazanırlar. Devalvasiyaya minnətdar olmaqla, yenə də bu əməliyyatdan faydalanan onlar, itirən isə qiymətlərin bahalaşmasından, gəlirlərinin (əgər varsa) dəyərsizləşməsindən, kredit borclarının şişməsindən, iş yerlərinin bağlanmasından əziyyət çəkən sadə və dözümlü Azərbaycan xalqıdır".

Q.İbadoğlu hətta hökumətin 3-cü devalvasiyaya gedə biləcəyini də istisna etməyib:

"Hələ bütün bunlar azmış kimi, hazırkı hakimiyyət 2018-ci ildən zavallı xalqı cərimələri, dəbbə pullarını, rüsumları və aksiz vergilərini artırmaqla, daha çox yükləməyə başlayıb. Ona görə də düz deyirlər ki, iqtisadi artım dövründən faydalananlar, böhrandan da bəhrələnirlər. Qorx ki, manatın devalvasiyasından bəhrələnənlərin iştahı bir az da arta, onda onlar hətta üçüncü devalvasiyaya da gedib, 1 barel neft satışından qazanclarını 150 manatadək artıra bilərlər. Allah bizi o gündən qorusun! Görünür ki, bu lənətə gəlmiş neft tükənməsə və ya ucuzlaşmasa ölkədə nə dayanıqlı iqtisadiyyat olacaq, nə də islahat".

V.NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

omer 2018-01-04 11:38:07

Tamamen duz deyirsiniz .amma gorunen odurki bu butu n dunyada beledir..ne vaxtsa ezilenler anlayacaq

VƏTƏNDAŞ 2018-01-04 11:38:07

0.5 faiz vergi artirildi əmək haqqından bu il.Gələn il də yəqin icbari tibbi sığortaya gğrə yeni vergi tətbiqolacaq əmək haqqından .sonra da deyirlər maaş artdı.14 faizlik vergi azalmalıdır.deputatlarin da maaşı orta əmək haqqinin artimi qədər yəni 6 faizdən cox artmamalidır.

AZER 2018-01-04 11:38:07

təcili olaraq 1000 manata qeder əmək haqqindan 14 faizlik vergi 12 faizə endirilməlidir

Q.İbadoğluna 2018-01-04 11:38:07

Qubad bəy sanki Amerika aşıb.Dünya ölkələrində ABŞ dolları 1-1.5 faiz bahalaşırsa Bizdə bunu birdən-birə 100 faiz bahalaşdırıb.sonra 0.5-0.6 faiz araında var-gel etdiriləndə niyə Qubad bəyin səsi eşidilmirdi? Normal ölkələrdə əhalinin bu artımlardan əziyyət çəkməməsi üçün müəyyən addımlar atılır.Amma bizdə manatın qəsdən ucuzlaşmasına baxmayaraq ticarətdəə bahalaşmalar əsassız olaraq sürətlənir.Bəs bunu hakimiyyət görmür?Millət hara aparılır?

adif 2018-01-04 11:38:07

Icbari siqortadan kimler qazanir?en cox yayilan xestelikleri tibbi siqortanin ziyahisindan cixadiblar

Amon 2018-01-04 11:38:07

14% lik vergi azaldacaqlar buna emin olun hem mikayil cabbarovun cekisini artirmaq ucun hemde camaati sakitlesdirmek ucun.o reqemi 12% eleseler bele onlar ucun bu cox cuzi bir ferq eliyecek ancaq qara yollarla evvelkinnende ferqli yoxlamalar olacaq yene deyisen birsey olmayacaq.indi bu deqiqe tehsile budeceden ayrilan 2 milyardin ustunde qirgin gedir here oz kadrini durtusdurmek istiyir yalniz 2 milyardi yemeye gore.onun ucunde nazir teyinati gecikir hele deyesen birazda gecikecek sonda qalib gelen klan 2 milyardin sahibi olacaq ehaliye ise kubok verecekler

2+2 2018-01-04 11:38:07

«İndi özünüz nəticə çıxarın: manatın kəskin devalvasiyasından kimlər bəhrələnir. Əlbəttə də ki, ilk növbədə gəlirləri və sərvətləri ədalətsiz bölüşdürən mövcud hakimiyyət»…........ necə hesabladız bunu Qubad bəy, bir bizədə başa salın o gəlir və sərvətlərin ədalətli bölgüsünü, xüsusi ilə nəzərə alsaq ki, 2000-ci illərin birinci on illiyi ölkə hökuməti neftin yüksək qiymətlərindən çıxış edərək əsassız olaraq yüksək öhdəliklər götürüb və indi onların icrası problemi ilə qarşılaşıb??? Yəni demək istəyirəm mövcud vergi sistemində, büdcə xərcləri strategiyasında hansı dəyişikliklər sizcə ədalətli bölgü sisteminin formalaşmasını təmin edər??? Hər şey gördüyünüz, dediyiniz qədər sadə deyil - devalvasiyadan hər zaman ixrac sektoru udur və əgər Azərbaycanın yeganə aparıcı ixrac məhsulu dövlətin inhisarındadırsa, deməli əsas problem dövlət menecmentinin keyfiyyətinin yüksədilməsindədir. Şişirdilmiş dövlət aparatı, icrası heç kimı lazım olmayan funksiyalar, özəlləşdirilməsi mütləq zəruri olan sahələr, korporativ idarəetmənin praktiki olaraq sıfır səviyyəsi və s. İslahatlar və iqtisadiyyat barədə deyə bilmərəm, yəqinki düz deyirsiz, işlərin gedişi göstərirki, iqtisadiyyat yenə köhnə prinsiplərə köklənib – neft gəlirlərinin bölgüsünə. Lakin niyə lənətə gəlmiş neft??? Məgər Norveçdə, İngiltərədə neft iqtisadiyyata, yaxud xalqa ziyan vurur???

Vətəndaş 2018-01-04 11:38:07

Qubad bəyin hesabatı kimlər üçün aparılıb.Onsuz da hakimiyyət belə hesabatları diqətə almır.O zaman Qubad bəy xalq qıcıqlandırmaq həvəsinə düşüb?Qatar gedəndən sonra dalınca yüyürmk nə verəcək?Əgər onun bu işlərdə zəhmətini tətbiq edə bilmirsə,xalqı əsəbiləşməyə,qıcıqlandırmağa həvəs göstərməsi fayda verməz.O nə iqtidardır,nə müxalifət. Ona görə ara bir mən də varam deyib saytlarda çıxış etməsi məna kəsb etmir. Çünki iqtisadiyyatın əsas fiqurları öz kirli işlərindədirlər.

Son yazılar