SABİQ BANKİR DƏ YENİ KOMANDAYA QOŞULDU - Mikayıl Cabbarovdan yeni təyinat

trend_mikayil_cabbarov_281114Vergilər Nazirliyində daha bir mühüm kadr təyinatı olub. Mikayıl Cabbarovun əmri ilə Ülvü Mansurov nazirlikdə vəzifə verilib.

Bundan əvvəl Mərkəzi Bankın sabiq əməkdaşı Xəqani Abdullayev, Təhsil Nazirliyinin keçmiş işçiləri Elnur Əliyev, Camal Qasımov nazirlikdə müşavir təyin olunub.

Xatırladaq ki, Ülvi Mansurov  2 ay əvvəl “Azərpoçt” MMC-nin baş direktoru vəzifəsindən azad olunmuşdu. Uzun müddət “Texnikabank”ın İdarə Heyətinin sədri işləmiş Ü.Mansurov, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, eləcə də "Kapitalbank"da sədr müavini postlarını tutub.

Ülvi Mansurov məşhur bəstəkar Eldar Mansurovun oğludur. 

Onun “Azərpoçt” MMC-nin baş direktoru vəzifəsinə təyinatı, ordakı fəaliyyəti və işdən çıxarılması ilə bağlı xeyli maraqlı və ziddiyyətli məlumatlar olub. Belə ki, təxminən ay yarım əvvəl APA “Azərpoçt” MMC-dəki mənbəyə istinadla, Ü.Mansurovun öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşdığı barədə məlumat yaymışdı: “Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib.  Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub”.

Ancaq “Azərpoçt” MMC-nin mətbuat katibi Günel Gözəlova Ü.Mansurovun işdən çıxması barədə məlumatı olmadığını (?) bildirərək, xəbəri təsdiqləməmişdi. Bu zaman mətbuat katibinin öz direktoru barədə qeyri-müəyyən açıqlama verməsi mətbuatın diqqətindən qaçsa da, "AzPolitika.info"ya verilən bəzi məlumatlar bunun heç də təsadüfi omadığını göstərirdi.    

Belə ki, Ü.Mansurovun “Azərpoçt” MMC-yə rəhbər təyin edilməsi xəbəri ötən ilin mart ayının 31-də verilmişdi . Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə əmr də imzalamışdı. Amma ötən aylar ərzində “Azərpoçt” MMC-nin rəsmi veb-səhifəsində rəhbər şəxslər arasında Ü.Mansurovun adı olmadı. Bütün bu müddət ərzində qurumun rəsmi saytında Baş direktorun vəzifəsini baş nazirin müavini Əli Əhmədovun bacısı oğlu Sübhan Kazımovun icra etdiyi göstərilirdi. Baxmayaraq ki, hətta Açıq Ensiklopediya olan “wikipedia”da da Ülvi Mansurovun “Azərpoçt” MMC-nin Baş direktoru vəzifəsində çalışdığı qeyd edilirdi. 

İlk baxışda bu texniki xəta və ya qurumun saytında həmin bölmənin yenilənməməsi kimi görsənəsə də, özəl mənbələrimizdən əldə etdiyimiz məlumatlar əsl həqiqətin başqa olduğunu ortaya çıxarmışdı (“AzPolitika.info” hələ ötən ilin may ayının əvvəlində bu haqda məlumat vermişdi : RAMİN QULUZADƏNİN QƏRİBƏ BAŞ DİREKTOR TƏYİNATI – “Azərpoçt” MMC-də nə baş verir?).

Belə ki, Rabitə Nazirliyinə yaxın mənbələrdən “AzPolitika.info”ya daxil olan məlumatda bildirilirdi ki, Ülvi Mansurov “Azərpoçt” MMC-nin Baş direktoru təyin olunsa da, sənəd üzərində bu vəzifəni rəsmiləşdirmək mümkün olmur: “Məlumata görə, Ülvi Mansurov direktor kimi işə gəlir, göstərişlərini verir, nazirliyin tədbirlərinə qatılır, yəni faktiki rəhbərliyi həyata keçirir. Ancaq rəsmi sənədləri imzalaya, təyinatlarla bağlı öz adından qərarlar verə bilmir. Bu işlər Sübhan Kazımovun imzası ilə həyata keçirilir. Bunun səbəbi isə qanunla Ülvi Mansurovun müəyyən müddət rəhbər vəzifə tutmasına qadağanın qoyulmasıdır”.

Elmar_Mammadov"AzPolitika.info”nu məlumatlandıran mənbə, həmçinin, qeyd etmişdi ki, Ülvi Mansurov 2012-ci ildən 2015-ci ilə qədər “Bank Technique” İdarə Heyətinin sədri vəzifəsində işləyib: “O, 2015-ci ildən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə gətirilib. Onu bu vəzifəyə Cahangir Hacıyevdən sonra Beynəlxalq Banka qısa müddət rəhbərlik etmiş Elmar Mənmədovun gətirdiyi xəbəri yayılmışdı. Belə görünür ki, onunla bərabər də bankdan uzaqlaşdırılıb. Mənbənin sözlərinə görə, Ülvi Mansurov vəzifədən xüsusi maddə ilə çıxarılıb. Hansı ki, bu maddə onun müəyyən müddət rəhbər vəzifə tutmasını qadağan edir. Bu üzdən də Ülvi Mansurov “Azərpoçt” MMC-nin Baş direktoru təyin olunsa da, rəsmi olaraq vəzifəsinin icrasına başlaya bilməyib”.

Bu məlumat rəsmən təsdiq olunmadı. Ancaq Ülvi Mansurovun "Azərpoçt” MMC-nin Baş direktoru kimə rəsmən fəaliyyətinə başlaya bilməməsi məlumatın həqiqəti əks etdirdiyini göstərirdi.  

Bu baxımdan Ülvi Mansurovun Vergilər Nazirliyində vəzifəyə təyinatı maraq doğurur. Görünür, Ülvi Mansurovun rəhbər vəzifə tutmasına qoyulan qadağanın müddəti bitib... 

M.Məmmədov

AzPolitika.info

 

635x100

Şərhlər

rabitəçi 2018-01-12 19:34:57

Ülvi müəllimi yeni təyinat münasibətilə təbrik edirik! Ülvi müəllimin Azərpoçtdakı qısamüddətli rəhbərlik dövrünü 1918-1920-ci illərdəki Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə müqayisə etsək bəlkə də yanılmarıq. Öz işində kifayət qədər peşəkar, işçiyə dəyər verən, yüksək mədəniyyətə malik bir şəxsdir. Ona uğurlar arzulayırıq!

aqsaqqal 2018-01-12 19:34:57

Dəyəsən bu yaxın zamanlarda ........Yoxsa belə "skorostla" gedə bilməz.

AAgahuseyn 2018-01-12 19:34:57

Buna deyərlər ATIN QABAQINA ƏT İTİN QABAQINA OT QOYMAQ.

Adil 2018-01-12 19:34:57

HƏƏƏƏƏƏƏƏ... İndi Mikayil Cabbarovun VN-də nə edəcəyi Ülvinin(KAŞŞEY BEZSMERTNI) təyinatı ilə artıq aydınlaşdı.Bu təyinat coooox mətləblərı əyan elədi.Hörmətli İŞ adamları!!!! Fazilin ölənlərinədua oxutdurmaga oçeredə düzüləzsiniz.

QISASI: 2018-01-12 19:34:57

QURDLAR GEDİR......

alı 2018-01-12 19:34:57

Rabitəçi dostum! Dolamısan bizi?Bu Ülvıni Azərpoçtda bunu heç oxrana və müvinlərdən başqa görən oldu ki?Maraqlıdır bu Ülvü nə vacib personadır ki bunu burdan ora ordan bura həm də böyük və yaglı yerlərə tullayırlar Ülvi də hamısinı da bogazacan zibilə batırır.Batırsa belə yenə onu sudan quru çıxarıb daha yaxşı və yaglı vəzifəyə qoyurlar.Baxin məhkəmə qərarı 3 il rəhbər vəzifə tutmaq qadagan olunan Ülvini Azərpocta baş direktor təyin edir,alınmır amma yenə daha yaglı yerə VN qoyurlar.ANALOQU YOXDU ÜLVİNİN.

Amon 2018-01-12 19:34:57

Bu vergiler nazirliyinde vergiye aid olan bir adam qalacaqmi goresen.hamisi tehsil iscileridi onda tehsil idarelerinide versinler vergiler nazirliyine bitsin bu is.mikayil cabbarov helede yuxudadi ozude inanmirki nazirdi.20 ilde islese kemaleddi heyderov ramil usubov kimi nufuz qazana bilmez cunki tesadufi kadrdi

Vətəndaş 2018-01-12 19:34:57

Mən bilən Ülvü Mansurov maliyyə ...olunub və ona üç il ərzində yüksək vəzifə tutmaq qadağan olunub. məhkəmənin hökmü ilə bunu elə Azpolitika keçən il yazmışdı. böyük məqalə həsr etmişdsi Ü.Mansurova. Maraqlı təyinatdı.

G.M 2018-01-12 19:34:57

Gəl ki,TN-dəki Kulikulikulumu da Vergilər Nazirliyinə aparsınlar.Fazil ``Kameral`` zad pulu yığırdı..bu da fond pulu,süpürgə pulu və s yığacaq.Yani ki,Bəzi ``biznesmen`` Qardaşlar sevinməyə tələsməsinlər.

ALI-YA 2018-01-12 19:34:57

Sən görmürsən ki,Azərbaycanda vəzifə .....Allah öhdələrindən gələr,inşallah.

Eliyar 2018-01-12 19:34:57

Allah size rehmet elesin ulu onderimiz kaski 10 ilde omrunuz yeterdi bu olkeni idare elemeye.indi ayaz mutellimovda cixib musteqilliyimizden danisir halbuki 20 yanvar 1990ci ilde rus qosunlarini bile bile ki qirgin toredecekler bakiya gelmelerine icaze verdiler yeterki bunlarin hakimiyyeti qorunsun..

XX 2018-01-12 19:34:57

Bizim iqtisadiyyatimiz olmadigina gore butun budce yuku verginin uzerindedi orada normal kadrlar lazimdi..... deyirdiler ki kohneler yerlibazliq qohumbazliq eliyir eleseler bele nufuzlu kadrlar yerlesdirirdiler.bu tezelerde dostbazliq eliyirler hemde lazimsiz usaq musagi doldururlar dovletin strateji vezifelerine.tarix boyu herzaman yasli neslin idareciliyi oz behresini verib...

S.Ənvər qızı 2018-01-12 19:34:57

Məmur qohumun varsa,hər yerdə də sənə yağlı vəzifə var.......?

zrs 2018-01-12 19:34:57

poct sistemində rəsul bаyrаmovlаr vаrsа poctlyon yenə qаpı qаpı gəzəcək və yüz mаnаt əmək hаqqı аlаcаq.öz biznesini qorumq ücün nаzir ücün lаp həyаtını verər.vаxtı ilə bаş direktorа yаltаqlаnırdı həbs olundu hər şey bitdi

Son yazılar