15 MİN MANATDAN 45 MİN MANATA! - Bir konteyner təkərin rüsumunda ŞOK BAHALAŞMA

Yanvarın 12-də bir qrup şəxs Dövlət Gömürük Komitəsinin (DGK) qarşısında aksiya keçirib. Onlar yeni gömrük rüsumlarından narazılıq ediblər. Aksiya iştirakçıları vurğulayıblar ki, köhnə təkərlərin gömrük rüsumu 3 dəfə artırılıb. Onların sözlərinə görə, bir konteyner təkərin rüsumu 15 min manatdan 45 min manata qaldırılıb.

Məsələyə DGK da münasibət bildirib.

DSK mətbuat xidmətinin məlumatına görə, Nazirlər Kabinetinin ötən il noyabrın 17-də verdiyi qərarla 2018-ci il yanvar ayının 1-dən ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib. "Gömrük rüsumlarının dəyişdirilməsi barədə qərarın verilmə tarixi ilə qüvvəyə minəcəyi tarix arasındakı müddət kifayət qədər olub və üstəlik bu barədə ictimaiyyətə ətraflı məlumat verilib. Lakin bu sahədə fəaliyyət göstərən, bərpa edilmiş şinləri xaricdən gətirərək ölkə daxilində onların satışını həyata keçirən bir qrup şəxs bir sıra dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısına toplaşıblar. Onlar qanunvericilikdə edilən dəyişikliklə razılaşmadıqlarını, təkidlə idxal gömrük rüsumlarının əvvəlki qaydada hesablanmasını tələb ediblər", deyə məlumatda vurğulanır.

Komitə bildirir ki, idxal edilən bərpa edilmiş şinlərə tətbiq olunan gömrük rüsumu mövcud normativ-hüquqi aktlara əsasən yeni qaydalarla hesablanır.

Xatırladaq ki, Nazirlər Kabineti 2017-ci il noyabrın 17-də "Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nin təsdiq edilməsi haqqında qərar verib. Qərarı baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Qərarla "Azərbaycan ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri", "Azərbaycandan ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri" və "Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı" bu il yanvarın 1-dən ləğv edilib.

Eyni zamanda, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, habelə idxal və ixrac gömrük rüsumlarının dərəcələri təsdiqlınib.

Qərara görə, minik avtomobilləri, avtobus və yük maşınları üçün bərpa edilmiş bir ədəd şinə görə 10 dollar, hava gəmilərində istifadə edilən şinlər üçün isə 5 dollar rüsum müəyyən edilib. (Turan)

"AzPolitika"dan: Nazirlər Kabinetinin ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) gömrük rüsumlarını birdən-birə 3 dəfə artırmasına hər hansı məntiqi izah tapmaq çox çətindir. Bu, işlənmiş təkər biznesi ilə məşğul olan yüzlərlə sahibkara, eyni zamanda təzə təkər almaq imkanı olmayan onminlərlə sürücüyə qarşı düşmənçilikdən başqa bir şey deyil. FAKTİKİ OLARAQ, BU BİZNESİ QADAĞAN ETMƏKDİR! Bir konteyner təkərə görə gömrük rüsumunun 45 min manatadək yüksəldilməsi şübhə yoxdur ki, kimlərinsə, ola bilsin yeni təkər biznesini idarə edənlərin maraqlarına hesablanıb.

İQTİSADÇI QUBAD İBADOĞLUNUN ŞƏRHİ: "Təkər gətirənlər tələyə düşüb"

"Bu gün (Yanvarın 12-si-red.)məlumat yayıldı ki, işlənmiş təkər idxalı ilə məşğul olan bir qrup şəxs Dövlət Gömrük Komitəsinin qarşısında aksiya keçirərək, gömrük rüsumlarının qaldırılmasından narazılıq ediblər. Belə ki, yanvarın 1-dən etibarən minik avtomobilləri, avtobus və yük maşınları üçün bərpa edilmiş bir ədəd şinə görə 10 dollar, hava gəmilərində istifadə edilən şinlər üçün isə 5 dollar rüsum müəyyən edilib, nəticədə köhnə təkərlərin gömrük rüsumu 3 dəfə artırılıb. Beləliklə də bir konteyner təkərin rüsumu 15 000 manatdan 45 000 manatadək bahalaşıb.

Hesablamalara görə, 1 konteynerə maksimum 2000-dək təkər yerləşdirmək olur. Gəlin hesab edək ki, sahibkar Almaniyadan aldığı 1900 ədəd təkərin hər birinə orta hesabla 6 avro ödəyib, bu o deməkdir ki, 1 konteyner təkərin invoys qiyməti 23 000 manat təşkil edir. Həmin təkərləri Azərbaycana gətirəndə sahibkardan hər biri təkərə görə 10 dollar ödəmək tələb olunur. Bu halda da sahibkar 19000 dollar və ya 32 300 manat da rüsum ödəməlidir. Amma sahibkarın ödənişləri bununla bitmir. Çünki gömrük rüsumundan sonra əsas xərci əlavə dəyər vergisi yaradır. Belə ki, konteynerin invoys dəyərini - 23 000 manatı, gömrük dəyəri kimi əsas götürüb onun üzərinə 32 300 manat əlavə ediləndən sonra cəmi 55 300 (23 000 + 32 300) manatdan sahibkar 9954 manat (55300 x 18 faiz ) ƏDV ödəməlidir.

Hələ bu da son deyil, bundan əlavə sahibkar 250 manata qədər sair ödənişlər edir. Beləliklə də ölkəyə 1 konteyner (1900 ədəd) təkər gətirən sahibkar 32 300 manat gömrük rüsumu, 9 954 manat ƏDV və 250 manat digər ödənişlər etməlidir. Bütün bunların cəmi də 42 500 manat edir. Deməli, Almaniyada 1900 təkərə 23 000 manat ödəyən sahibkar, Azərbaycan gömrüyünə də 42 500 manat ödəməli və yol xərclərini, daşınma məsrəflərini də qarşılamalıdır. Hesab etsək ki, 1 konteynerin daşınma və sahibkarın əlavə məsrəfləri 2000 avro və ya 4000 manat edərsə, onda 1 konteyner təkərin Azərbaycana gətirilmə qiyməti 79 500 manata (23000 + 42500 + 4000) çatacaq. Amma bununla da xərclər bitmir. Çünki təkər satan sahibkar onu satmaq üçün yer kirayələməli, işçı saxlamalı, işıq pulu, vergi və sair ödənişlər etməli və üstəlik də mənfəət qazanmalıdır. Bu isə o deməkdir ki, sahibkar işlənmiş hər təkəri ən azı 75 manat satmalıdır ki, yalnız xərclərini ödəsin. Bu da o halda mümkündür ki, gətirilmiş təkərlərin hamısı ən aşağı 75 manata satılsın.

Nəzərə alsaq ki, sahibkarlar mənfəət üçün çalışır, onda işlənmiş təkərin satış qiyməti 100 manata qədər bahalaşa bilər. Belə olan halda təkər bazarında təzə təkərlərin də qiyməti adekvat olaraq artacaq. Onda da yaranmış vəziyyətdən çıxış yolu axtaran istehlakçıların böyük əksəriyyəti köhnə təkərli avtomobilləri ilə Gürcüstana səfər edib, orda təkərləri dəyişdirib Bakıya qayıdacaq. Nəticədə də avtomobil sahiblərinin işlənmiş təkərə tələbatını əsasən gürcülər ödəyəcək və qazanan da onlar olacaq.

Görəsən, belə "müdrik" qərar kimin ağlının nəticəsidir?"

V.Nəsibov

635x100

Şərhlər

Müfəttiş 2018-01-13 09:47:30

Heç bir məmləkətdə vətəndaşa qarşı belə insafsız və hörmətsizlik görünməyib. Əgər mənim maşınıma təzə təkər almağa imkanım yoxdursa, hökumətdə bunu bilir və cındır təkərlərin karqosunu qaldırırsa, cox ayib olsun.....

Redaktor 2018-01-13 09:47:30

Fəhlə səndə ozunu insanmi sanirsan? Yaxud cutcu babasan buğdani ver dari yeyərsən, qişda su əvəzinə qari yeyərsən deyən olməz sairimiz M.Ə.Sabirə Allah rəhmət eləsin.Amin!

vendetda 2018-01-13 09:47:30

Xalqa qarşı açıq-aşkar düşmənçilikdir.Bunun başqa adı varsa deyin bilək.Bir iki monopolistin güdazına milyonlarla insan ziyan çəkir.Bizə buda azdır.....

sabir 2018-01-13 09:47:30

23000 + 42500 + 4000=79 500 manat eləmir, bu 69500 eləyir, nəzərə alın

məmmədqulu 2018-01-13 09:47:30

hesablamanı düzgün aparın da..............

məmmədqulu 2018-01-13 09:47:30

69500:1900=36,57 sadə hasabı bilmirsiniz?????????

Emil 2018-01-13 09:47:30

Bu iktidar azärbaycan milletinä garsi esil ...

BABA 2018-01-13 09:47:30

BU DA SIZIN YCYN AZDIR ’VOT TAK’ HELE HARASIDI SIZE BIR TOJ TUTAJAGAM

Galib 2018-01-13 09:47:30

Islenmis teker,saxta avtohisseler...Hec buraxmasalar yaxsi olardi! Olmaz kohne teker ve hisse getirmek!!!

G.M 2018-01-13 09:47:30

Bu yerdə hər kəsdən obyektiv olmağı xahiş edirəm..Əvvəla Gömürüyün heç bir ``əməli`` iş adamlarının xeyirinə deyil və bu başqa mövzunun materialıdır.Lakin,nimdaş,köhnə maşın və şinlərin Azərbaycana daşınması özü bir ekoloji təhlükədir.Az bir müddətdən sonra Xarici ölkədən kimlərinsə rifahına,varlanmasına xidmət edən ``cır-cındır`` -ın Bakıya daşınması bir müddət sonra Xalqın zərərinə zibil tayalarına çevirilir.İkincisi də o təkərlər əhaliyə heç də ucuz qiymətə satılmırdı.

Sabira! Nə yatmısan? Qalx bir də bax MİLLƏTİNƏ! 2018-01-13 09:47:30

1. Avtomobil təkərinin istehsal günündən etibarən istismar müddəti 5(beş) ildir. Hər bir təkərin üzərində dördkünc haşiyənin içərisində istehsal tarixi yazılıb. Məsələn 26/16 . Bu o deməkdir kı, İyirmi altıncı həftə, 2016-cı il. DYP beş yaşlı təkərlərin istismarına yol verməməlidir. Təkər abtomobildə istismar edilən zaman təkərin tarixı hökmən çöl tərəfdən öxunmalıdır. 2. İşlənmiş və ya təzə olsa belə beş yaşı tamam olmuş təkərlərin ölkəyə gətirilməsi ümumiyyətlə qadağan olunmalıdır. 3. Əgər DGK-də qeyrətli bir məmurumuz buna idxal rüsumunun artırıilması yolu ilə nail olursa o məmur ALQIŞLARA layiqdir.

t.ədalət 2018-01-13 09:47:30

Gömrük rüsumunun əvvəlki qiyməti də çox-çox baha idi.Ölkənin olmayan iqtisadiyyatını əhalinin üzərinə yükləmək acınacaqlı vəziyyətdir.Adətən bacarıqsız adamlar belə kor yolu seçirlər.Artıq cərimə və bahalıq iqtisadiyyatı xalqı o ki var əzib.Adamlar hər şeydən imtina etmək məcburiyyətinə yaxınlaşıblar.Müstəmləkələr bu cür istismar olunur..

Son yazılar