RAMİL USUBOVDAN YOL POLİSİNƏ MÜHÜM TAPŞIRIQ - Qərarsız MMX-ların ləğvinə başlanılıb!

bdyp

DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində (dyp.gov.az), ASAN xidmətin Asanpay.az saytında və Daxili İşlər Nazirliyinin [email protected] saytında qayda pozan sürücülərə tərtib olunmuş elektron protokolların bir qisminə xitam verilməsinə başlanılıb. Avtosfer.az xəbər verir ki, DİN rəhbərliyinin göstərişi əsasında sistemdən silinən cərimələr bir il ərzində qərarsız görünən və sürücüyə çatdırılmayan MMX protokollardır.

Baş DYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a açıqlamasında məlumatı təsdiq edib. Bildirib ki, həqiqətən də iki gündür sürücülərə tərtib olunmuş, DYP-nin Mərkəzi-Məlumat Sistemində qərarsız görünən, bir il ərzində sürücüyə çatdırılmayan elektron protokollara xitam verilməsinə başlanılıb: “Artıq DYP-nin, ASAN xidmətin və Daxili İşlər Nazirliyinin elektron xidmətlərində qeydiyyatdan keçən sürücülər 1 ildən artıq qərarsız olan cərimələrin silindiyinin şahidi olurlar. Yol polisi xeyli vaxtdir bu sistemi avtomatik rejimdə qurmağa çalışırdı. Artıq bu ildən sistem işə düşüb və qərarsız cərimələr 1 ili tamam olduqda avtomatik rejimdə silinir. Əvvəllər sürücülər 1 ili ötmüş qərarsız cərimələrin silinməsi, yəni xitam verilməsi üçün yol polisinə müraciət edirdisə, artıq buna heç bir ehtiyac yoxdur. Sistem özü avtomatik qaydada həmin cərimələri silir”.

Bununla yanaşı, Kamran Əliyev sürücülərə müraciət edərək bildirib ki, bu yenilik sürücüləri arxayın salmamalıdır: “Sürücülər qərarsız cərimələri də ödəyə bilərlər. Asanpay.az və [email protected] saytlarında bu imkan yaradılıb. Kimsə arxayın olmasın ki, gizlənmək yolu ilə cərimədən azad ola bilər. Hətta vaxtın tamam olmasına 1 gün qalsa belə həmin sürücünü tapıb protokolları təqdim edib qərar qəbul etmək mümkündür. Bundan əlavə, yol polisi əməkdaşları da həm küçə və yollarda, həm də stasionar postlarda nəzarəti gücləndiriblər. Cəriməsi olan, amma sistemdə qərarsız kimi görünən, yəni, sürücüyə çatdırılmayan elektron protokolları olan sürücülər saxlanılacaq və rəsmi qaydada təqdim olunacaq. Bundan əlavə, yaxın vaxtlarda daha bir yenilik gözlənilir. Sürücülük vəsiqəsi dəyişdirildikdə, avtomobil texniki baxışdan keçirildikdə və ya qeydiyyat və təkrar qeydiyyat prosesi zamanı qərarsız cərimələr bir-bir həmin sürücüyə rəsmən təqdim olunacaq. Yəni, kimsə zənn etməsin ki, bir il gizlənməklə cərimə ödəməkdən yaxa qurtara biləcək. Hazırda köhnədən qalan cərimələr silinir. Bir ili tamam olmayanlar isə adı qaydada sürücülərə çatdırılır”.

635x100

Şərhlər

FAKT VƏ PROBLEMLƏR 2018-01-18 19:30:26

XƏZƏR RAYON DYP RƏSİ RAFİQ ABBASOV HƏR GUN POLİS PETRULLARİ İLƏ BİRLİKDƏ SUVALAN ARTYOM YOLUNDA REYD KECİRİR. TƏXMİNƏN 7-8 ƏDƏD POST PATRUL MASİNLARİNİN VƏ 30 YAXİN POLİS NƏFƏRİNİN İSTİRAKİ İLƏ KECİRİLƏN REYDLƏR SANKİ OLKƏDƏ KOMENDANT SAATİNİN OLDUĞUNDAN XƏBƏR VERİR. CƏNAB NAZİR SİZİN BUNDAN XƏBƏRİNZ VARMİ? YAXUD XƏZƏR RAYON DYP RƏİSİ İLƏ BAĞLİ SİKAYƏTLƏR NƏ UCUN BDYPİ RƏİSİ RAMİZ ZEYNALOVA CATMİR?

Abit 2018-01-18 19:30:26

Bezib millet bu yaramaz oyunlardan.Ne istiyirler bu milletden?Çox uzaq demirem gedin Gürcüstana baxın necedi veziyyet belke uranasız.Bunun adı dilençilikdi,neqliyyatın hereketinin tehlükesizliyini temin etmek deyil.Qenim kesilibler millete,yolda ele bil ermeni ile davranırlar.Teşekkür edirik cenab nazir.

Asim 2018-01-18 19:30:26

Sabirabad polisi bezdirib bizi.men xaiw edirem sesime ses verin.gelin bu gun polis terefinden ogurlanan Seid qardawmiza destey verey.

Asim 2018-01-18 19:30:26

Azpolitika sayti xahiw edrem Agayev Seidi tapmaqda bize komekliy gosteresiz.sadece yerii is

Asim 2018-01-18 19:30:26

Cenab nazir sesisimize ses verin.bir heftedir iw yoldawimiz Agayev Seidi sizin ... iwcileriniz ogurlayib.hec kim de bilmir hardadir harda saxlanir.Agayev Seid .

ədalət naminə 2018-01-18 19:30:26

hörmətli Kanran müəllim, bu vaxta qədər qərarsız MMX-lərə üçün nə qədər kasıblar vətəndaşlar Sizin əməkdaşlar tərəfindən əsasız incidilib. Cənab Nazir sağ olsun ki, buna yəqin son qoyduracaq. Halbuki bu qanun əvvəldən də var idi.

Qulu 2018-01-18 19:30:26

Mənim ən çox xoşuma gələn hissə Kamranın hədə-qorxusudur. Bu boyda milləti qoyub qabağına uşaq kimi danlayır. Yəqin xəbəri yoxdur ki, bəzi ölkələrdə heç yol polisi yoxdur və əhali belə Kamranlardan və belə hədələrdən azaddır. Həm də, deyəsən, bu yenilik Kamran və ətrafıni çox məyus edib, yoxsa bir cümlə ilə hədələyib dayanardı.

Turan 2018-01-18 19:30:26

Yaxşı Avropa və digər ölkələri qoyaq bir kənara,bunlar bilmirlər ki,hər il qonşu Gürcüstana 500-600 min azərbaycanlı gedir.Təbii ki,bu insanlar gedib görürlər ki,orda necədir, Yol polisi necə davranır sürücülərlə.

G.M 2018-01-18 19:30:26

DYP -i üçün Nazir ,filan ,qadağa zad işləri yoxdur.Sürücüdən pul qopardmaq üçün ən ləyaqətsiz vasitələrdən istifadə edirlər.Azərbaycan üzrə xüsusi yollarla mənliyi qüsurlu gəncləri səfərbər edib DYP-ə işə qəbul edirlər.Təsadüfən qabiliyətli adam orada işə düzəlir.

səkili 2018-01-18 19:30:26

Niyə catmir ay milət mən deyim. Catasi o qədər şeylər var ki bu şikayət nə mənə ki? Para-pul catir da bə başqa daha nə lazimki?

Şəfayət 2018-01-18 19:30:26

Yol polisi ləgv olunmalıdır hamisi rüşvətnən işə düzələnlərdi bu bir bəladi.Düz adamıda yolunnan cıxarıllar.

REDAKTOR 2018-01-18 19:30:26

GUNLƏRİN BİRİNDƏ GENERELTET POLİSLƏRİN HAZİRLİQ GORUSUNDƏ İŞTİRAK EDİR VƏ POLİSLƏRƏ FƏRƏÖƏT VƏ SOL AYAĞİNİ YUXARİ KOMANDASİ VERİLİR VƏ SƏHFƏN BİR POLİS SAÖ AYAÖİNİ YUXARİ QALDİRİR. GENERAL HEYƏTİN QARSİSİNDAN KECƏRKƏN BUNU GORUB QİSQİRİR BU HANSİ AXMAQDİ İKİ AYAÖİNİ DA QALDİRİB!...

Hemide 2018-01-18 19:30:26

Ramil muellimin kadrlari polis reisleri at oynadir rayonlarda.emmeli bashli biznesmen.fermerleri yigib bashina reis qoyur.ela bunlari burax oz ticareti ile meshgul olalar.da o boyda reis kreslolarini cebt edib oturublar.Gedebeyin teisi meherrem quliyev olun neinki fermer hetda restoranlar krali.Goygolde 3 dene restorani var ki da milyonluq.Tovuzda.gencede sayi hesabi bilinmeyen mal qoyunu.gonder bunu gedib ela mal qoyun otarsin de..ovladlari korrupsiya ustunde Komrukden Din den qovulur bir neca ilden bir.bir camadan pul verir vostanavot edir.belke buna bir az yavashiyaq desene

Son yazılar