SÜRÜŞMƏ ZONASINDAKI EVLƏR SÖKÜLƏCƏK - "Vəziyyət olduqca təhlükəlidir" (Yeniləndi)

Bayılda baş verən sürüşmə ilə əlaqədar orta məktəb binasında müvəqqəti yerləşdirilmiş ailələr də yaxın bir neçə gün ərzində kirayə evlərə köçürüləcəklər. “AzPolitika” xəbər verir ki, bunu Trend-ə Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

İ.Kərimov bildirib ki, ərazidən köçürüləcək sakinlərə kirayə pulu veriləcək: “Hazırda sürüşmə zonasında mütəxəssislər işləyirlər. Onlar ərazidəki vəziyyətlə bağlı rəy verəcəklər. Həmin araşdırma aparılan müddətdə – bunun neçə ay olacağını bilmirəm – Nazirlər Kabinet (NK) tərəfindən bu ailələrin kirayə pullarının verilməsi təmin ediləcək. Ondan sonra mütəxəssislərin rəyinə uyğun olaraq, NK hansı qərarı qəbul etsə, biz icracı orqan olaraq, onu icra edəcəyik”.

İ.Kərimov deyib ki, əgər mütəxəssislər ərazidə möhkəmləndirmə işləri aparılmaqla yaşayış üçün təhlükənin aradan qalxdığını müəyyən etsələr, onda sakinlər qeyri-qanuni inşa etdikləri evlərinə qayıda biləcəklər. Mütəxəssislər ərazidə yaşayışın mümkün olmadığını və köçürülmənin vacib olduğunu müəyyən etsələr, icra hakimiyyəti oradakı evləri sökərək sakinləri köçürəcək:

“Həmin ərazidə evlərin demək olar ki, 99 faizinin sənədi yoxdur. Orada yaşayanların 34-ü qaçqın ailəsidir”.

***

Səbail rayonunun Bayıl yamacında (Teleqüllə yaxınlığında) sürüşmə ilə əlaqədar olaraq 100-dən çox evin sakini ərazidən köçürülüb.

Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov bildirib ki, sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə İcra Hakimiyyəti və Səbail Rayon Polis İdarəsinin əməkdaşları sürüşmənin aktiv olduğu zonaya gedərək sakinlərlə görüşüblər.

"Camaatla söhbət aparılıb və onlara müvəqqəti olaraq qohum və yaxınlarının evinə köçmələri təklif olunub. Kimin köçməyə yeri yoxdursa, xüsusi olaraq bu işlə əlaqədar rayonun idarə və təşkilatlarında yaradılmış müvəqqəti sığınacaqlara yerləşdirilib. Təxminən 100-dən çox evin sakini köçürülüb", - deyə İ.Kərimov bildirib.

O, əraziyə baxış keçirildiyini, həmçinin oranın xəritəsinin çıxarıldığını, lakin hazırda təhlükəli zonada neçə evin olduğunun hələ ki müəyyənləşdirilmədiyini əlavə edib.

İcra nümayəndəsi köçürülmənin Səbail Rayon Polis İdarəsi əməkdaşlarının nəzarəti altında həyata keçirildiyini qeyd edib. (Report)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov virtualaz.org-a açıqlasmasında bildirib: "Sürüşmə zonası Bayıl yamacında, Teleqüllənin ətrafında yerləşir. Bu zona ixtisaslaşdırılmış atlaslarda sürüşmələrə meyilli ərazi kimi qeyd olunub. Son zamanlar sürüşmə zonası genişlənib. Həmçinin, Bayıl yamacının sağ tərəfində, "Bayılov dərəsi" adlanan ərazidə 80 metr uzunluğunda çat yaranıb. Həmin ərazidə hələ ötən ilin noyabrında bir neçə santimetrlik müxtəlif çatlar qeydə alınmışdı. Son 3 ay ərzində şat 8 metrə qədər artdı. Sürüşmə artıq rayonun təxminən 7 hektar ərazisini əhatə edir. Yaşayış evlərinə ziyan dəyib, əhalinin təxliyəsinə başlanıb.

Hazırda bizim mütəxəssislərimiz göstərilən sahədə müvafiq tədqiqatlar aparırlar, təbii fəlakət zonasını işarə verən mayaklar yerləşdirirlər. Bayıl yamacından aşağıda da müxtəlif ölçülü, təxminən 50 çat yaranıb. Torpağın yarıldığı yerlərdə aralanan hissələr 20-25 santimetr təşkil edir. Bizim əməkdaşlardan başqa orada FHN-ın, Elmlər Akademiyasının və başqa strukturların mütəxəssisləri də işləyirlər. Mütəxəssislər sürüşmənin əhatəsini, xarakterini, səbəblərini, həmçinin mümkün nəticələrini müəyyənləşdirirlər. Tədqiqatların nəticələri hökumətə təqdim ediləcək. Sürüşməni dayandırmaq və ya birtəhər qarşısını almaq, istənilən başqa tektonik proseslər kimi, mümkün deyil.

Bizim mütəxəssislərimiz israrla məsləhət görürdülər və bu gün də təkid edirlər ki, sürüşmə ərazisində tikinti dayandırılsın. Tikinti torpağın dayanıqlığını azaldır və sürüşmə proseslərini sürətləndirir. Ən böyük narahatlıq doğuran odur ki, sürüşmə aktiv mərhələdədir. Vəziyyət olduğca təhlükəlidir!".

635x100

Şərhlər

Oqtay 2018-01-26 00:30:36

“Həmin ərazidə evlərin demək olar ki, 99 faizinin sənədi yoxdur. Orada yaşayanların 34-ü qaçqın ailəsidir” Bu ölkədə hamı 100% bilir ki nağd pul alınmasa heç kim orada ev tikə bilməz o dəqiqə 100lərlə polis ,icra ,jek gəlib evi uçurarlar.Bəs o haram pulu alan rüşvətxor sənədi niyə vermir ki bu gün belə vəziyyət yaranır.Niyə o rüşvətxorlardan bu gün heç kim heç nə soruşmur cünki soruşasılar ozləridə rüşvətxordur

naxçıvanlı 2018-01-26 00:30:36

"Lukoyl" yanacaqdoldurma stansiyası Bayıl qəsəbəsində sürüşəndən sonra lazımı nəticələr çıxarılmışdı. Ancaq .... Başçı təyin ediləndən dərhal sonra Elbəy Qasımzadə kimi savadlı memarı, öz sahəsini bilən mütəxəssislərin hamısını işdən azad etdi, onların yerinə Rauf Pənahov, Sədaqət Məmmədova, Qafar Əhmədov, Xalq Təsərrüfatı İnstitutunu qurtarmış İlqar adlı bacısı oğlunu təyin etdi. Bu cənablar isə qıssa müddətdə ciblərini doldurub, milyoner oldulsr.

Sabuhi 2018-01-26 00:30:36

Bayılda çoxlu hündürmərtəbəli binalar tikmək lazımdır

X 2018-01-26 00:30:36

Hamisi özbasnaligin nəticesidi

G.M 2018-01-26 00:30:36

Bayıl Yamacında sürüşmə bu günün məsələsi deyil..SSRİ dönəmində Alimlər bu ərazidə sürüşməyə meyilli Layların,pnevmatik suxurların mövcudluğunu deyirdilər və Moskva bu ərazilərdə bütün növ tikinti quraşdırma,qazıntıları qadağan eləmişdi.Ancaq sonradan məlum zamanlarda məmur tamahkarlığı Alimlərin təhqiqatlarını Baksovetin ``demokrat`` başçılarının tamahına qurban verdi.Son illərdə bu ``Yamac`` həm qazıldı,həm də milyon tonlarla dəmirbeton ,əlavə inşaat materiallarıyla yükləndi və bu da NƏTİCƏ.

sevda agakiwiyeva 2018-01-26 00:30:36

ELBEY QASIMZADE-SAVADLI=VICDANLI-VETENPERVER=LEYAQETLI=ARISTOKRAT-iwinin profesionali=durust eee durust esil Bakini seven insani iwden cixararlar?ay kulinar.bilmirdim,dehwet-hec bir taniwligim qohumlugum yoxdur,o Bakili men Naxcivanli,

Vətəndaş 2018-01-26 00:30:36

Buna kim məsuliyyət daşıyacaq. Zamanında o yer kiminlə razılaşdırıləb satılıb. Bakı şəhər İcra hakimiyyəti yəqin Cənab Prezidentə deyəcək yəni orada ev tikmişdilər. Belə bir cavabında nə Azərbaycanda cəzası var, nə də sorğusu. Haqqın olduğu, Divanın olmadığı bir məmləkət. Nə gözəldir Bakı.

Son yazılar