“QAÇIB GİZLƏNİB, POLİS DƏ TAPA BİLMİR...” – "Amma heç yerə qaça bilməyəcək"

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə iclası növbəti dəfə baş tutmayıb. A.İsmayılovun məcburi qaydada məhkəməyə gətirilməsi ilə bağlı Səbael Rayon Məhkəməsi hakiminin ötən iclasda verdiyi qərarı yerinə yetirmək mümkün olmayıb – polis, hüquqşünası tapa bilməyib.

H.Hacıyev bildirib ki, polis bu gün A.İsmayılovun evini və iş yerini nəzarətə götürüb, lakin o gizləndiyindən məhkəmədə iştirakını təmin edə bilməyiblər. “Bu gün saat 12-də Səbael Rayon Məhkəməsində iddiamıza baxılmalı idi. Ancaq çox təəssüf ki, qanundan dəm vuran Aslan İsmayılov məhkəmənin çağırışlarına məhəl qoymur, ona görə məcburi gətirilmə ilə bağlı qərar verilib. Bu gün polislər evinə gedib, amma qaçıb gizlənib. Amma heç yerə qaça bilməyəcək, çünki ölkədən çıxışına qadağa qoyulub. Müsahibələrində həmişə qanunçuluqdan danışan Aslan İsmayılov artıq 6-cı dəfədir məhkəmənin çağırışına gəlmir. Keçən dəfə polis məhkəmənin məcburi gətirilmə barədə qərarını onun özünə təqdim edərək imza atdırmışdı. Lakin bu gün yenə məhkəmədən yayındı. Bu işlə 39-cü Polis Bölməsi məşğuldur”.

H.Hacıyev bildirib ki, A.İsmayılov dəfələrlə onu təhqir etdiyinə, böhtan atdığına görə onu məhkəməyə verib: “Bilirsiniz ki, artıq bu adam haqqında Binəqədi Polis İdarəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıbdır. İndi isə mənim iddiam əsasında yeni bir cinayət işi açılmalıdır. Haqlı olduğumu bildiyi üçün isə məhkəmədən yayınır, qaçıb gizlənir. Aslan olub... (Zəruri redaktə-red.) Saat 11-dən 17-yə kimi polis onu axtardı, tapılmadığından məhkəmə yenidən təxirə salındı. Hər halda mən üzümü Daxili işlər naziri cənab Ramil Usubova tutub demək istəyirəm ki, 39-cu Polis Bölməsinə qəti göstəriş versin. Dövlətçiliyimizi, məni, insanları təhqir edən, şərəf və ləyaqətimizi alçaldan, məhkəmənin çağırışına gəlməyən bir adam tapılaraq məhkəməyə gətirilməlidir. Niyə qaçıb gizlənirsən? Adını Aslan qoyubsan, orda-burda aslan kimi danışırsan, ağıl öyrədirsən. Belə hörmətsizlik olmaz məhkəməyə. Əgər düzsənsə, məhkəməyə gəl”.

H.Hacıyev növbəti məhkəmənin yanvarın 29-u 16:30-a təyin olunduğunu bildirib və ümid etdiyini deyib ki, nəhayət, onunla məhkəmədə üzləşə biləcək.

V.Nəsibov

635x100

Şərhlər

R-n 2018-01-26 18:27:05

Bu ermeni .... tapilmir?

Abit 2018-01-26 18:27:05

Halaldı hafize,qeyretli adam ayrı şeydi

ELSƏN 2018-01-26 18:27:05

DAVSAN YAXSİ DƏYİLMİ? ASLAN GİZLƏNMƏZ AXİ. BİRDƏ Kİ BİZDƏ ASLANİ QAVA-QAVA DAVSAN ELƏMƏYƏ NƏ VAR Kİ?

Bisavad 2018-01-26 18:27:05

Mən Hafiz Hacıyevin televiziyadan tanıyıram. Aslan müəllim onun fikri adamları dənizə atmaq idi, deyəsən sən birinci oldun.Aslan müəllim yaxçı halda səni akademik Əli İnsanovun yanına aparacaqlar

Son yazılar