KEÇMİŞ PROKURORA HÖKM OXUNUB – Eldar Həsənovun qohumu 3 il həbs alıb

Bakının tanınmış iş adamlarından biri – “Şahin” şirkətlər qrupunun və məşhur “Kənd Süfrəsi” və “Kartinq” restoranlarının sahibi Hüseynli Şahin Rabil oğlu həyat yoldaşını döyərək, bıçaqla xəsarət yetirdiyinə görə 3 il azadlıqdan məhrum olunub. “AzPolitika.info”ya məhkəmə sistemindəki mənbələrdən daxil olan məlumata görə, iş adamının cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb və yanvarın 22-də hökm oxunub. Prokuror ötən iclasda Ş.Hüseynliyə 5 il iş istəsə də, hakim 3 illə kifayətlənib.

Keçmiş prokurorluq əməkdaşı olan Şahin Hüseynli “Bakı Şərab-2” ASC-nin sahibi Rabil Hüseynovun oğludur. R.Hüseynovun digər oğlu Azərbaycanın sabiq baş prokuroru Eldar Həsənovun kürəkənidir.

İndiyədək bir neçə dəfə hüquq-mühafizə orqanları ilə probleminə görə medianın gündəminə düşən qalmaqallı iş adamı ötən ilin iyul ayında həbs olunub. Bu həbsin səbəbkarı olan həyat yoldaşı bir qədər əvvəl baş verənlərlə bağlı azinforum.az saytına müsahibəsində demişdi: “Biz 21.07.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Mayak bağları”ndakı evimizdə olarkən aramızda mübahisə düşdü. Bu hər evdə olan bilən bir hadisədir. Hər ikimiz əsəbi olduğumuzdan mübahisə davaya çevrildi və Şahin mənə yüngül xəsarət yetirdi. Mən həmin vaxt hirsli olduğumdan polisə şikayət etdim .Elə düşündüm ki, bununla Şahini bir qədər sakitləşdirə bilərəm. Lakin sonradan biz barışdıq və mən şikayət ərizəmi geri götürdüm. Ancaq buna baxmayaraq, həyat yoldaşım 6 aydır ki, azadlıqdan mərhum edilib”.

İş adamının həyat yoldaşı daha sonra bildirmışdi ki, o, şikayətindən imtina etsə və onun əməlində xüliqanlıq cinayətinin tərkibi olmadığını vəkillər və iş materialları sübut etsə də, Ş.Həsənlinin azadlığa buraxılmasına nail ola bilmirlər.

Yuxarıda da bildirdiyimiz kimi, artıq məhkəmə də Ş.Hüseynlini təqsirli bilib və onun barəsində 3 il azadlıqdan məhrumetmə cəzası kəsilib.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

ELDAR 2018-01-29 15:50:41

KƏLBƏCƏRİN ƏN LAYİQLİ İNSANİ MƏHS ELDAN HƏSƏNOVDUR. O HƏM MİLLƏT VƏKİLİYİNƏ. HƏM İNSANLİĞA VƏ HƏM DƏ EL OBAYA ƏN SƏFƏRLİ BİR İNSANDİ. NEYLƏSİN Kİ CAVİD QURBANOV KİMİSİ KESMİSİ QARANLİQ İNSAN OMNUN YOLUNU KƏSİB.

Fizili 2018-01-29 15:50:41

Wanli huquq mudafie orqanlarimizin hesabina bir genc aile de bele daqildi

X 2018-01-29 15:50:41

Tut deyirsen tuturlar burax deyirsen buraxmirlar bu yuz faiz arvad isi deyil sadece donuzun konlu sumluxdaymis itde qovub suma salib nahaqdan is gorenler axiretdin yeqin ki dusunmur

Son yazılar