RUSİYADA TƏYYARƏ QƏZASI – 71 nəfər öldü – Fotolar + VİDEO (Yenilənib)

Dərc olunub: 11/02/2018 - 16:30

fbf34b09-cad5-4817-8de3-780d4af36bc7_292Moskva ətrafında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapılıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəzaya uğrayan “An-148″ təyyarəsində sağ qalanlar yoxdur.

Qeyd edək ki, təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub.


***

Moskvanın “Domodedovo” aeroportundan havaya qalxan “An-148″ sərnişin təyyarəsi havaya qalxandan az sonra radardan itib. APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə Təcili Yardım Xidmətindən məlumat verilib. Moskvadan Orska uçan sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisinə düşüb.

Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü var.

***

Rusiyanın “Saratov Hava Yolları” aviaşirkətinə məxsus “Ан-148″ tipli sərnişin təyyarəsi Domodedovo aeroportundan havaya qalxdıqdan sonra Orsk şəhərində qəzaya uğrayıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, təyyarənin Arqunovo kəndi ərazisində qəzaya uğradığı ehtimal edilir.

Təyyarədə 6 heyət üzvü və 65 nəfər sərnişinin olduğu bildirilir. Təyyarənin qalıqları səmadan Moskva ətrafında aşkar edilib. Xilasedicilər hələ hadisə yerinə çatmayıblar.

Картинки по запросу Опубликовано видео с места крушения Ан 148

Похожее изображение

Картинки по запросу Первое видео разбившегося самолета в Подмосковье


loading...




Fikrinizi bildirin