AFFA-nın MƏRHUM PREZİDENTİNİN OĞLU FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - Foto

Hadisə fevralın 14-dən 15-ə keçən gecə baş verib. İçərisində üç nəfər olan “Jeep” markalı minik avtomobili Sabirabad rayonunun Həşimxanlı kəndindəki su kollektoruna aşıb. Sərnişinlərin ikisi də xilas olub, lakin sürücü – 1983-cü il təvəllüdlü Anar Mirzəyev boğularaq ölüb.

Bu barədə Sabirabad rayon hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, A.Mirzəyev gecə saatlarında iki əmioğlusu ilə birgə su kollektoruna balıq tutmağa gəlib. Lakin avtomobilin düzgün park edilməməsi nəticəsində maşın suya düşüb. A.Mirzəyevin qohumları sudan sağ-salamat çıxa biliblər. Avtomobilin qapısı bloklanıb, pəncərədən çıxmağa isə A.Mirzəyevin cüssəli olması maneçilik törədib. Bu səbəbdən də bədbəxt hadisə baş verib.

Bu gün səhər saatlarında Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri A.Mirzəyevin cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Bəzi məlumatlara görə, Mirzəyev “Lider Cola” şirkətinin Bakı nümayəndəliyinə başçılıq edib.

***

Sabirabad rayonunun Həşimxanlı kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, “Jeep” markalı minik avtomobili su kanalına aşıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sərnişin, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti 1509083537üzrə təhvil veriblər.

Avtomobil qəzasında dünyasını dəyişən Anar Mirzəyev AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin oğludur. Bu barədə "Report"a Tovuzun "Turan" klubunun sabiq prezidenti Vidadi Əhmədov məlumat verib.

V.Əhmədovun sözlərinə görə, mərhum bu gün Tovuzun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq.

Qeyd edək ki, Anar Mirzəyev 30 oktyabr 2007-ci ildə dünyasını dəyişmiş Ramiz Mirzəyevin yeganə oğlu idi. A.Mirzəyev ailəlidir.

635x100

Şərhlər

Redaktor 2018-02-15 14:50:06

Allah rəhmət eləsin, yaxinlarina səbr versin. Ramiz Mirzəyevin vaxtsiz həyatdan kocməsi və yeganə oğlunun isə faciləli şəkildə dunyasini dəyişməsi sozun əsl mənasinda cox dəhşətli bir hadisədir. Təəssuf olunasi bir hadisədir...

haci 2018-02-15 14:50:06

Allah rəhmət eləsin..

Son yazılar