“ARİF ALIŞANOVLA BAĞLI CİNAYƏT İŞİ QURAMADIR” – AzTV sədrinin tutdurduğu brokerin qızı

Cəmilə Tağıyeva: "Arif Alışanov 860 min manat borcunu ödəməmək üçün bu yola əl atıb"

“AzTV sədri Arif Alışanovu öldürməyə cəhdlə bağlı aparılmış istintaq işi tamamilə quramadır və heç bir fakta əsaslanmır, ona qarşı dələduzluq etmək iddiası isə gülüncdür”.

Bunları “AzPolitika.info”ya açıqlamasında sözügedən cinayət işində təqsirləndirilən Şücayət Əkbərovun qızı Cəmilə Tağıyeva ibtidai istintaqın yekunlaşıb, işin məhkəməyə göndərilməsi xəbərinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əfqan Hacıyevin icraatına verilib. Prosesin hazırlıq iclası fevralın 20-də keçiriləcək.

C.Tağıyeva deyib ki, vaxtilə ailəsinin yaxın dostu olmuş A.Alışanov, brokerliq fəaliyyəti göstərən atasının vasitəsilə Şamaxı rayonunun müxtəlif kəndlərində, təxminən 5 milyon manata 185 hektar torpaq sahəsi alıb. Həmin sahələri qızlarının, qohumlarının və sürücüsü Hacı Babayevin adına rəsmiləşdirib.

“Lakin A.Alışanov sonradan verdiyi pulları müxtəlif üsullarla atamdan geri almağa çalışıb. Bu niyyətini gerçəkləşdirmək, eləcə də borclu qaldığı 860 min manatı ödəməmək üçün o, məlum “öldürməyə cəhd” ssenarisini işə salıb. Bu ssenari reallaşdıqdan sonra atam həbs olunub, AzTV sədri Şamaxıdakı fermamızı, onlarca mal-qaramızı, yüzlərlə qoyun-quzumuzu, Aqrolizinqdən icarəyə götürdüyümüz çoxsaylı texnikanı, hətta yaşadığımız evi belə ələ keçirib. Bütün bunları bilə-bilə istintaq formal və birtərəfli aparılıb. Hara və kimə şikayət etmişiksə nəticəsi olmayıb, ona görə də indi heç olmasa, məhkəmənin ədalətli qərar çıxacağına ümid edirik” – deyə C.Tağıyeva əlavə edib.

“AzPolitika”

635x100

Şərhlər

Cəbrayıllı 2018-02-15 17:15:44

maşallah nə mordası var.Adam da bu qədər yeyib kökələr?Qarın başdan aşağıdadır.Onun bütün işləri də şübhəsiz hesabsız,ölçüsüzdür.

-- 2018-02-15 17:15:44

Cənab Alışanov arıqlasa yaxsı görünər. Vəzifədə olan kök adamlara simpatiya azalır. Allah köməyi olsun.

aysberq 2018-02-15 17:15:44

Nə qədər ki, arxasında yekə generallar: dayı və bacıoğlu dayanır alışanovlar hələ çox at oynadacaqlar.

vətəndsaş 2018-02-15 17:15:44

Ölkədə korrupsioner talançı məmurlara etmə-eləmə deyən yoxdur. Olsa indi bunlar türmələrdə olardılar. Ən azı hamısı işdən çıxarardılar.

Lale 2018-02-15 17:15:44

Olkede bir adam da olsun Alishanov haqda musbet danishmaz.Hami onun .... oldugunu yaxshi bilir.Heyif ki hele layiqli cezasini almayib.Cox umid edirik ki olke rehberliyi bu bashdan ayaga kriminal olan adami ifsha ederek onu cezalandiracaq

mebuda 2018-02-15 17:15:44

Dovletin oqurlayib Torbasina yiqdiqlarini verib canin qurtardi!

mebud 2018-02-15 17:15:44

bu arif torba tikendide

Mansur 2018-02-15 17:15:44

Bu adam TV sədridir yoxsa biznesmen? Bu qədər pul bu xrpoda hardandır? Belələrini görəndə indiki böhranın səbəbi tam aydın olur

aqshin 2018-02-15 17:15:44

bu arif qeder iki uzlu adam yoxdur ,hamini sata sata qelib bir qun ozunude rasxoda vereceekler

Ali 2018-02-15 17:15:44

INWALLAH PREZDENT CEZASIN VERER ?niye Buna sual veren yoxdurki 5 mly sende hardandi??Bunlar heps olunmalidir.Utanmaz utanmazda bir ozu ozun ifwa edir.5 ml qor negeder harinlayibki qorxacaq yeri yoxdu bunun.

Son yazılar