CABBAROV “64-LƏR”DƏN İKİSİNİ İŞƏ QAYTARDI! – Nazir qərarını niyə dəyişdi?

Ölkə gündəmində hələ də öz aktuallığını saxlayan mövzulardan biri sözsüz ki, Fazil Məmmədovun vergilər naziri vəzifəsindən kənarlaşdırılaraq, yerinə Mikayıl Cabbarovun təyin olunması və bundan sonra nazirlikdə baş verənlərdir. Xüsusilə, yeni nazirin kadr siyasəti böyük diqətlə izlənilir. Ən çox şikayət olunan nazirliklərdən biri kimi, vergi orqanında ciddi kadr islahatlarına və təmizləmələrə böyük ehtiyac olduğu həm müstəqil ekspertlər, həm də ayrı-ayrı deputatlar və hökumət təmsilçiləri tərəfindən dəfələrlə səsləndirilib.

Elə Mikayıl Cabbarov da bu mövqedən şıxış edərək, ilk növbədə kadr dəyişikliklərinə başladı. Nəticədə, artıq xeyli məşhurlaşan 64 nəfərlik siyahı ortaya çıxdı və mətbuatda dərc edildi. Onu da qeyd edək ki, bu siyahıda yer alanların demək olar hamısı yüksək ranqlı vergi məmurlarıdır və onların böyük əksəriyyətini fəal vergi ödəyicilərinin hamısı tanıyır və onlarla birbaşa kontaktda olublar. Elə ən çox şikayət olunanların da böyük qismi bu siyahıdadır. Bu siyahıdan belə nəticə çıxarmaq olardı ki, yeni nazir həmin məmurların kimlərin adamları olmasından asılı olmayaraq, vergi sıralarını təmizləməkdə qəti qərar verib.

Ancaq “AzPolitika.info”ya daxil olan məlumata görə, sözügedən 64 nəfərlik siyahıya daxil olanlardan ikisi – Eldar Bədəlov və Eldar Abbasov işlərinə bərpa olunublar.

Xatırladaq ki, son kadr dəyişikliklərinə qədər Eldar Bədəlov Əlaqələndirmə və idarəetmə departamentinin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, Eldar Abbasov isə Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini vəzifəsində çalışıblar.

Saytımıza daxil olan məlumatda o da bildirilir ki, bu vergi məmurlarından biri maliyyə naziri Samir Şərifova yaxın şəxsdir və onun istəyilə işə bərpa olunub.

“64-lər”dən ikisinin işə bərpa olunması ilə bağlı xəbəri Vergilər Nazirliyinin mətbuat xidmətilə dəqiqləşdirmək cəhdimiz baş tutmadı.

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

PulGir 2018-02-20 20:52:23

Yeni-Güclü vergi siyasəti: GET! ...

Cəmşid İrzaquliyev 2018-02-20 20:52:23

Verilən Əmr geri oxunarsa o əmr deyil. Sonradan onu verənin işi ciddiyə alınmaz.

YALNIZ TƏZƏ SÜPÜRGƏ YAXŞI SÜPÜRÜR 2018-02-20 20:52:23

KÖNHƏLDİ APAR TULLA..

varis 2018-02-20 20:52:23

burda anormal ne var? butun nazirlerin bir suari var : pulu veren duduyu calar.

valeh 2018-02-20 20:52:23

saheler üzre iqtisadi rentabellik deqiq hesablansın ve rentabelliye uygun vergi dereceleri tetbiq edilsin. rentabelliiyi 6 faize qeder olan ancaq meşğulluğu temin eden sahelerde çalışan kiçik sahibkarlar ümumiyyetle vergiden azad edilsin. çünki eger orada 5-10 nefer emek haqqı alırsa ve orda sahibkar gelir elde etmirse bele o fealiyyetini dayandırmasın. yeni vergi sıyasetinde bu nüanslar nezere alınsa bu kütlevi meşğulluga tövhe vere biler.

valeh 2018-02-20 20:52:23

Mikayıl müellim yeni iqtisadi çağırışlar qarşısında nazirliye rehber teyin edilib.Arzu ederdik ki,ölkemizde sahıbkar olmaq memur olmaqdan daha celbedici ve perspektivli peşeye çevrilsin .sahıbkarlıq gelirli saheye çevrilsin.yeni sahibkarlar sinfi formalaşsın.işleyenlerin sayı artsın .yeyenlerin sayı azalsın.sahıbkarların serbest fasilesiz qorxusuz fealiyyeti üçün yeni münasibet formaları tetbiq edilsin.onları inzibati aletlerle sıxışdırılmasına son verilsin. sahıbkarın yalnız gelirinden vergi tutulsun.

Hafiz 2018-02-20 20:52:23

Bu məmləkətdə 25 il rüşvət yığılıb insanlsarın dərisi soyulub. Ölkə, əhali misli görünməmiş talana məruz qalıb. İndi sən düzəldəcəksən bu ölkəni. Sən başa düş bu məmləkət düzələn deyil. Vəssalam. İliyə qana işləyib.

Son yazılar