VERGİLƏR NAZİRLİYİNDƏ PLAN ŞOKU! – Rəqəmlər böyük CİNAYƏTLƏRİN üstünü açır!

“Vergi reketi” dayandırılsa da, yanvar ayı üzrə plan 15 faiz artıqlamasilə yerinə yetirilib!

Fazil Məmmədovun vəzifədən kənarlaşdırılmasından və Mikayıl Cabbarovun nazir təyinatından sonra Vergilər Nazirliyi ətrafında baş verənlər bir çox mətləblərin üstünü açmaqdadır.

Yoxlamaların böyük qisminin, həmçinin sahibkarların “çarmıxa çəkilməsi” prosesinin dayandırıldığı bir şəraitdə, istər-istəməz vergi planının necə yerinə yetiriləcəyi barədə suallar yaranırdı.

Ancaq “AzPolitika.info”ya daxil olan məlumata görə, yoxlamaların və sahibkar “ovunun” aradan qaldırılmasına baxmayaraq, nəinki planda kəsir yaranıb, əksinə, yanvar ayı üzrə proqnoz 110-115 faiz arasında artıqlaması ilə yerinə yetirilib! Bu, bir tərəfdən nazirlik rəhbərliyini və hökuməti sevindirsə də, digər tərəfdən böyük sual və şok effekti yaradıb.

Məsələ ondadır ki, ötən il Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 6 972 mln. manat (proqnozun 91,2%-i) təşkil edib. Yəni, plan 9 faiz kəsirlə yerinə yetirilib ki, bu da az qala 700 milyon (!) manat deməkdir.

Kimsə deyə bilər ki, yanvar ayında vəsaitin çox yığılmasında kvartal üzrə hesabatların təqdim olunması və borcların ödənməsi rol oynayıb. Bunun müəyyən qədər rolu ola bilər, ancaq birdən-birə 110-115 faiz nəticə ortaya qoyula bilməzdi. Həm də məsələ ondadır ki, artıq xeyli vaxtdır sahibkarlara kvartalın sonunu gözləməyə imkan verilmir və vergi borcları aybaay ödətdirilir. Yəni ki, yanvar ayı digər aylardan yığılan vəsaitə görə bu qədər fərqlənə bilməz. Məsələn, ötən ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinə 4 milyard 84 milyon 988,4 min manat ödənilərək Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1 faiz əməl olunub. İndi isə planın artırıldığı və ən əsas diqqət yetirilməli olan məqam – yoxlamaların dayandırıldığı şəraitdə bu qədər vəsait necə yığılıb?

Belə çıxır ki, camaat öz istəyilə daha çox vergi ödəyir, nəinki sıxma-boğma ilə? Əlbəttə ki, yox. Sadəcə, məntiqlə belə alınır ki, təkcə könüllü şəkildə ödənilən vəsait planı artıqlaması ilə yerinə yetirməyə kifayət edir. Və ötən illərdə də belə olub. Bəs yoxlamalar, cərimələr, sanksiyalar və müxtəlif təzyiqlərlə yığılan pullar hanı? Həmin pulların üzərinə 700 milyonadək plan kəsirini də gəlsək, alınan rəqəmləri təsəvvür edirsinizmi?

Məlumata görə, bu fakt hazırda nazirlikdə və hökumətdə ciddi müzakirə mövzusuna çevrilib. Elə mətbuatda da dəfələrlə Fazil Məmmədovun rəhbərliyi dövründə külli miqdarda vəsaitin büdcədən yayındırıldığı və onun istefaya göndərilməsində bunun xüsusi rolu olduğu qeyd edilib. M.Cabbarovun vəzifəyə gətirildiyi ilk ayların nəticəsi, yəni yoxlamaların dayandırıldığı şəraitdə planın 10-15 faiz artıqlaması ilə yerinə yetirilməsi də, bu ehtimalı xeyli gücləndirir.

“AzPolitika.info” dəfələrlə bu mövzuya toxunaraq, qeyd edib ki, hələ digər vergi növləri bir kənara, təkcə sadələşmiş vergi üzrə daxilolmalar reallığa uyğun görünmür. Çünki bu vergi növü üzrə yığılan vəsait ödəyicilərin sayına bölünəndə, çox kiçik, simvolik rəqəmlər alınır ki, bu da mümkünsüzdür.

Ancaq nədənsə, indiyə qədər buna göz yumulub və görünən odur ki, il ərzində bu şərtlər daxilində yeni nazirin rəhbərliyi altında yığılan məbləğ planı üstələyəcəksə, bu fakt sabiq nazirə ciddi problemlər yaradacaq...

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Hesab faktoru 2018-03-01 09:20:10

1."Vergi amnistiyası" bir sıra vergi bəyannamələrinin ləğvinə və 2-ci yarım ildə verginin uyğun məbləğdə azalmasına səbəb olub. 2.Həmin dövrdən "vergi ödəyicisi" kimi işə "müvəqqəti" qəbullar başlanıb. 3.Ötən il təkcə kərə yağının qiyməti iki qat artıb. Kobud hesabla bu ilin 1-ci rübü eyni mənbələrdən verği məbləği ötən ilkindən 75% (50-100) çox olmalıdır! Nazirin vəzifədən getməsi və seçkinin irəli çəkilməsi də bu səbəbə uyğun gəlir. "Sonrasını Allah görər!", deyiblər.

aaliyev59 2018-03-01 09:20:10

Ay əmilər bəlkə son vaxtlar neftin bahalaşmasıyla əlaqadardır yoxsa 10-15 günə 10-15%inandırıcı deyil.

tamashaci 2018-03-01 09:20:10

neye gore bu nazirlerin var dovleti ,malikaneleri ,yalniz ishden cxandan sonra meydana cixir ,insanlarin qanini soranlar bu gun de ish bashindadirlar ,Yeni nazir genc ,intelektual ,reformatordu ,onun dovrunde vergi odeyicileri vergini vicdanla odeyecekler

mahir 2018-03-01 09:20:10

azerbaycan insanina mane olmasan(komek demirem mane olmasan) o dovlet budcesini artiqlamasi ile doldurar bunu hami bilir etrafli izah etmeye ehtuyac yoxdur.

vergi ödyicisi 2018-03-01 09:20:10

Demək olar ki ,təzə vergilər naziri gələndən sonra biz vergi ödəyicilərı dərindən nəfəs ala bilmişik ,Vergilər vaxtında ödənilir ödənilir,Sahibkar da bilir ki, dövlətin büdcəsinə olan borc ödənməlidir. Bu həmişə ödənilib.Lakin ödənilən artıq pullar ki var onlar Habillərin,Azərlərin,Fazillərin və başqalarının var-dövlətinin artırılmasına gedib.Əyər indidən sonra bu artıq ödəmələr olmasa büdcə nəyinki kəsirlə, hatta 110-120 % artıqlaması ilə dolacaq.Saibkara imkan verilsə əlbəttə ki.

bakili 2018-03-01 09:20:10

asan xidmeti genislendirmek lazimdir

G.M 2018-03-01 09:20:10

Fazil ``mama uşağıdı``.O bu boyda risqə gedə bilməz.Araşdırmalar düzgün aparılmalı və karrupsaner olan görünməz simalar ifşa olunarsa.Və yaxud bu karrupsiyanı doğurdan da Fazilin törətdiyi təsdiq olunarsa..bax onda demək olar ki...``fazil səni Allah haran ağrıyır``...Yoxsa, ``adə hurreylə`` iş bitməz..

valeh 2018-03-01 09:20:10

indi yeni nazirimiz Mikayıl müellim sahibkarların xeyrine demezdim,ölkemizin strateji iqtisadi sıçrayışının xeyrine olan cesaretli addımlar atmaqla tarixe düşme şansını elden vermemelidir. bunun üçün dar fiskal maraqları unutmaq, kiçik ve orta sahıbkarlıga tekan verecek tam yeni vergi mecellesi,,verği dereceleri, vergi medeniyyeti, münasibetleri , konteksinde işleyenler sinfinin genişlendirilmesine dinamik ,ardıcıl,fasilesiz , imkan verecek siyeseti elde rehber tutmalıdır.

valeh 2018-03-01 09:20:10

Teklif edirem ki ,passiv emek resurslrının bir hissesini herekete getirmek üçün aylıq dövriyyesi 60-80 min manat olan ticaret, xidmet, ve istehsal ferdi sahibkarlıq subyektlerine dövriyyeden vergi leğv edilsin , onlarla 5-10 nefer işçinin resmi qeydiyyata alınmasıyla bağlı müqavile imzalansın. bu siyaset hem yeni iş yerlerinin açılmasını stimullaşdırar ve işsiz insanların kütlevi resmi meşğulluğuna yol aça biler.burda elde edilen gelir vergileri ve sosial sığorta ödenişleri kat-kat artıq olacaq .

valeh 2018-03-01 09:20:10

kiçik ve orta sahibkarlığın faktiki iş yerlerinin bağlanma sebebleri deqiq araşdırılmalı ve yeni insanların bu sıralara daxil olmasını real, davamlı,ardıcıl, stimullaşdıran imkanları tecili açmaq lazımdır. ölkenln passiv ,yatmış emek resursları deqiq müeyyen edilmeli ve onları iqtisadi inkişafımızda iştirakına real işleyen mexanizmlerle nail olmaq lazımdır. vergiler nazirliyi mence birinci bu meselelere diqqetini artırsa ve her ay yeni iş yerlerinin acılma statistikasını izlemeli müsbet dinamika yaratmalıdı

valeh 2018-03-01 09:20:10

elbette ona göre de indi kiçik ve orta sahibkarların bir qismi bu tezyiqlerin önünde fealiyyetlerini davam ede bilmeyerek iş yerlerini kapatdılar.neticede insanlarda bele düşünce formalaşmağa başladı ki , sahibkar kimi ezilmekdense, gedib memur olsunlar. neticede memurlar sinfi böyüyür , sahibkarlar azalır. bu da kökünden dövletin iqtisadi strategiyasına ciddi zerbe vurur.o üzden tecili olaraq sahibkarlığın nüfuzu ölkede artırılmalı, sahibkarlarla birinci insani , qayğıkeş davranılmalıdır.

valeh 2018-03-01 09:20:10

bu siyaset işleyenlere qaygını, nüfüzü, marağı, desteyi, dövletimizin gücüne onların arxalanmasını özünde ehtiva etmelidir.vergiler nazirliyi öz sahibkarlarına sahib çıxan , onlarla münbit qarşılıqlı etimada şerait yaradan stabil , uzun müddetli siyasete önem vermelidir. ne qeder sahibkarların sayı artarsa o qeder dövletimiz daha qüdretli olacak. yeni postneft dövrü artıq bunu ölkede her bir ferdin feal emeye qoşulmasını teleb edir.indi vergiler nazirliyi bu kütlenin könüllü kütlevi qoşqusuna yol açmalıdır.

ABDULQADIR - CELAL MEMMEDOVA xatirlatma. 2018-03-01 09:20:10

TEHSIL SISTEMINI MEHV ETMEYE ALET EDILMIS .... SISTEM ELE QURULUB KI,O PULLARIN KICIK SAYILAN HISSESI FAZILLERIN ELINE BURAXILIR....

Məlik 2018-03-01 09:20:10

BU DA ÖZ METODU İLƏ RÜŞVƏ YƏĞACAQ. RÜŞVƏT YIĞMAQDA YENİLİKLƏR EDƏCƏKL!Q

Abit 2018-03-01 09:20:10

Guya heç kim bilmirdi,şou

Bashirov Qarib 2018-03-01 09:20:10

1,6milyon yeni ish yerleri + ondan da artiq kohne ish yerleri ve hokumetin elan etdiyi 500manatdan artiq orta emek haqqindan tutulan gelir vergileri texminen 3 milyard edir. Bes bu pullar hani?

İLHAM 2018-03-01 09:20:10

HEC KƏSƏ SİRR DEYİL Kİ QEYD OLUNAN 700 MİLYON MANAT VERGİDƏN YAYİNDİRİLARAQ MƏHS NAZİR VƏ ONUN SADİQ KOMANDASİNİN ƏSAS PUL YİĞANİ AİDİTİN RƏİSİ ... VƏ ONUN MUAVİNİ ... DEYİLƏN KƏSİN KASASİNDADİR. BELƏ OLMASAYDİ HƏR KİK ŞƏXSİN MİLYOLARLA OLCULƏN MALİKANƏLƏRİ VƏ OBYEKTLƏRİ OLMAZDİ. CAMATİN AC-YALAVAC VAXTİNDA BELƏ BU İKİ ŞƏXS AYDA BİR MİLYON PUL ATİB NAZİRLİYƏ. İNANMİRSİZ ALİN ƏLİNİZƏ QƏLƏM BUNLARİN SAYSİZ HESABSİZ MAL-MULKUNU YOXLAYİN.

ZABİL 2018-03-01 09:20:10

Bir atalar sözü var: "Çobanın könlü olsa təkədən də pendir tutar"

Son yazılar