HACIYEVİN 37 MİLYONLUQ ƏMLAKI SATIŞA ÇIXARILIR - "Şapka Mamed"in şərtlərilə...

cahangirCahagir Hacıyev Azərbaycan Beynəlxalq Bankına (ABB) rəhbərlik etdiyi dövrdə bankın 60 milyon manat krediti hesabına ərsəyə gətirilən “Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” hərraca çıxarılacaq. Aprelin 9-da keçirilməsi planlaşdırılan hərracda kompleksin ilkin qiyməti 37 milyon 744 min manat müəyyən olunub. Əmlak kompleksinin tərkib hissəsi olan torpaq sahələrinin dəyəri - 10 milyon 536 min 603 manat, binalar, tikililər və tamamlanmamış tikilinin dəyəri 18 milyon 950 min 826 manat, nəqliyyat vasitələri, texnika və avadanlıqlar, digər aktivlər isə 8 milyon 256 571 manatdır.

Kompleks ilk dəfə ötən il “Bakı Fındıq Emalı” müəssisəsi adı altında hərraca çıxarılıb. Müəssisənin Azərbaycan Beynəlxalq Bankına kredit borcu olub. Bu borca görə də müəssisəni bankın toksit aktivlərini idarə edən “Azərkredit” hərraca çıxarıb. Həmin vaxt hərraca çıxarılan “Bakı Fındıq Emalı” müəssisəsinin ilkin satış qiyməti fərqli olmayıb - 37 milyon 744 min manat müəyyən edilib.

Qeyd etdiyimiz kimi, müəssisə ABB-dən ümumilikdə 60 milyon manat kredit götürüb. Məlumata görə, müəssisənin Xaçmaz, Qusar, Oğuz, Qax, Zaqatala və Balakəndə 1681 hektar torpaq sahəsi, bölgələrdə 7 fındıq emalı sexi var. Cəmiyyətin ümumi istehsal gücü: minimum 5 min ton qabıqlı fındıq xammalını emal edərək ondan 1800-2000 ton fındıq ləpəsi və digər fındıq məhsulları (hazır məhsul çıxışı 36-40% civarında mövsümdən asılı olaraq dəyişə bilir) əldə oluna bilər. İstehsal olunmuş məhsullar yerli və xarici (Rusiya, Ukrayna, İtaliya, Almaniya) bazarlarda satılıb. İlk açıq hərrac 15 avqust 2017-ci ildə keçirilib. “Bakı Fındıq Emalı” müəssisəsi (“BakFem” MMC) 1996-cı ildən fəaliyyət göstərir və Azərbaycanda fındıq emalı ilə məşğul olan ən iri müəssisələrdən biridir. Sonradan keçirilən hərracda adı açıqlanmayan şirkət müəssisəni ilkin hərrac qiymətinə - 37 milyon 744 min manata almağa boyun olsa da, sonradan “Aqrarkredit”in şərtlərinin ağırlığı qarşısında geri çəkilməli olub.

“Bakı Fındıq Emalı” müəssisəsi ile ilgili görsel sonucu

Yada salaq ki, “Aqrarkredit” bank olmayan kredit təşkilatına 2015-ci ilin iyulundan bəri ABB-nin problemli aktivlərinin idarə olunması tapşırılıb. Bankın təxminən 10 milyard manat dəyərində aktivləri “Aqrarkredit”ə ötürüb. “Aqrarkredit” istiqraz buraxıb və onu illik 3 faiz dərəcəsi ilə Mərkəzi Banka satıb. İstiqrazların satışından gələn pul ABB-yə ödənilib. Qaydalara görə, problemli aktivlərin satışından əldə olunan vəsait istiqrazlar üzrə hesablanmış faizlərin ödənilməsinə və istiqrazların geri alınmasına sərf olunmalıdır. “Aqrarkredit” QSC fəaliyyətə başlayandan bu günə qədər maliyyə hesabatlarını açıqlamadığından, ABB-nin problemli kreditlərinin idarə olnması ilə bağlı aydın mənzərə yoxdur. O, indiyədək yalnız satışa çıxarılan bir neçə əmlakın (

Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən ABB-nın keçmiş rəhbəri Cahangir Hacıyev məhkəmələrindəki çıxışlarında bankın çətin duruma salması ilə bağlı ittihamları rədd edib. Aprelin 9-da “Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” adı altında hərraca çıxarılacaq, o dövrdə “Bakı Fındıq Emalı” müəssisəsi adlandırılan müəssisəyə ayrılan 60 milyon manatlıq kreditin mənimsənilmədiyini bəyan etmişdi. Onunla müttəhimlər kürsüsünü bölüşən Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov 60 milyon kreditin müəssisənin genişləndirilməsinə xərlcəndiyini bildirmişdi. Ortada ABB-nin 10 milyardlıq buxarlanmış krediti, “Aqrarkredit” və onun rəhbəri “Şapka Mamed” var. Ortada olmayan isə C.Hacıyevdir.

Molla Nəsrəddin demişkən, bu, ətdirsə, pişik hanı, pişikdirsə, ət hanı?(musavat.com)

635x100

Şərhlər

Bəhram Cəfəri 2018-03-17 11:29:47

Qeyd edilən Fındıq kompleksinin torpağı, bağları, sexləri və İŞÇİLƏRİnin birlikdə dəyəri milyarda yaxındır. Öz hesabına inkişaf etdirməklə 10 ilə illik istehsal gücünü də milyard manata çatdırmaq olar. Uolter Mars çokoladla 188 ilə milyarder olub. İndi inflyasiya, (acgöz korrupsiya və vətəndaş müharibələrinə görə) həftəlik sürətlə güclənir və hər ilin sonuna "sirkə" deyil, "barıt çəlləyi"nə dönür?

Bəhram Cəfəri 2018-03-17 11:29:47

Maliyyə inhisarı ölkənin gəlirli sahələrini belə "İZAFİ islahatlar"la "tarı-mar" edir. "Dolana bilən" müəssisələrə də (təbii sərvət kimi) lüzumsuz özƏl-Dövlət oliqarxiyası "əl qatıb" "lüt" edir! Bazarın maliyyə nizamını pozur sözü azdır, məhv edir! İşçi aləmini yemsiz qoyun səviyyəsinə salırlər. Necə yəni, bir milyard kapital qoyulmuş obyekt 37 milyona satılmır? İxtisaslı inkişaf üçün "Dövlət və ya Kollektiv" əsasla K/t nazirliyinə verilə bilər. Maliyyəçilər "pul silməyə" digər obyektlər axtarsınlar.

R-n 2018-03-17 11:29:47

Ay bedbext,bilmirdi ki,hacansa gurbanlig guzu olacagsan?Sarkozi bi taxta medala apardi pullarinizi,seller Sarani aparan kimi...

nergiz 2018-03-17 11:29:47

Yaxshi, Tutaq ki, Cahangir Haciyev 50 milyon ogurlayib. Bes Beynelxalq Bankdan ogurlanan milyardlar kimdedir? Niye onlari hech kim axtarmir?

ZAZA DAYI 2018-03-17 11:29:47

BU NE ŞAPKA İŞİDİR, NE DE PANAMA! BİRBAŞA BU BANKDAN PULU BOŞALDANLAR, HAL-HAZIRDA DEVLETDE BÖYÜK VEZİFELERDE ÇALIŞAN, AĞALARININ GÖSTERİŞİNİ YERİNE YETİREN.. DESTESİDİR. BELİ BU PUL XALQIN PULUDUR,AMMA ..............

kluni 2018-03-17 11:29:47

Şapka Mamed məyər Cahangirdən yaxşıdır ki. O indi şapkalamağa başlasın ABB-nin borcu çatsın 30 milyarda. heç ürəyinizi sıxmayın, neft fondundakı, qoz, fındıq qabıqları bu növruzdan sonra qurtarandan sonra gedib Norveçdən borc alarsınız.

pensioner 2018-03-17 11:29:47

Hacıyevin 37 m-luq əmlakı yox,xalqın əmlakı.Nə Hacıyevin nə də dədəsinin bu qədər pulu olmayıb.Ortada olan pul oğurluq pullar olub.

keçici qırmızı bayraqlar 2018-03-17 11:29:47

Bəs görəsən ABB-dən həyasızcasına götürülmüş və qəsdən qaytarılmayan 10 milyard dolları mənimsəmiş oliqaxların əmlakları nə vaxt satışa çıxarılacaq.P.S. Xaricdəkilər onsuz da Abramındın, çünkü onlara o əmlaklar lipa sənədlərlə satılıbdır.

Son yazılar