“İLK QƏRARIM “AQROLİZİNQ”İ LƏĞV ETMƏK OLACAQ...” - Prezidentliyə namizəd (VİDEO)

Martın 20-də İctimai Televiziyada 11 aprel Prezident seçkilərində iştirak edən namizədlərin ikinci debatı baş tutub. İkinci debatın mövzusu regionların sosial-iqtisadi inkişafı olub.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Azərbaycan Respublikasının prezidentliyinə qeydə alınmış namizəd Qüdrət Həsənquliyev çıxışı zamanı regionların sosial-iqtisadi inkişafına nail olmağın yollarından danışıb və bununla bağlı seçki platformasının əsas istiqamətlərini açıqlayıb.

BAXCP sədrinin çıxışının videoyazısını təqdim edirik:

635x100

Şərhlər

suzl 2018-03-21 14:00:12

---------

Hərbi əlil 2018-03-21 14:00:12

Hörmətli Qüdrət bəy mən 1-ci qrup əlilin Nərimanov rayonunda 2 otaqlı evimi Sizin qohumunuz Amil müəllim 1 otaqlı evlə əvəzləyir. Köçməyəcəyim təqdirdə evi başıma uçracaqları ilə hədələyirlər.1-ci qrup əlilə belə davranış hansı ölkədə var.Cənab Prezidentimiz iş adamlarına bildirib ki, insanları razı salın daha rahat və böyuk sahəsi olan evlər verin, Bunlar isə yanlız öz ciblərini düşünürlər.Xahiş edirəm məsələyə müdaxilə edəsiniz.Sizə siyasi fəaliyyətinizdə uğurlar arzulayıram.

G.M-ya 2018-03-21 14:00:12

Ə.Kərimlinin 2"yetirmesi" əgər Qüdrət və Razi nezerde tutulursa,onlar arasinda ferq o qeder böyükdür ki....Qüdret bey özünə bu defe esl siyaset adamı imicini qazandirdi.Bir qeder demokratik,islahatçı,xalqına xoş gün,barışiq arzulayan...Razi isə son derece savadsız,hara boylandığı melum olmayan,intriqalı...Gah rus dilinde novruz tebriki("pasxa"olsaydı anlamaq olardı),gah da "Pakistana bir teklif vermişem nüve silahini bize verecekler"-heç bir mentiqe sığmayan...Intriqa da....

G.M 2018-03-21 14:00:12

Dünya malı Dünyada qalacaq....Baxın Ə.Kərimli necə nəhəng adam imiş ki,Prezidentliyə iddialı olanlardan ikisi onun ``yetirməsidi``....

avam 2018-03-21 14:00:12

Bu teklifler başqa ölkede prezidente namized terefinden seslense,qizgin müzakireler olardi,bizde ise sükütdür.Bir sebeb odur ki,kimse namizedin seçilmeyine inanmır.Ikinci sebeb isə yəqin "Aqrolizing"in varlıgı ilə yoxluğunun anlamının eyni olmasıdır.

Laden 2018-03-21 14:00:12

Əslində zamanında doğru təklifdir.Azərbaycana kənd təsərrüfatı lazımdır ancaq belə biyabırçı kadrlarla yox.Zaman gələcək həmin insanların özləri özlərinin tutduğu əməllərə görə xəcalət çəkəcəklər

səlim 2018-03-21 14:00:12

Qüdrət bəy dördüncü dəfədir ki,prezidentliyə namizəd kimi iştrak edir.Əvvəlki secgilərin heç birində 2% səs qazanmayan dördüncü dəfə də heç nə alınmayacaq.İndiki seçgilərdə iştrak edən eddi namizətdən hər hansı biri .... Dörd deputat isə gələn parlamentə düşmək üçun canfəşanlıq edirlər. Razi bəy də parlamentə düşmək istəyir. Sərdar bəy prezidentliyə layiq intlektual şəxsdir.

Gəməd 2018-03-21 14:00:12

SƏN PREZİDENT OLACAQSAN Kİ NƏYİSƏ DƏ LƏĞV EDƏSƏN?

Naxçıvanlı 2018-03-21 14:00:12

Avazı yaxşıdır,oxuduğu quran olsa....

Kolxozdar 2018-03-21 14:00:12

Millət Vəkilinin seçgi məramı Kənd təsərrüfatı olmaqmış? Azı 7 il Kol-Xoz rəhbəri və ya həmin nazirlikdə işləyibsə gücü də çatar, yararlı da ola bilər.

Aqil 2018-03-21 14:00:12

Ordubad və Culfada işsizlik problemlərini həlli istiqamətində işlər görülsün.... Əfsuslar olsun ki bu illər ərzində bu istiqamətdə heç bir fəaliyyət olmayıb.Rayonların əhalisi kütləvi surətdə paytaxta axın etməkdədir.Kürdlər isə bu fürsətidən istifadə edərək məskunlaşmaqdadırlar.

Son yazılar