Əhməd Vəliyevdən “Muğanbank"ın  bağlanması xəbərinə reaksiya - "... bağlanması təbiidir"

“Əgər istənilən təşkilat doğurdan da bir problemlə qarşılaşırsa, bağlanması təbiidir. Bu informasiyanın isə hansı mənbədən verildiyini deyə bilmərəm”.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, "Odlar Yurdu" universitetinin rektoru Əhməd Vəliyev ona aid olduğu iddia edilən "Muğanbank"ın bağlanması xəbərlərinı münasibət bildirərkən dedi. Bankın özünə deyil, onun qohumlarına aid olduğunu bildirən deputat məsələyə bu cür aydınlıq gətirdi: "Doğrusu, bu xəbərdən məlumatsızam, bilmirəm problem var, yoxsa yox. Oranın sahibi mənim qohumumdur, mən o bankı respublikada ciddi bank kimi tanıyıram”.

Xatırladaq ki, "Muğanbank"da vəziyyətin pisləşməsi və bu səbəbdən bağlanmaq ərəfəsində olması ilə bağlı xəbər vermişdik. Qeyri-rəsmi məlumatlara əsasən, bank Əhməd Vəliyevə məxsusdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar