CAVİD QURBANOVUN YALAN ÇIXAN VƏDİ VƏ... - Ziya Məmmədova hücumunun sirri

Tikintisinə 10 ildən çox vaxt gedən, 1 milyard dollardan artıq vəsait xərclənən Bakı-Tiflis-Qars dəmiryol xəttinın açılış mərasimi ötən il həyata keçirilsə də, yol, istismara hələ də tam hazır deyil. Baxmayaraq ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açılış ərəfəsində mətbuata açıqlamalarında bu ilin yayından Bakı-Tiflis-Qars dəmiryol xətti ilə hətta sərnişindaşımalarının həyata keçiriləcəyini deyirdi: "Oktyabrın 30-da dövlət başçılarının iştirakı ilə Bakı-Tiflis-Qars dəmiryolunun yük qatarlarının hərəkəti üçün açılışını edirik. Sərnişindaşımanın hərəkəti gələn il (yəni, bu il-red.) baş tutacaq. Çünki bunun üçün 30 ədəd vaqon sifariş edilib".

Amma indi məlum olur ki, Qurbanov bu vədi tələsik verib. Ümumilkdə 1 milyard dollardan artıq pul xərclənən layihədə işlər hələ də tam başa çatmayıb. Bunu da elə Cavid Qurbanov deyib.

Belə ki, Cavid Qurbanovun bu günlərdə yayımlanan müsahibəsindən aydın olur ki, yolla yükdaşımalar aparılsa da, sərnişindaşımaya başlamaq gələn ildən tez mümkün olmayacaq. Hətta bəzi iddialara görə, sərnişindaşıma 2020-ci ildən tez həyata keçirilməyəcək. Bunun səbəbi isə 3 il əvvəl C.Qurbanovun adlarını çəkmək istəmədiyi "bəzi adamların səhlənkarlığı üzündən" sərnişin vaqonlarının alınmasına dair sifarişin vaxtında icra olunmamasıdır: “Vaqonların alınması ilə bağlı 3 il əvvəl saziş imzalanıb. Lakin adını çəkməyəcəyim bəzi adamların səhlənkarlığı üzündən saziş sonadək işlənməyib. Sonra mən cənab prezidentə müraciət etdim, o, tapşırıq verdi, əlavə maliyyə mənbəyi tapıldı. Bundan sonra vaqonların hazırlanmasına başlanır, bu da haradasa 7-8 ay çəkəcək. O vaqonlar xüsusi vaqonlardır. Çünki bizim ərazimizdə yol enlidir, Türkiyə ərazisində isə dardır. Həmin vaqonlar bu dəyişikliyə uyğunlaşdırılmış formada olacaq. Yəni təkərləri avtomatik daralacaq, çox yeni texnologiyadır, ilk tətbiq edənlərdən biri bizik”.

C.Qurbanov ad çəkməsə də, onun sabiq nəqliyyat naziri Ziya Məmmədovu hədəfə aldığını müəyyən etmək elə çətin deyil. Düzdür, Cavid Qurbanovdan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-yə Arif Əsgərov rəhbərlik edib. Ancaq belə layihələrin həyata keçirilməsində söz sahibi Ziya Məmmədov olub. Həm həmin vaxt “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində olduğundan, həm də Arif Əsgərovu vəzifəyə Ziya Məmmədov təyin etdiyindən onun belə məsələlərdə müstəqil qərar verməsi faktiki mümkün deyildi. Təbii ki, Cavid Qurbanov da bundan xəbərdardır. Ona görə də, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq rəhbərliyini deyil, "adlarını çəkmək istəmədiyi bəzi adamları" ittiham edir. Başqa sözlə, üstörtülü şəkildə Ziya Məmmədovu hədəfə alır.

Qeyd edək ki, Məmmədov-Əsgərov tandemi yalnız səhlənkarlıqda deyil, dəmiryolunda həyata keçirilən iri korrupsiya əməliyyatlarında da ittiham olunub. Onların Azərbaycanın dəmir yolu sistemini necə bərbad vəziyyətə qoyduqları, necə talayıb dağıtdıqları haqda indiyədək çox yazılıb. Hətta ötən il İsveç polisi “Bombardier” korporasiyasının işçisini korrupsiyada şübhəli bilərək saxlamışdı, bir neçə nəfər isə Azərbaycanın dəmir yolu müqaviləsi ilə əlaqədar sorğuya cəlb edilmişdi. Söhbət Qars-Bakı dəhlizi üzrə 46 stansiya üçün dəmir yolu siqnalizasiyaların alınmasından gedirdi. İsveç polisinin araşdırmalarından bəlli oldu ki, alınan avadanlıqların yekun dəyəri 5.5 dəfə şişirdilib və nəticədə 85 milyon pul yeyilib. Belə böyük mənimsəmələrin olduğu layihənin vaxtında və keyfiyyətlə başa çatdırılmaması təəccüblü deyil, əlbəttə!

Ancaq maraqlıdır, əvvala, Cavid Qurbanov Bakı-Tiflis-Qars dəmiryol xətti ilə bağlı açılış ərəfəsində bu ilin yayından sərnişindaşımalarının həyata keçiriləcəyini deyəndə bunları bilmirdi? Bilirdisə, niyə yalan vəd verirdi?

İkincisi, ortada böyük korrupsiya faktlarına dair iddiaların olduğu halda Cavid Qurbanov niyə bunu səhlənkarlıq deyə ötüşdürür? Buna görə məsuliyyət daşıyanlarla bağlı nəinki hüquq-mühafizə orqanlarına müraciət edir, hətta adlarını belə ictimaiyyətə açıqlaya bilmir. Niyə?

Bəlkə ona görə ki, Cavid Qurbanov qarşı tərəfin də onun fəaliyyətilə bağlı nələrisə açıqlaya biləcəyindən ehtiyatlanır?Axı uzun illər bir yerdə işləyiblər...

Hər halda Qurbanovun ad çəkməkdən imtina etməsini dar vaxtlarında onun əlindən tutan  Ziya Məmmədova "vəfa borcu" ilə əlaqələndirmək mümkün deyil...

Elman

AzPolitika.info

635x100

Şərhlər

sual 2018-03-29 19:43:53

doğru sozə aydinliq gətirilməsinə ehtiyac olmaz. həqiqətən mənəvi korluq cox acinacaqli və xilas olunmayan bəladir. amma bir məsələ var atalarimiz deyib ki kim nədən cox danisir, nəyi cox yazib, soylərsə bilin ki mhəmin keyfiyyət onun nə ozundə, nə də ki nəsli əcabətində yoxdur və genetikanun qanununa gorə hec vaxt olmayacaq. cunki soyud ağaci bar vermədiyi kimi. indi bu fikri mənəvi korluqdan yazanlara şamil edək ya yox?

zombatar 2018-03-29 19:43:53

Umumiyyetle Azerbayjanda dovlet budjesinden ayrilan vesaitlerin menimsenilmesi ucun cox gozel serait var xususen ixraj edilen mallara. Menim bir nece teklifim var bu sahede bir mutexessiz kimi ve bir nece defe yazmisam amma xeyri yoxdur. Yene xahis edirem dovlet strukturlarindan, prezidenliye namizedlerden, deputatlardan eger dovlet budjesine genaet etmek fikriniz varsa gelin danisag.

Emin Hesenov 2018-03-29 19:43:53

Cavid Muellim resmi deyib 29 mine alinan vaqonlar daha artirilarag qeyd olunub bundan artig ne desin guya Ziyanin qoculari xalq artistinden tutmuw adi vetendawa kimi doyduler tehqir etdiler nese etdiler!!!!

g.m-!! 2018-03-29 19:43:53

Bu Ziya Memmedovun dovleti vurdugu zerbe Eldar Mahmudovdan eynilik teskil edir !!!hele menevi ziyanlari qoculari camaaati doydurmesi hamiya melum olan Ayi ureyi!!!

GƏDƏBƏYLİ 2018-03-29 19:43:53

GM-YA ATALARDA BELƏ MƏSƏL VR.BİLMƏMİŞ OLMAZSAN. BİRDƏ XATİRLADİM. GOZƏLLİYİ GORMƏYƏNƏ KOR, QƏDRİNİ BİLMƏYƏNƏ NADAN DEYİBLƏR.

Şamaxılı 2018-03-29 19:43:53

Bakı-Şamaxı yolunun tikintisində yeyilən pullar,yolların vəziyyəti heç Qurbanovu narahat etmir?

.SALEH İBRAHİMOĞLU 2018-03-29 19:43:53

HAQİ NAHAQQA VERMƏK NADANLQDİ. BİRİNCİSİ CAVİD QURBANOV DƏMİR YOLUNDA ZİYA VƏ ARİFİN 10 İLLƏRLƏ GORƏ BİLMƏDİYİ YAXSİ İSLƏRİ 2 İLDƏ GORDU.ƏN AZİNDAN ƏMƏK HAQİ QALDİRİDİ İSCİLƏRİN İS SƏRAİTİ TEXNİKİ TƏHCİZAT YAXŞİ, OXURLUQ VƏ OLU CANLARİ ARADAN QALDİRDİ.YENİ VAQONLAR ALDİ HANSİ Kİ ZİYA İLBƏİL PUL ODƏSƏDƏ YENİ VAQON SOHBƏTİ YOX İDİ. YOLLAR, VAXZALAR TƏMİR OLDU.O Kİ QALDİ KARS DƏMİR YOLUNA ZİYANİN QARDAŞİ OXLU MUSFİQ O PULLARİ TALAYANLARDAN BİRİDİR.CAVİD İSƏ ZİYAYA YOX DOVLƏT BASCİSİNA BORCLUDUR.ƏMƏYƏ QİYMƏTƏ.

G.M 2018-03-29 19:43:53

Bu lahiyədə olan karrupsiyanın başında əzəldən C.Qurbanov özü dayanıb.İş icraçısından başlamış bütün səlahiyət sahibləri ixtisasca ticarətçi və bir çox hallarda adını yaza bilməyən adamlardı.Çünki belələrini iş başına qoyub istədiyini etmək Cavid mallımın köhnə peşəsidir.Qars-Bakı dəmir yolunun tikintisinin uğuruna inanmıram.

məmmədqulu 2018-03-29 19:43:53

1 milyard bəs eləməyib, eybi yox, növbəti 1 milyard da verərlər. Təki qudalar höküməti iştahdan kəsilməsin (Yenə bunlar yeyib-doyublar (Z.H.)), millət neyləyisidi ki, uzanıb yerində zaqarat edir. Bunlar da pulları yığıb "Pilatus"da bərk-bərk saxlasınlar.

G.M 2018-03-29 19:43:53

Bu gün ``məmur`` adına layiq görülmüşlərin fərqləri ancaq soyadlarındadır.Onlara qibtə eləmək,onların 5-6 manatına kölə olmaq faciədir.talanlar müqabilində danışılan yalanları görməyənlər doğurdan da mənəvi KORLARDIR.

Son yazılar