“ALİMLƏR JURNALİSTLƏ ÜZLƏŞƏNDƏ ÇAŞBAŞ QALIRLAR” – “Ensiklopediyanın 5 cildi plagiatdır”

Xəbər verdiyimiz kimi, AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov heç bir əsas olmadığı halda Azərbaycan jurnalistlərinin ünvanına təhqirlər yağdırıb. Akademikin ziyalıya yaraşmayan bu hərəkəti ciddi etirazlar doğurub. Hətta Ramiz Məmmədovun işinə AMEA Rəyasət Heyətinin iclasında da baxılacağı elan olunub. AMEA prezidenti Akif Əlizadənin də bu məsələyə sərt reaksiya verdiyi bildirilir.

Bəs biz elm adamı, ziyalı, akademik niyə bu qədər məsuliyyətsiz çıxışlar edir? Bunun səbəbi nədir? Bu suallar ətrafında təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevlə söhbətləşdik.

- Etibar müəllim, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistləri tənqid etməsinə münasibətinizi bilmək istərdik. Sizcə, ziyalının, bir akademikin bu qədər aqressiz olmasının səbəbi nədir?

- Mən Ramiz müəllimi ciddi alim və mədəni insan kimi tanıyıram. Vaxtilə biz bir institutda işlədiyimizdən qənaətim budur. Yəqin ki, jurnalistlə danışanda emosiyalarını cilovlaya bilməyib. Müsahibələrlə bağlı yaranan insidentlərdə çox vaxt jurnalistlər müdafiə olunurlar. Bizdə sahə jurnalistikası inkişaf etmədiyi üçün müxtəlif sahələr üzrə mütəxəssislər və alimlərlə müsahibələr alınmır. Ali təhsilli jurnalist fizikdən, rektordan, yaxud həkimdən müsahibə götürməzdən öncə hazırlaşmalıdır. Bizdə belə şey yoxdur. Bir çox hallarda jurnalistlər özlərini alimdən üstün tuturlar. Qarşı tərəf jurnalistin hazırlıqlı olmasından ruhlanmalıdır. Dünyanın aparıcı elmi jurnallarına və qəzetlərinə diqqət etsəniz bu tendensiyanı görərsiniz. Jurnalistlər alimləri potensiallarını açmağa məcbur edirlər. Yaxşı, Ramiz Məmmədovdan əvvəl müğənni Ədalət Şükürov jurnalistə “zurnalist” dedi. Onda ölçü götürmək üçün Nuşirəvan Məhərrəmliyə niyə məktub yazmadılar? Televiziyalar Ədalət Şükürovu, Namiq Qaraçuxurlunu cəmi alimlərimizdən çox verilişlərə dəvət edirlər. Bəla burasındadır.

- Amma gərək alim də danışmağa meyilli olsun ki, jurnalist də onu danışdırsın da...

- Haqlısınız. İndi təsəvvür edin Azərbaycan Milli Elmlər Akademiyasının 73 həqiqi üzvü, 113 müxbir üzvü var. Onların böyük əksəriyyətini Azərbaycan cəmiyyəti tanımır. Tanımaq üçün onlar danışmalı və məşğul olduqları elm sahələri üzrə yazmalıdırlar. Azərbaycan alimləri müqayisədə dünyanın ən passiv alimləridir. Heç bir məsələdə alim münasibətinə rast gələ bilməzsən. Yadınızdadırmı, İlham Mirzəyev adlı birisi televiziyada psixoterapevt qismində uzun müddət insanları müalicə etməyə çağırırdı. Bir psixoloq, yaxud psixoterapevt çıxıb ona demədi ki, ay kişi, sən bu sahənin adamı deyilsən axı? Yenə sağ olsunlar, hüquq-mühafizə orqanları tədbir gördü. Elm cəmiyyət üçün maraq kəsb etmir. Televiziyalarda dini verilişlərə elmi verilişlərdən çox vaxt ayrılır. Rusiyada elm sahəsində “V mire nauki” adlı məşhur bir jurnal dərc olunur. Bu jurnalın hər nömrəsində tanınmış almlərlə dəyirmi masa keçirilir. Cəmiyyəti, dövləti maraqlandıran problemləri müzakirə edirlər. Bizdə 3 alimi bir yerə yığmaq mümkün deyil. Hərə öz monoloqunu deyir. Uzun müddət danışmayan və dindirilməyən alimlər jurnalistlə üzləşəndə çaşbaş qalırlar. Alimlər universitetlərdə rektordan, Akademiyada isə Akademiya rəhbərliyindən icazə almamış danışmırlar.

- Etibar müəllim, bizim alimlərin elmin populyarlaşdırılması, ensiklopediyaların tərtibatı sahəsində işləri də zəifdir. Halbuki, elə ensiklopediyalar jurnalistlər üçün də yaxşı mənbə ola bilər.

- Maraqlı sualdır. AMEA-nın rəhbərliyi heç bir lüzum olmadan İctimaiyyətlə əlaqələri Elmin populyarlaşdırılması ilə bir İdarədə birləşdirib. Əslində hər bir sahə institutunun özü elmin populyarlaşdırılması istiqamətində çalışmalıdır. Bu elmi tədqiqatlar qədər vacib işdir. Fizika İnstitutu fizika elminin, Botanika İnstitutu botanika elminin və s. populyarlaşdırılması ilə məşğul olmalı idi. Bir idarə bütün elmlərin populyarlaşdırılması ilə məşğul ola bilməz.  O ki qaldı ensiklopediya məsələsinə, ensiklopediya hər bir xalqın elmi potensialının güzgüsüdür. Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin sədri Prezident İlham Əliyevdir. Prezident bütün dünyada ensiklopediya işinin nə dərəcədə əhəmiyyətli bir iş olduğunu bilən şəxsdir. Və bu məqsədlə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi yaratdı və Ensiklopediyanın Redaksiya heyətinin sədri kimi məsuliyyəti üzərinə götürdü. Ancaq bunun müqabilində akademiklər nə etdi? Plagiat ensiklopediya tərtib etməyə başladılar. İndi çapdan çıxan Milli Ensiklopediyanın 5 cildi plagiatdır. Bu çox böyük biabırçılıqdır . Mən bu barədə Milli Ensiklopediyanın Redaksiya Heyətinin sədrinin birinci müavini akademik Ramiz Mehdiyevə məlumat vermişəm. Düşünürdüm ki, ciddi tədbirlər görüləcək. Ancaq təəssüflər olsun ki, bu böyük rüsvayçılığın qarşısının alınması istiqamətində heç bir tədbir görülmədi.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Elmar 2018-04-02 20:31:44

Son onilliklər bütün seçkilər ədalət prinsipini pozmaqla,yuxarıların bilavasitə göstərişilə aparılıb. Saxtakarlıqla "seçilmiş" akademiklərdən mədəni, mənəviyyatlı olmağı gözləmək absurd bir şeydir. Bu saxta akademiklər elmə,cəmiyyətə,dövlətə üzqaralığı gətirir. Onların əksəriyyəti millətimizə yalnız ziyan yetirir.

Milli 2018-04-02 20:31:44

Tam səmimi və obyektiv bir yazı.Təşəkkürlər.

Oqtay R 2018-04-02 20:31:44

Çox düzgün ,savadlı,obyektiv məqalədir.Sağ ol

Alim 2018-04-02 20:31:44

Etibar beyin dedikleri ile raziyam. Akademiklerden elave AMEA-da yuksek potensialli ziyali ordusu var. Lakin cemiyyetde onlarin maddi durumu pis oldugundan hec bir soz sahibi deyiller. AMEA indi ishler mudiri ve onun muavini serdarin nezaretindedir. Bir gun elm ile meshgul olmayan Feteli siyaset uzre elmiler doktorudur. Turmede yatib kecmish redivist olan ... ise AMEA ayrilan pullari muxrelif tetbirler adi ile silir. Elme aid olmayan ishlere ser olunur. Bu hesablama palatasi, respublika prokrorlugu haray

Dr.AGAOGLU 2018-04-02 20:31:44

Əslinde cemiyyetin agılı kəsən formada öz- özünü idarə etməsi bir xaos yaradıb.Jurnalist adı ile bir böyük ordu yaranıb ki,qapı-qapı düşüb pul dilenir.Əllərinden can qurtarmaq mümkünsüzdür.Qarşılarına çıxan qapını açıb pul isteyirler.Elmi institutlarında böyük ekseriyyeti İcra başçıları ile birleşib ərazi torpağının satışı ve qohumların maaş alma yerine çevrilib.Ayın sonu elmi ehemiyyet kesb etmeyen köhne hesabatlardan birini köcürüb papkaya tikib maaş alırlar.Neticede de bele toqquşmalar yaranır.

Məğrur Bədəlli ,AMEA üzrə yeganə Qarabağ əlili, ju 2018-04-02 20:31:44

AMEA son çağlar bazara dönüb.Həmin elmin populyarlığı şöbəsinin müdiri KİV -ə aidliyi olmadığı halda, jurnalistlər evindən mənzil də alıb. Ona görə jurnalistləri aşağılamaqla populyarlaşıblar.Döyüşdə olan elmi işçinin 2 körpə uşaqlı ailəsini AMEA yataqxanasından çıxarıb, indi də yataqxananın yerində tikilən evdən mənzil verilməyib. Hansı ziyalılıqdan söhbət gedə bilər? Özü də bunu edənlər Qarabağ kökənli işlər müdiri və onun müavinidir. AMEA prezidenti isə onların çaldığı ilə oynayır.Ümid Tanrıya qalıb.

Son yazılar