PALATADA DOLLAR KREDİTLƏRİ MÜZAKİRƏ OLUNUR - Güzəştlər ola bilər

Maliyyə Bazarlarına Nəzarət Palatası dollar kreditləri ilə bağlı hərəkətə keçib. “Marja”nın bank dairələrindən əldə etdiyi məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası devalvasiyalardan sonra yaranmış problemli kreditlərin azaldılması istiqamətində müxtəlif təkliflər hazırlayıb.

Mənbənin sözlərinə görə, xeyli müddətdir təkliflər müzakirə olunur və bu çərçivədə bankların da fikirləri öyrənilir.

Qeyd edək ki, bu günə qədər iqtisadçı ekspertlər tərəfindən mətbuatda müxtəlif təkliflər irəli sürülüb.

Təkliflərdən biri devalvasiya nəticəsində artmış borcun dövlət, vətəndaş və bank arasında bölüşdürülərək qaytarılmasıdır. Qısası bu təklif qəbul olunarsa, borcun bir hissəsi dövlət tərəfindən, bir hissəsi borcalan tərəfindən ödəniləcək, digər bir hissəsi isə bank tərəfindən güzəşt ediləcəkdir.

Digər bir təklifə görə, xarici valyutada olan kreditin aşağı məzənnə ilə ödənilməsi imkanının yaradılmasıdır.

Həmçinin, təkliflər çərçivəsində borcunu qaytaracaq şəxslərin adlarının kredit reystrinin “qara siyahsında” nəzərə alınması da müzakirə predmetidir.

Qeyd edək ki, əhalinin dollarla götürdüyü kreditlərini ödəməməsinin başlıca səbəbi aidiyyatı qurumların güzəştlə bağlı hər hansısa bir addım atacağına ümid edilməsidir.

635x100

Şərhlər

şamaxılı 2018-04-09 14:10:01

Nə yaxşı əhali bu məmurların yadlarına düşür görəsən? O da hələ əhalinin onlar tərəfindən aparılan uğursuz maliyyə siyasəti nəticəsində düşdüyü vəzyyəti minnətlə müzakirə edirlər.Seçki ərəfəsində olur belə işlər....

Obyektiv 2018-04-09 14:10:01

Bu ilishken mesele illerdi o qeder uzanir ki, borclularin onsuz da agir veziyyetleri lap agirlashib! Bu dollarla olan kreditler ortaya dushenden manatla goturulen kreditler "kolge altinda" qalib.. Hansi ki, real baxanda guya manatla olan kreditleri odemek olur ki?! Birini chorek pulundan bele eleyibler, bir bashgalarini gecikdirmeye gore mehkemeye verib (maddi ve psixoloji) istismara meruz qoyublar! 5000 m. qeder olan kreditleri (tam) silmek bele mushkul idi ki, ish bu shekil alaydi?! Rusiya da, uje silib..

Son yazılar