DEVALVASIYA OLMAYACAQ, UÇOT FAİZİ ENDİRİLDİ! - Elman Rüstəmovdan manat, banklar və kreditlərlə bağlı açıqlamalar

"Azərbaycan manatının ucuzlaşması üçün heç bir fundamental amil görmürük"."Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bir ildən çoxdur ki, mili valyutanın məzənnəsi sabitdir, əhali və real sektorda məzənnə dəyişikliyi gözləntiləri azalıb.

Bunda başqa, E. Rüstəmov qeyd edib ki, Azərbaycanda kredit faizlərinin səviyyəsini təkcə uçot dərəcəsi müəyyən etmir: "Uçot dərəcəsi siqnal rolunu oynayır. Bu effektin iqtisadiyyata ötürüləciyini gözləyirik. Bütövlükdə maliyyə vasitəçiliyinin bərpası istiaqamətində problemlər var. Bu da təkcə pulun dəyəri ilə ölçülmür. Faizlərin azalmasını istəyiriksə bu ekosistemdə problemləri həll etməliyik".

"Biz istəyirik ki, banklar öz vəsaitlərini kreditləşməyə yönəltsinlər"

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi barədə qərar qəbul edib. "APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən əsas məqsəd makroiqtisadi dayanıqlığın artırılmasına yönəlib.

E.Rüstəmov bildirib ki, faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin iyun ayında müzakirə ediləcək.

"Mövcud şərtlər dəyişmədiyi təqdirdə, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini ilin sonuna qədər dəyişə bilər" deyə Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, məzənnə gözləntiləri imkan verir ki, getdikcə monetar şərait normallaşsın: “Monetar şəraitin normallaşdırılması pulun həcmi və dəyəri ilə ölçülür. Pulun həcmini biz artırmışıq, birinci rübdə də pul kütləsi 11 faiz artıb. Düşünürük ki, bank sektorunda likvidlik olduğu şəraitdə bu artım optimaldır. Uçot dərəcəsi mövcud şərtlər olduğu təqdirdə azala bilər. Bununla da monetar şəraiti neytral həddə yaxınlaşdıra bilərik”.

Xatırladaq ki, fevralın 12-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.

Elman Rüstəmov həmçinin banklarda likvidlik səviyyəsi sürətlə artdığını deyib: “Likvidlik səviyyəsi sürətlə artır. Cari ilin birinci rübündə Azərbaycan Mərkəzi Bankı pul bazasını 11 faiz artırıb”.

Onun sözlərinə görə, banklarda izafi likvidlik olduğuna görə onlar öz maliyyə vəsaitlərini qiymətli kağızlar bazarına yönəldirlər: “İlin əvvəlindən nisbət tələbin xeyrinədir. Olduqca böyük tələb var. Biz istəyirik ki, banklar öz vəsaitlərini kreditləşməyə yönəltsinlər, nəinki qiymətli kağızlara. Bizim əsas məqsədimiz bankların maliyyə vəsaitlərinin iqtisadiyyata yönəldilməsidir”.

"2017-ci ildə olduğu kimi bu il də xarici potensialın yüksəlməsi şəraitində xarici sektorda müsbət göstəricilər davam edəcək" deyə Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, I rübdə xarici ticarət dövriyyəsi 31 faiz, qeyri-neft sektoru isə 37 faiz artıb: “Bütün bunlar iqtisadiyyatın şaxələnməsi prosesinin uğurla getdiyini göstərir. Bu ilin üç ayında inflyasiya 4 faiz təşkil edib. Valyuta ehtiyatlarımız 44 milyard dollardan çoxdur. Tədiyyə balansı göstəricilərinin bundan sonra da müsbətə doğru gedəcəyini proqnozlaşdırırıq. İnflyasiyanın birrəqəmli həddə düşməsi qeyri-neft sektoru üzrə milli valyutanın məzənnəsinin ucuzlaşmasını göstərir. Ticarət tərəfdaşlarımıza nisbətdə təxminən 33-35 faiz səviyyəsində milli valyutanın ucuzluğu saxlanılır. Bu da əsas ticarət tərəfdaşlarımızla rəqabət üstünlüyümüzü əks etdirir”.

635x100

Şərhlər

Kasıb 2018-04-09 21:50:07

Bu milləti əhalini bu dəfə də aldatsan mən sənə və sizə heç vaxt inanmayacam. Yalançının nıyinı inanasan. Həm də super yalanın. Yəqin onda mənim kimi heç kim inanmaz sizə. İndi baxaq. Deyirsiniz ki, ölkə artıq neftqazdan asılı deyil. İqtisadiyyatın başqa qeyri neft sektorları da indi zor inkişaf edib. Yeni devalvavasiya olsa deməli hasmısı yalandır.

Mühasib 2018-04-09 21:50:07

Azərbaycanda nazirlər,komitə sədrləri,İcra başçıları və onların müavinləri 15-20 il bir kresloda oturub çürüyüblər.Onlarla hansı inkişafdan,normallaşmadan,irəliləyişdən danışmaq doğru olar.Onlar yerlərində qarantiyalı oturduqlarından qanunlara riayət etmir,özbaşınalıq edir, qohumlarını yerləşdirməklə məşğğuldurlar. Əslində isə bir nazir bir postda necə işləməsindən asılı olmayaraq 4-5 ildən artıq qalırsa, orada irəliləyişdən,inkişafdan yox,püşvət,korrupsiya və büfcə maxinasiyaları baş verməsi adi hal olur

Vətəndaş 2018-04-09 21:50:07

Bank sektorunu çöküb,amma ham; yerindədir.Bu necə idarəçilikdir?Hələ bir xaricdə manat çapındakı maxinasiyalar bir tərəfə.Görəsən niyə belələrinin əməlləri nəticəsində azərbaycan milləti çıxılmaz vəziyyətə düşür.

Akif 2018-04-09 21:50:07

İki il bundan öncə də Rüstəmov belə çıxış etdi.dollar iki dəfə,yəni 200 % dəyər qazandı.Bu adam noxəbərdir.Yəqin yenə manat öləcək.Ehtiyatlı olun,millətim.

Analitik 2018-04-09 21:50:07

Ay yoldash, bunu suni saxlamaq (sonraki merheleler uchun) hell yolu deyildi.. Birinci novbede komruk, vergi ve bank sistemlerinde koklu real islahatlar aparilmalidi. Imkansiz ehalinin banklarda olan kreditleri (az miqdarda olan) efv olunmalidi ve ancaq bundan sonra orada real islahat aparmaq real effekt vererdi! Komrukde istehlak mallarina (ve onlarin xaricden gelen lavazimatlarina) rusumlar esasli shekilde azaldilmalidir ki, mallar dukanlarda 5-10 qat artiq qiymetlere satilmasin! Bir gozleri de doysun!..

Şamaxılı 2018-04-09 21:50:07

Deməli yaxın günlərdə manat yenə kəskin ucuzlaşacaq.Baş bankir adəti üzrə həmin ərəfədə vəd verir amma sözünün təsdiqini gətirə bilmir.Allah özü haqq eliyə...

Das 2018-04-09 21:50:07

Yalancının.... Bu ... efirə çıxıbsa deməli olacaq

Ali 2018-04-09 21:50:07

AY DA ELMAN DEDISƏ DEVALVASIYA OLMAYACAQ DEMƏLI OLACAQ.MÜTLƏQ OLACAQ,

t.ədalət 2018-04-09 21:50:07

İqtisadiyyat inkişaf etdirilməsə, Azərbaycanda dollar sürətlə bahalaşacaq.İstehsalı sıradan çıxaran,ehtiyac mallarını xaricdən daşıyan oliqarxlar bizi çox çətin duruma salacaqlar.Dövlət tərəfindən qarşısı alınmasa ermənistandan daşıyıb gətirdikləri qoyun və mal-qaranı rahat satmaq üçün Bakıda ət kəsimini də əhalinin əlindən almağa çalışan antivətənpərvərlər çoxlu ziyanlı işlərə imza atacaqlar..

2+2=4 2018-04-09 21:50:07

...“Azərbaycan manatının ucuzlaşması üçün heç bir fundamental amil görmürük”......başa düşmədim, bazara yalnız fundamental amillər (ilk növbədə neft gəlirləri) təsir göstərir, bəs idarəetmə, tənzimləmə amilləri???...))))))) mən sadalayım qeyri-fundamental amilləri, hansılaki valyuta bazarındakı vəziyyətə güclü təsirlər müəyyənləşdirəcək ....)))))))) 1. Dövlət sektorunda artırılmış, lakin hələlik bazara çıxmağa imkan tapmamış əmək haqqları, hansılarki çox tezliklə istehlak bazarında tələbin artımı hesabına valyuta bazarında təzyiqləri əsaslı artıracaq;...2.iqtisadiyyatda yüksək inhisarçılıq, azad sahibkarlığa mövcud olan məhdudiyyətlər və qiymətlərin müəyyənləşməsində bazar amillərinin deyil inzibati qaydaların üstünlüyü. Seçkilərdən sonra qiymətlərin artmasına mane ola biləcək fundamental amilin olmaması;....3.maliyyə sektorunda sağlamlaşdırma tədbirlərinin ləng getməsi, dövlət büdcəsi və büdcədən kənar fondları üzrə vəsaitlərin istifadəsində səmərəlilik suallarının həllini tapmaması, səmərəsiz xərclər, xərclər üzrə şəffaflığın azlığı;....4.bank sektorunun tənzimlənməsində çevikliyin olmaması (!!!), idarəetmənin institusional quruluşundakı çatışmazlıqlar - kim stimullaşdırmalıdır, yönəltməlidir bank kreditlərini real sektora AMB, yaxud Palata, cavabdehliyi kim daşıyır??? Və daşımırsa, nə üçün??? Banklar nə üçün kreditləşməyə meylli deyillər, vəsaitlər qiymətli kağızlarda, müxbir hesablarda və dövriyyə kassalrında saxlanılır??? Niyə müvafiq tənzimləyici təsirlər müəyyənləşmir???...5. nəhayət, ölkədən kapital axını (açıq və xəlvəti) - fundamental amillər sırasında deyil???....... Nəsə, həddən artıq optimist proqnozlar verirsiz, Allah xeyrə calasın...)))))))))

Son yazılar