"QAÇQINKOM"a YENİ SƏDR TƏYİN OLUNDU - FOTO

Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub. “Report” xəbər verir ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında imzaladığı sərəncama əsasən Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub.

Xatırladaq ki, bunadək Dövlət Komitəsinin sədri baş nazirin müavini Əli Həsənov olub.

Qeyd edək ki, Rövşən Rzayev Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü olub.

635x100

Şərhlər

Akif 2018-04-21 18:21:44

Yeni tərkibdə olan rəhbərlərin əksəriyyəti Naxçıvandandır.Əhaliyə çox da tanınmayan Rövşən Rzayev Heydər Əliyevin əvvəlki rəhbərliyi dövündə respublika nəqliyyat prokuroru işləmiş Şükür Rzayevin böyek oğludur. Onun qardaşı isə Bakı 1 saylı İnzibati-İqtisadi məhkəməsinin sədridir.Nazir təyin olunmuş digər Sahil Babayev də əslən Naxçıvanlı olmuş polis polkovniki Rafiq Babayevin oğludur.

Azad Qarabağlı 2018-04-21 18:21:44

Qarabağ azərbaycanlılarının haqlı hüquqlarının beynəlxalq iddiası üçün daha yaxın imkan-şans. Xərclərini də Qarabağ "icarələrinə verilmiş" ermənilərdən "samoqon" haqları ilə belə ödəmək olar.

NURəddin 2018-04-21 18:21:44

ƏGƏR BU ADAM MİLLİ MƏCLİSİN DEPUTATI OLUBSA MƏN ONDAN HEÇ BİR XEYİR GÖZLƏMİRƏM.ALƏM TÖKÜLÜŞÜB GƏLSƏ YENƏ DƏ MƏNDƏ BU KADRA QARŞI İNAM HİSSİ YARADA BİLMƏZ.ƏLA BİLİRƏM Kİ,BU GÜNÜN REALLIĞINDA DEPUTAT OLARAQ FƏALİYYƏT GÖSTƏRƏN KƏS HEÇ BİR HALDA TƏMİZ AMAL SAHİBİ OLA BİLMƏZ?AND İÇƏRƏM Kİ,BUNDAN QAÇINA-KÖÇKÜNƏ HEÇ1 XEYİR GƏLMƏYƏCƏK.MİLLİ MƏCLİSƏ ÜZV OLMAQ ÜÇÜN İDDİAÇIDA HANSI KEYFİYYƏTLƏRİN ZƏRURİ OLMASINI HAMIMIZ ƏLA BİLİRİK.BU DA MƏLUM GÖSTƏRİCİLƏRİN DAŞIYICILARINDANDIR.BAŞQA SÖZLƏ DESƏK,DEPUTATSANSA BƏLLİSƏN

Mirzə AĞ 2018-04-21 18:21:44

Əli Həsənovu cinayət məsuliyyətinə cəlb eləmək lazımdır!!!

G.M 2018-04-21 18:21:44

Qaçqınkom nəəəzir.Ə.Həsənov mallım satıb,sovurub.Qaçqın Rayonların İH Başçıları da qaçqınkomun gizli şərikləridir.

Son yazılar