“RUSİYA ARTIQ ERMƏNİSTANDAN ÇIXIR...” - Sabiq nazir

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Turan-ın "Çətin sual" proqramına müsahibəsində Ermənistanda siyasi böhran və son durumla bağlı danışıb.

- Ermənistandakı siyasi böhran ölkədəki daxili duruma necə təsir edəcək? Siyasi böhranın səbəbləri nədir?

- Əsas səbəblərdən biri kimi onu qeyd etmək lazımdır ki, artıq uzun müddətdir ki, Ermənistanın özündə "Qarabağ klanı" deyilən bir qruplaşma hakimiyyəti zəbt edib, əlində saxlayır. Özü də bunların həm daxili, həm də xarici siyasəti Ermənistan cəmiyyəti tərəfindən, ziyalılar tərəfindən qəbul olunmur. Çünki onlar bir növ Ermənistanda əyalət adamları kimi qəbul olunur. Onların siyasi davranışı, hətta siyasi davranışdan kənar olan bəzi hadisələr də Ermənistan cəmiyyətinin bu klana qarşı nifrətinin və qarşıdurmanın əsaslarını yaradıb. Hesab edirəm ki, indiki hadisələrin əsas kökü və əsas səbəbi budur. Bəzən deyirlər ki, əsas səbəb odur ki, Qərblə Rusiya arasında hansısa toqquşmalar var və guya Qərb Ermənistanı öz tərəfinə çəkmək istəyir və s. Mən bu fikrin tərəfdarı deyiləm. Ona görə ki, Qərbin orada nə maraqları ola bilər? Tramp administrasiyasının xarici siyasətdə əsas şüarlarından biri ondan ibarətdir ki, ABŞ digər ölkələrə öz maliyyə yardımını, ümumiyyətlə, təsirini azaltmaq niyyətindədir. Artıq bu siyasət həyata keçirilir. Yenidən Amerikanın çox uzaqda olan, heç bir geopolitik maraq kəsb etməyən bir ölkəni öz tərəfinə çəkib və bunun əsasında Rusiya ilə toqquşmaya təzə bir məkan açmasına həvəsi olmasına inanmıram. Qərb ölkələri hansısa ölkəni tam öz himayəsinə götürməyə hazır deyil.

- Rusiya rəsmilərinin Ermənistandakı siyasi böhrana reaksiyalarına münasibətiniz necədir? Ermənistanla Rusiya arasında münasibətlərdə yeni situasiyalar yarana bilərmi?

- Rusiyadan Ermənistanda baş verənlərə Gürcüstana, Ukraynaya nisbətən demək olar ki, çox sakit və çox təmkinli bir reaksiya verilir. Rusiyadan Ermənistana kiçik bir nümayəndə heyəti göndərilib. Müzakirələr onu göstərir ki, Rusiya parlamentinin ermənipərəst üzvləri gəlib müzakirə aparıb. Demək olar ki, Rusiya tərəfindən ciddi hansısa addımlar atılmır. Rusiyadakı yeni meyllər göstərir ki, Rusiya artıq bu ölkəyə (Ermənistan forfost deyilən ölkə kimi) marağını itirir. Artıq açıq şəkildə deyilir ki, Ermənistanın Rusiyanın müdafiəsi üçün heç bir hərbi əhəmiyyəti yoxdur. İqtisadi baxımdan bazar ildən-ilə azalır. Bu ölkənin əhalisinin sayı artıq 1,6 milyonadək azalıb. Bu baxımdan Ermənistan "qulpsuz çemodan" kimi görünür və Rusiya istəyir bu, "qulpsuz çemodan"dan azad olsun. Mənə elə gəlir ki, proseslər məhz bu istiqamətdə gedir. Qəribə bir reaksiyanı da yadınıza salmaq istəyirəm. Jirinovski deyib ki, bu, ciddi hadisələr deyil. Sadəcə olaraq ermənilər təzə kreditlər üçün şou qurublar. Təbii ki, Jirinovskinin hər bir fikrini dırnaq arasına almaq lazımdır. Amma hesab edirəm ki, onun bu şəkildə söyləməsi onu göstərir ki, Rusiya artıq Ermənistana öz marağını itirir.

- Ermənistanda yaranan siyasi böhran Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlara necə təsir edəcək?

- Hesab edirəm ki, bu, Qarabağ probleminə ciddi şəkildə təsir edəcək. Çünki mən dediyim kimi, Rusiya əgər Ermənistandan çəkilsə ermənilər gələcək danışıqlarda, ümumiyyətlə, proseslərdə öz imkanlarına əsaslanan bir siyasət yürütməlidirlər. Əgər bu, baş versə, deməli, real sülh mümkündür. Amma mən hesab edirəm ki, real sülh bəlkə də hansısa hərbi əməliyyatlardan sonra daha real görsənəcək. Çünki bu illər ərzində təbliğat nəticəsində ermənilər öz hərbi imkanlarını çox şişirdiblər və ictimaiyyətə göstəriblər ki, guya onlardan güclü bir ordu yoxdur. Doğrudur, aprel hadisələri onları bir az ayıltdı. Amma yetərincə olmadı. Çünki onlar axıracan öz mövqelərində qalırlar. Hesab edirəm ki, indiki böhran nəticəsində onlar daxilən çox zəifləyəcəklər. Bunun nəticəsi həm də Qarabağ probleminə təsirini göstərəcək.

- Azərbaycan mövcud durumdan necə istifadə etməlidir?

- Azərbaycan vəziyyəti diqqətlə nəzərdə saxlamalıdır və hər bir məsələyə hazır olmalıdır. Həm sülh danışıqlarına, həm də hərbi əməliyyatlara hazır olmalıdır. Hesab edirəm ki, bu siyasət artıq gündəmdədir və həyata keçirilir. Bəzən deyirlər, hərbi əməliyyatı tezləşdirmək lazımdır. Hər bir şeyin öz vaxtı var, vaxtında atılan addım daha qiymətli olur. Ələlxüsus da bu addım Qarabağ mövzusu ilə bağlıdırsa. Hərbi əməliyyatlar həmişə çox ağır təsiredici bir siyasətdir və istisna etmirəm ki, bu barədə qərar qəbul etmək çox çətin bir məsələdir. Amma ermənilər bizə ayrı bir yol saxlamasa, deməli, bu addımı da atmalıyıq.

635x100

Şərhlər

Bəhram Qarabağlı 2018-05-01 19:30:44

Nadir bə təcrübəli NAZİRdən dogru şərhi verib. Bakı biganə kimi susub geniş müharibədən müdafiəə hazırlaşması daha doru olardı? 366 kimi Gümrü, Erebuni hərbi sursaının da enik-daşnaq ordusunun əlinə keçmə ehimalı 99%-dir!. Aşkar hərbi əhlükə qarşısında enə müsəqil Azərbacan onsuz da hüquqlarından məhrum əhalsinin təhlükə qarşısında oldugunu bəyan emir? Kənar hərbi qüvvələr ərsinə gedir sanki, bu dəfə münaqişəni Ermənisan başlaacaq və Bakı da onu udacaq! .....

Tahir Qasımov 2018-05-01 19:30:44

V.Quluzadənin vəfatından sonra Tofiqin ritmi dəyişib.Əslində bunun uzun illərdir verdiyi proqnozlarin məcmusunda mücərrədlikdən ortada başqa heç nə yoxdur.İndiki "proqnozu" isə Elza Seyidcananın serləri kimi gündəmdə qalmaq üçünə bənzəyir.Necə yəni Rusiya 100 illərdir sadiq qaldıgı siyasətdən bu gün heç nədən əl çəkir?Halbu ki bu siyasət məhz bu gün ona əvvəlkindən daha çox lazımdır.Tofiq əfəndi dözmüşdün axıra qədər davam edərdin.Baxarıq Rusiya Ermənistndan çıxıb gedir yoxsa daha da möhkəmlənir.

oxucu 2018-05-01 19:30:44

Bezi memurların, BOYUK SELAHIYYETLERI VARDIR, bunlara, Putin HIMAYEDARLIQ EDIR ve MUKAFATLANDIRIR, bu memurlar, ZENGIN VAR-DOVLET SAHIBIDIRLER... Daqliq Qarabaq munaqishesi, hem Putin uchun ve hemchinin bu memurlar uchun GELIR MENBEYIDI..........

Nadir 2018-05-01 19:30:44

Bismillahir-Rəhmanir-Rəhim. Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov tam razı deyirəm.Mən Sizin yaddınıza bir hadisəni salım.SSSR dağilanda Ermənistan qəti sürətdə MDB-yə girməkdən imtina etdilər.Biz də MDB-ə girməkdən imtina etdik.Nəticədə nə oldu?Biz imtina etdikdən sonra onlar, ağ atda MDB-ə girdilər. İndi nə ola bilər? Biz ABŞ və Avropadn aralı dayanırıq.Onlar yenədə bizdən qabaq ABŞ və Avropaya daxil olacaqlar. Biz yenədə həmişəki kimi gecikgəyik.Nəticədə onlar 1-ci olacaqlar.Biz onlardan sonra bu işləri görəcəyik və onda da ögəy evlad olacağıq. Onların ipinin üstünə odun yığılası deyil.

G.M 2018-05-01 19:30:44

Ermənilərin Qarabağ qələbəsində ,Ermənistanın ancaq siyasi rolu olub.Qarabağı rusiya işğal edib.Bunu bütün ermənistan Diasporası da yaxşı bilir.Rusiya bazarlarında azərbaycanlılar..Rusiya siyasi həyatında ermənilər ``söz sahibidirlər``.Və bütün zamanlarda bu proses dəyişməz qalacaq.Rusiya bazrlarındakı ``vorzakonlarımıza`` da nəzarət ermənilərin istəyinə uyğun aparılır.Rusların ermənistandan çıxması inandırıcı ola bilməz.Sadəcə bu oyunlarla ermənilər Dünyanın yeni siyasi``xəritəsində`` mövqe tuturlar

Koxa 2018-05-01 19:30:44

Tofik müellim bes biz nevaxt putinin azerbaycandakı adamlarından canmızı qutaracagıq bular köhne bolşevikdiler

ayzek 2018-05-01 19:30:44

azərbaycan hücuma keçsin...

Sakit-ə 2018-05-01 19:30:44

Bizdəki məmurar soyğunçuluqla,var-dövlət toplamaqla,xaricdə mülk,obyekt almaqla,harınlıq,özbaşınalıq,korrupsiya,rüşvət və bu kimi işlərlə məşğuldurlar.Bunlarda və hətta onların gənclərində vətənpərvərlik,millilik hissi görünmür və ümumiyyətlə hiss olunmur.Ona görə millətə Allah kömək olsun......

Junior diplomat 2018-05-01 19:30:44

Paşinyanın PM (Prime Minister) xəyalı və planı iflasa uğramağa məhkumdur. Putinin təbrik etdiyi Sarkisyanın baş nazirliyinə xoşagəlməz sürpriz edən 7 mandata sahib fraksiya liderinə "Şimal ayısı"nın da özünəməxsus sürpriz bir cavabı olacaq. Siyasi krizisi fürsətə çevirmək istəyən Tsarukyan yanlış cəbhədə mövqe tutdu. ERP Paşinyana məclisdə majoritar səs şansını verməyəcək və bununla da 2 aylıq bir vaxt qazanacaq. Bu yay çox qızmar keçəcək.

t.ədalət 2018-05-01 19:30:44

Tofiq müəllim,ermənistanın eünerji sahələri,dövlət əhəmiyyətli digər obyektləri rus oliqarxları tərəfindən alınıb və özəlləşdirilib.ermənistan,artıq rusiya ərazisidir.Belə olan halda rus qoşunları ermənistandan çıxa bilərmi?

Laçın Qarтalı 2018-05-01 19:30:44

Kreml, İraq süquт eтməmiş Уezidlə Nefт müqaviləsinə və Suriуауa can aтdıgı halda, necə "Ermənisтanı тərk edir!", demək olar? Xarici siуasəтimiz beləcə 24 il "başımıza тorba salıb" gəzdiуi üçün Qarabag həllinə irəliləуiş уoxdur. Haу dalgası horizonda Gümrü və Erebunini də 366 kimi ələ keçirib üsdümüzə hücum gəlmək əzmindədir! Kreml və dünуa aləmindən büтün xarici hərbi qüvvələrin krediтə verilmiş silahlarla Ermənisтan və Qarabag ərazilərindən тəcili çıxarılmasını тələb eтmək lazımdır.

o.b.n 2018-05-01 19:30:44

Tofiq bəy rusya Hüseyinqulu xanla 4-illik muhaibədə 25 min əsgər itirib və İravan xanliğın ələ keçirib.Uzun illər ərzində milli tərkibi tamamı ilə dəyişib necə deyərlər torpaqsiz xalq,Xalqsiz torpaq.O heç vaxt İravani haylara təmmanasiz hədiyyə etməz.Yaxşı halda RFSınin tərkibinə muxtar vilayət kimi daxil edər Kalinqrad kimi.

Sakit 2018-05-01 19:30:44

ermənilər öz mofyoz klanını qovdu.... Axı bizdəki klanlar onlardan qat-qat aqresivdirlər.

Son yazılar