İCRA BAŞÇISI ŞƏHİDİN RUHUNA SÖYÜB - Qarovulçunun burnunu sındırıb + VİDEO

Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev bir neçə gün əvvəl rayonda yeni tikilməkdə olan Olimpiya İdman Kompleksinin qarovulçusu Rahil Əliyevi şəxsən döyüb, burnunu sındırıb və ona ağır söyüşlər yağdırıb. Virtualaz.org xəbər verir ki, icra başçısının döydüyü Rahil Əliyev başına gələnləri sosial şəbəkələrdə yayılmış videoyazıda danışır.

Onun sözlərinə görə qarovulçuluq etdiyi tikinti sahəsində üç dəmir konstruksiyanın guya oğurlandığı haqda icra başçısına xəbər çatıb. Əslində isə həmin konstruksiyaları tikintini aparan şirkət özü təmir etdirmək üçün Bakıya, zavoda geri qaytarmışdı.

Rahil Əliyev deyir ki, icra başçısı polisin müşaiyəti ilə gözlənilmədən tikinti ərazisinə gəlib. Bu zaman icra başçısı bərk sərxoş vəziyyətdə olub və hətta ayaq üstə güclə durumuş.

Rayon başçısı qarovulçunu ağır söyüşlərlə söyüb təhqir etməyə başlayıb, ondan dəmir konstruksiyaların hara yoxa çıxdığını soruşub. Qarovulçunu oğru adlandırıb və onu “dama basdıracağını” deyib. Rahil Əliyev icra başçısına izah etməyə çalışıb ki, dəmir konstruksiyaları heç kim oğurlamayıb, onları şirkət özü təmir üçün Bakıya aparıb və qaytarıb geri gətirəcək.

“Ancaq o məni eşitmək istəmədi, başladı qışqırmağa. Özümü, valideyinlərimi pis söyüşlərlə söydü. Dedim xahiş edirəm söymə, mənim şəhidim var. Buna da məhəl qoymadı, bu dəfə şəhidimin ruhunu ağır söyüşlərlə təhqir etdi...”-Rahil Əliyev danışır.

Zərərçəkənin dediyinə görə icra başçısı qəfildən onun sifətinə zərbələr endirməyə başlayıb, burnunu sındırıb. Bu vaxt Rahil Əliyevin qardaşı onu icra başçısının əlindən almağa çalışıb. Amma müvəffəq ola bilməyib. Vaqif Abdullayev tərəfindən döyülən qarovulçu bir litr yarım qan itirib. O deyir ki, hətta işə Bakıdan idman və gənclər naziri qarışıb, icra başçısına telefonla deyib ki, dəmir konstruksiyalar oğurlanmayıb və şirkət tərəfindən təmirə aparılıb. Lakin icra başçısı buna da məhəl qoymayıb.

İcra başçısı qarovulçunu döyəndən bir gün sonra şirkət Bakıdan dəmir konstruksiyaları qaytarıb. Rahil Əliyev qardaşı ilə birlikdə daha sonra polisə aparılıb, orada icra başçısı bu dəfə mobil telefonunu Əliyevin qardaşının başına çırpmaq istəyib. Amma telefon hədəfə dəyməyib və yerə dəyərək parçalanıb.

“Məni döysəydi, söysəydi, bunu bağışlayardım. Amma şəhidimə, Elçin Gəray oğlunu söydüyünə görə onu bağışlamayacam”-Rahil Əliyev deyir.

-

635x100

Şərhlər

Amon 2018-05-01 20:05:11

Nese inandirici gelmir deyesen qardas yalan danisir

emil 2018-05-01 20:05:11

Alä Sähidim var demä! Götür ... Vässalam! Rähmätlik SÄHIDIN adinnan istifadä etmäk kisi häräkäti deyil!

Aslan Kənan 2018-05-01 20:05:11

Bu yazını həyəcansız oxuya bilmədim. Doğurdanmı, bölgələrdə "kiçik padşahlar" bu qədər qudurub ki, şəhid ailəsinə, özü də günahsız bir şəxsi döyüb və təhqir etməkdən belə çəkinməyib. Dünya dərəbəylik deyil. Vaxt olar hörmətli Prezidentimiz bu haqsızlığa reaksiya göstərər, bu özbaşına məmurun dərsini verər.

Millet 2018-05-01 20:05:11

Bele icra başcısının boynu yere soxum ...

azad 2018-05-01 20:05:11

rayonlarda olan şahları hamsını ləğv etmək lazımdır bununla büdcəmizə ildə 80 milyard ğəjir ğətirmək olar.onsuzda bunlar rayon camaatı ücün bir iş ğörən deyil.

Lətif 2018-05-01 20:05:11

Ehtimaldır ki.bu başçı bur çoxları kimi ad-soyadını dəyişmiş ....yoxsa o şəhidi söyməzdi.

ayzek 2018-05-01 20:05:11

ölmək ölməkdi,xırıldamaq nə deməkdi?

Vasif Vəliyev 2018-05-01 20:05:11

İcra başçıları üzərində nəzarətin olmaması onları harınlığa,qudurğanlığa gətirib çıxarıb.Sanki bu adamıar haradansa ( əsasən bir bölgə adamlarıdır) tapılır və yerli camaata qənim kəsilirlər,payonda əsl soyğunçuluq edir,Heç kimlə hesablaşmır,büdcə ayırmalarının atasını yandırırlar.Biznesmen və ya iri sahibkarı çağırıb onlara büdcə hesabına görüləcək işləri öz hesablarına görməyə məcbur edir.büdcə ayırmalarını isə mənimsəyirlər.Belə hal bütün rayonlard var.Oqanlar isə İB-nın qanunsuz əməllərini dəstəkləyirlər

t.ədalət 2018-05-01 20:05:11

Məmur qudurğanlığı xalqdan öncə hakimiyyətə qarşı bir üsyandır!

X 2018-05-01 20:05:11

ELLEINE VEZIF ALTLARINA KRESLO KECENDE HEC ALLAHI TANIMIRLAR O KI QALA YAZIQ KASIBA GOZNUZDN GELSN BUCDEDEN AYRLAN YERINE TAM CATMAYAN PULAR ALLH HARAM RUSVET YEYENLERE MIN LENET ELESIN HARAM YEYEN QUDURAR

Asim 2018-05-01 20:05:11

YAP-n məmuru bundan artıq olmayacaq.Şəxsən mənim səlahiyyətim olsa idi, onları........

sual 2018-05-01 20:05:11

vaqif muəllim o tərbiyənin sahibi dəyil. elə olsaydi onu rayonda bir gun belə qalmasina imkan verməzdilər. bu qədər şər olurmu?

aysberq 2018-05-01 20:05:11

Bax budur Azərbaycanın reallığı. Rayonların "xanları" bilirlər ki, onlara heç kim bir söz deməyəcəkdir. Çünki arxalı köpək qurd basar. İcra başçıları - "yerli xanlar" üçün müqəddəs heç nə yoxdur. Oralarda camaatı soyub talayıb bura ötürürlər və bir az da arxayınlaşırlar. Bu əsl cəzasızlıq prezumpsiyasıdır. Burda mənəm, Bağdadda kor xəlifə və .... onları qoruyurlar....Sabir demişkən: Millət necə tarac olur-olsun nə işim var.

Traktorçu Lələş 2018-05-01 20:05:11

A balqa, a başcı camahatnan işin olmasın, sənin nə haqqın var ki, insanlara zülm edəsən. Yeraz olanda nolar ki?

Son yazılar