NAZİR DÖVRİYYƏSİNİ AZ GÖSTƏRƏN SAHİBKARLARI HƏDƏLƏDİ - "Kimsə deyirsə ki, tuta bilirsinizsə, tutun..."

"Bu gün Azərbaycanda 180 min sadələşdirilmiş vergi ödəyicisi var. Onların təqdim etdiyi vergi bəyannamələrindən görünür ki, cəmi 5 mininin dövriyyəsi 100-200 min manat arasındadır. Qalan 175 min sahibkarın dövriyyəsi isə 100 min manatdan azdır". “Report” xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov ötən gün Azərbaycan sahibkarları ilə görüşündə deyib.

O, bu barədə sadələşdirilmiş vergi ödəyicilərinin əlavə dəyər vergisinə (ƏDV) də cəlb olunması ilə bağlı müəyyən edilmiş dövriyyə limitinin 200 min manatdan 500 min manata çatdırılması barədə təklifə münasibət bildirərkən danışıb.

"Əgər siz təklif etdiyiniz kimi, limiti 200 min manatdan 500 min manata qaldırsaq, bu, sadələşdirilmiş vergi ödəyicilərinin cəmi 3%-nin iqtisadi maraqlarına xidmət edir. Çünki 97%-lik hissə 100 min manatdan az dövriyyə bəyan edir", - nazir qeyd edib.

M.Cabbarovun sözlərinə görə, sadələşdirilmiş vergi sistem bəzi sahibkarlar üçün dövriyyəni azaltmaq üçün alətə çevrilib: "Çox təəssüf ki, sadələşdirilmiş vergi sistemi son illər məhz dövriyyəni azaltmaq və özünü kiçik biznesmen adlandırmaq üçün bir alət olub".

Bundan başqa, nazir bildirib ki, bir sıra dükanlarda kassa aparatlarına müdaxilə olunur və dövriyyə göstəricisi azaldılır: "Onlar bizə göstərir ki, dövriyyələri 180 min manatdır və bizim 4%-lik vergi öhdəliyimiz var. Mən də deyirəm ki, bu, anormaldır, biz bu yolla getməməliyik. Bu, inkişaf yolu deyil. Biz bir şeyi anlamalıyıq ki, vergi dövriyyəsini azaltmaq prinsip etibarı ilə vergi cinayətidir. Gəlin gizlən-qaç əvəzinə başqa, hansısa bir komanda oyunu oynayaq".

Mikayıl Cabbarov deyib ki, sahibkarların indiyədək vərdiş etdikləri iş üslubunu dəyişməsinin asan olmadığını nəzərə alır və bunun üçün 2018-ci ili yeni reallıqlara, yəni vergi şəffaflığının təmin olunmasına uyğunlaşmaq üçün “keçid ili” hesab edir.

"Başa düşürük ki, oturuşmuş biznes təcrübəsini, iş üsulunu bir günə dəyişmək mümkün deyil. Yəni hər bir müəssisəyə adaptasiya üçün vaxt lazımdır. Buna görə də açıq şəkildə deyirik ki, 2018-ci ilə keçid ili kimi baxmağa hazırıq. Amma bu keçid prosesi həqiqətən olmalıdır"-nazir deyib.

Mikayıl Cabbarovun sözlərinə görə, bu şansdan istifadə etməyən vergi ödəyicilərinə qarşı qanunun tələbinə uyğun tədbirlər görüləcək: "Vergi ödəyicisi deyə bilər ki, bəli, bu yolla getməyə hazırıq, siz bizə bu yolla getməyin yolunu göstərin və zəmanət verin ki, məni aldatmayacaqsınız. Biz bu sualları cavablandırmalıyıq. Amma vergi ödəyicisi həm də deyə bilər ki, siz danışdığınızı danışın, biz davranışımızı təkrar edirik, tuta bilirsinizsə, tutun. Bu da seçimdir. Fərq ondan ibarətdir ki, 2-ci qrupla danışmaq mənim və həmkarlarım üçün vaxt itkisidir. Əgər biznesmen bu seçimi adaptasiya ilə müqayisədə aşağı riskli hesab edirsə və deyirsə ki, mən dəyişməyəcəm, istədiyim kimi işləyəcəyəm, biz onu nəyəsə məcbur edə bilmirik. Amma nə vaxtsa qarşılaşacağıq. Bu zaman onunla fərdi qaydada vergi öhdəliyi və qanunvericiliyin tələbi barədə danışacağıq. Çünki qanun var”.

Nazir həmçinin deyib ki, vergi ödəyicilərinin fəaliyyətlərindəki çətinliklərin bir qismi qanunvericilik və inzibatçılıqla bağlıdır: “Biz vergi ödəyicilərinin müəyyən problemlərinin olduğunu bilirik və qəbul edirik ki, bu problemlərin müəyyən hissəsi inzibatçılıqdan, müəyyən hissəsi isə qanunvericilikdən irəli gəlir. Çətinlik həm də ondadır ki, hansısa sahədə fəaliyyət göstərən bütün şirkətlər eyni cür işləyir. Kimsə qanuna uyğun işləyən yeganə sahibkardırsa, onda gərək biznesini bağlasın. Bunu nəzərə alaraq Nazirlik ilk öncə holdinqlərə müraciət etdi. Çünkü holdinqlər iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun kifayət qədər böyük hissəsidir və ilkin mərhələdə onlarla bu müzakirələri aparıb böyük bir təbəqəni əhatə etmiş olarıq".

635x100

Şərhlər

vergi ödəyicisi 2018-05-04 17:52:42

Eeee Hamam hamam içində,xəlbir saman içində,dəvə dəlləklik edər köhnə mamam içində.Vergi sistemi kökündən təmizlənməlidir.yoxsa boş şeydir hamı.

NIYYET 2018-05-04 17:52:42

OT PERESTANOVKI MEST SLAGAYEMIX , SUMMA NE MENYAYETSYA !!!!!!!!!!! bunlar slagayemiye elementlerdir. SUMMA ISE EYNI GAYDADA GALIR)))))far

sevda agakiwiyeva 2018-05-04 17:52:42

tuturdular eeee niye tutmurdular,gundelik dovriyyesi 100-290-50-manat olan bakuw satanlari ,akullari tutmaq olar?kicik sahibkarligin evin yixdilar...indi bilmirem gedenin dedesine rehmet oxuyacaqlar yaaaaa......

Vekil 2018-05-04 17:52:42

Axi marketlerde qepik axtarmaq uzunqulagin nalin sokmek kimidir bes deyirdiz sahibkarlara komek edilecek neoldu? Indi xalqi hebsle hedeleyirler

İLHAM 2018-05-04 17:52:42

MİKAYİL CABAROVUN NƏ QƏDƏRKİ KABİNETİNİN YANİNDA OLKƏ SAHİBKARLARİNA UZUN İLLƏR QANUNSUZ PUL TƏLƏB EDİB, OZUNƏ MİLYONLAR QAZANAN ... MƏMMƏDOV OTURURSA, VERGİLƏR NAZİRLİYİ HEC NƏYƏ NAİL OLMAYACAQ. CUNKİ ƏKSƏR İRİ VERGİ ODƏYİCİSİ ONUN NƏZARƏTİ ALTİNDADİ. ..

t.ədalət 2018-05-04 17:52:42

Sadələşdirilmiş vergi üsulu ilə işləyənlər yiyəsiz və imkansız sahibkarlardır.Siz nəhəng oğrularla mübarizə aparın.Məsələn,SOCAR,Xəzər Gəmiçiliyi,Azərsu,dəmir yolu və s.kimi istehsal və xidmət sahələrindəki ogurluq,maliyyə üzərində nəzarətsizlik yoxlanılmalıdır.Kimsə sutkada on ədəd çörək bişirib satırsa,orda oğru axtarmaq səfehlik kimi bir şeydir..

ARZU 2018-05-04 17:52:42

UMUMİ ANLADİQ. KONKRET ZAMAN VE YENİ İW PRİNSİBİ. 2018 KECİD İLİ SUPER .SAHİBKARA KOMEK LAZİM BAZAR 0. MEBEL MAWİN QİZİL VES YOX SOS KOMEK LAZİM DESTEK YOHSA HEDE QORXU VERGİ OLMUR .AMNİSTYA LAZİM VERGİYE. HAMİNİ VERGİ VERMEK MEDNİYYETİNE DEVET EDİRİK AMMA VAXT VE SADE VERGİ SİSTEMİ.USD 1,3 -1,5 OLSA SUPER ALVER OLAR.BİZ VETENİ SEVİRİK VERGİ VERMEYİDE SEVECİK CUNKİ BUNLARSİZ OLMUR VAXT VERİN İNSANLAR İWİNİ DÜZELTSİN

ilham 2018-05-04 17:52:42

ilham by mən sizin sozunuzə əılavə edim adini cəkdiyiniz vergi generalinin qayni butun verginin elektron bazasinsa oturun ismayil kamran oxlu. bu səxs vvergunun elektron bazasinu daxudur habil mamededovun gosderisine esasən. yoxlayun.

aysberq 2018-05-04 17:52:42

Ey Mikola, xahiş edirik çox iri doğramayın. İri məbləğlər iri balinalardadır. Sən də o balinalara girişə bilməzsən. Ona görə də elə üzdən vur keç. Sən o iki qruplaşmaya heç mık da edə bilməzsən. Ona görə də, urus demişkən davayte ne budem.

SİNQAPUR MÖCÜZƏSİ 2018-05-04 17:52:42

Davamı....Ölkə avtoritar ölkələr sırasındadır, lakin ölkə vətəndaşına hörmət, təhsil və səhiyyənin inkişafı əsas prioritetdir, dövlət siyasətində

SİNQAPUR MÖCÜZƏSİ 2018-05-04 17:52:42

Davamı......60-70-ci illər Sinqapur işləmək və gəlir əldə etmək istəyən ucuz işçi qüvvəsinə və sərt nəzarət şəraitinə malik olan ölkə idi. Korrupsiyanın aradan qaldırılması ilə ölkəyə xarici investisiyalar axmağa başladı və sadə “made in Singapore” elektron avadanlıqların istehsalı başlandı və sürətlə inkişaf etməyə başladı. Təbii ki, istehsalın artımı ilə ölkəyə valyuta axını başladı. Ölkədə işçi qüvvəsinin peşə səviyyəsi yüksəldikcə sadə istehsal qonşu ölkələrə (Tayvan) ötürüldü, törəmə müəssisələr şəklində. Sinqapur mürəkkəb istehsal sahələri – mikrobiologiya, energetika, elektron sisyemlərin layihələnməsi, dərmən istehsalı və s. inkişaf etməyə başladı. Bir nəslin timsalında əhalini həyat səviyyəsində əhəmiyyətli dəyişikliklər müəyyənləşdi. Sinqapurda hal-hazırda dünya üzrə ən yüksək orta əmək haqqına malikdir.

SİNQAPUR MÖCÜZƏSİ 2018-05-04 17:52:42

Davamı:......Hakimiyyətə gələn zaman ölkənin yeganə varidatı – ortabab dəniz limanı idi. Yeganə çıxış yolu ölkədə istehsalın inkişaf etdirilməsi idi. Daxili maliyyə resursları praktiki olaraq yox idi, xarici investisiya isə yüksək korrupsiya səbəbəindən ölkəyə daxil olmurdu. İlk addım kimi baş nazir ölkədə korrupsiyanın, türklər demiş, kökünü qurutmaq oldu, bütün sahələrdə, istisnasız - təhsil səhiyyə, dövlət idarəçiliyi və s. Bunun üçün ilk növbədə, bütün səlahiyyətləri əlində cəmləyən, müstəqil KORRUPSİYAYA QARŞI mübarizə bürosu yaradıldı. Hamıya qarşı eyni tələblər. Büro tərəfindən hətta baş nazirin həyat yoldaşı və oğluna qarşı cinayət işi qaldırılmışdı (onlara qanunsuz güzəştlər edildiyinə görə). Mübarizədə əsas məntiq ondan ibarət idiki, korrupsiya bütün sahələrdə fəaliyyətə dağıdıcı təsir göstərir, sosial ədaləti aradan qaldırır, dövlət idarəçiliyinin səmərəliliyini heçə endirir.

SİNQAPUR MÖCÜZƏSİ 2018-05-04 17:52:42

Sinqapurun baş naziri (Li Kvan Yu) 1959-cu ildə hakimiyyətə gələndə ölkədə adambaşına ÜDM 400 doll. təşkil edirdi, 1990-cı ildə o, hakimiyyətdən gedəndə artıq bu rəqəm 12200 doll. çatmışdı. Bu adamSinqapuru Cənubi-Şərqi Asiyanın iri maliyyə mərkəzinə çevirə bildi.Necə

Oğru 2018-05-04 17:52:42

Bu nazir "çto qde koqda" oyunundan gəlib, hər şeyə oyun kimi baxır.Qardaş, idxal gömrükdən keçir, maya dəyəri, sair xərclər məlum olur.Satış qiyməti, ticarət əlavəsi nəzərdən keçirilir, o an bilinir ki sahibkar aldadır ya yox.Ticarət əlavəsi də müxtəlifdir, 10% də ola bilər 50% də.Kassada tutulmayıbsa heç bir irad ola bilməz.Proqnoz qiyməti Fazilin mafiyası düşünmüşdü. Nə isə, qapıları möhkəm tut ki oğru axtarmayasan cənab nazir, oyun nədir.

aslan 2018-05-04 17:52:42

Hormetli Mikayil m .Siz bir evvelce girin magazaya ve ya restorana deyin mene kassa ceki ver ve ya pos terminala odenishi qebul et .Deyecekler ya Vergidensen ya da Polisden .Ilk once Vergide Qohumculuga ata ogul qardash xala oglu ele adamlar var ki demek olar ki butun nesli vergide ishleyir evvelce bir onlara son verin ondan sonra Qachdi tutdu oyunu oynayarsiz .Bir de en esasi Vergi terefinden verilmish kassa aparatlarini hele veren sirketin ischilere geriye oxutdurur.

Son yazılar