NAZİR İCRA BAŞÇISININ XALASI OĞLUNU İŞDƏN ÇIXARDI - Foto

Kənd təsərrüfatı naziri İnam Kərimov rəhbərlik etdiyi nazirliyin tabeliyində olan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktorunu da vəzifədən azad edib.

Mia.az xəbər verir ki, nazirin imzaladığı əmrlə adıçəkilən mərkəzin baş direktoru, professor Rəsul Balayev dünən vəzifəsindən çıxarılıb.

Fakt mərkəzdən verilən açıqlamada təsdiqlənib. Bildirilib ki, Rəsul Balayevin yerinə artıq təyinat da olub.

Belə ki, həmin mərkəzin Baş direktoru vəzifəsinə Azərbaycan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Ələddin Eyvazov təyin edilib.

Onu da qeyd edək ki, Rəsul Balayev İsmayıllı rayonunun icra başçısı Mirdamət Sadıqovun xalası oğludur.

635x100

Şərhlər

Sus 2018-05-12 16:56:07

Baho respublikada əməllibaşlı "islahat" gedir.Biri gedir,o biri gəlir-bunun xalqa heç bir xeyri yoxdur.....

əli 2018-05-12 16:56:07

həqiqətən də xalası oğludursa gəlsın minsin boynumuza

Vekil 2018-05-12 16:56:07

Onlar bos islerdi o cixdi bu geldi esas is su meliorasiyasini kend teserufati nazirliyine birlesdirmekdir bu olmasa kend teserufati nazirliyi isliye bilmez biri basdir o biri beden bunlar nece ayri qurum ola biler?

G.M 2018-05-12 16:56:07

Azərbaycanda vəzifələrinicra müddəti dəqiq bilinmədiyindən..kimin əlinə fürsət düşsə,çalışır ki,vəzifəsindən tam yararlansın.

Son yazılar