BAYTARLIQ XİDMƏTİNİN RƏİSİ "VURULDU" - İnam Kərimov sərəncam imzalayıb

Kənd təsərrüfatı naziri İnam Kərimov, gözlənildiyi kimi, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisini işdən azad edib. "Report" xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri İman Kərimov sərəncam imzalayıb.

Sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov tutduğu vəzifədən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.

Yada salaq ki, İnam Kərimov nazir təyin olunandan az sonra Baytarlıq Xidmətini yoxlatdırmış, nəticədə xidmətin fəaliyyətində çox ciddi korrupsiya faktları üzə çıxmışdı. Bu səbəbdən A.Süleymanovun vəzifəsindən azad olunacağı gözlənilirdi.

V.Nəsibov

635x100

Şərhlər

ramiz-ehmedaqali kend camaati adindan 2018-05-28 19:32:22

cenab nazir aqdam pambiq menteqecinin mudiri habil abbasov ehmedaqali kend belediyyesinin sedri olanda 50 hektar torpaq zebt edib indi de ot presi satdirir. ehali ondan torpaqini ala bilmir. bu adam ehalini hakimiyyete qarsi qaldirmaqla mesquldur. eger ona qanunla heddinin bildiren olmazsa camaat ayaqa qalxacaq-xahis edirik siz kend sakinlerine komek edin.

məmməd 2018-05-28 19:32:22

Cənab Nazir bütün rayonların Baytarlıq idarələrinin müdirləri işdən azad olunmalıdır,çünki onlar yalnız özləri üçün işləyib ,misli görünməmiş var-dövlət əldə ediblər.Baytarlıq idarəsinin müdirləri yoxlanmadan ətlərə möhürlərini vurmaqla öz işlərini bitmiş hesab etmişlər,onlara pul olsun.Onların xidmətləri yoxlanılmalı,qanunsuz yolla əldə etdikləri milyonlar əllərindən alınmalıdır,çünki var-dövlətləri gələcək dövlətçiliyimiz üçün təhlükə mənbəyidirlər.

Gullu dere 2018-05-28 19:32:22

Pahooo sensasyon xeber!!!!! Inam Kerimov geldiyi gunden etibaren hamini ishden azad etmekle mesquldu. Asan xidmetden geler teyinat. Shexsiyyet vesiqesi verilmir KEND teserrufatinda

emil 2018-05-28 19:32:22

Bäs bu häps olunmuyacag ? Pis deyil. Ölkäni viran günä goyurlar, biri gedir obirisi gälir.Taxtabiti kimi darasib milletin ganini sovururlar.Amma buna görä hec kim cinayät mäsuliyyätinä cälb olunmur. Ziya määmädov kef edir........ Ey häyat sän nä gäribäsän

********* 2018-05-28 19:32:22

Görəsən Bakıda vurğu və durğu işarələrinin düzgün istifadəsini hələdə bilməyənlər üçün kurslar var???

G.M 2018-05-28 19:32:22

Vasmoyun Bazarında satılan mənşəyi məlum olmayan ətin də qiyməti ``kəllə-çarxa`` qalxacaq.Kaş ki,bu islahatlar ancaq görüntü yaradmağa xidmət eləməsin

Son yazılar