“Bakıya nə vaxt dönəcəyim həkimlərin rəyindən asılıdır”

Bir ildən çoxdur leykozdan müalicə olunan jurnalist Nicat Dağlar bu yaxınlarda müayinə olunmaq üçün yenidən Almaniyaya, Bad Vildungen şəhərinin Hematologiya Klinikasına gedib.

İyulun 21-də “Media forum” saytına açıqlamasında Nicat Dağlar deyib ki, müayinələri başa çatmaq üzrədir: “Bu dəfə müayinələrim daha dərindən aparıldı. Çox güman, günün sonuna qədər nəticələr məlum olacaq. Ümid edirəm ki, bu dəfə də arzuladığımız cavabı alacağıq. Şükürlər olsun, özümü yaxşı hiss edirəm. Bakıya nə vaxt dönəcəyim həkimlərin rəyindən asılıdır. Bir məqamı da qeyd edim, Azərbaycan dövləti mənim tamamilə sağalmağım üçün lazım olan dəstəyi əsirgəmir. İnanın, ən xırda məqamı belə nəzərdən qaçırmırlar. Çox sağ olsunlar”.

Nicat Dağların müalicəsi prezident İlham Əliyevin göstərişi ilə dövlət hesabına aparılır. O, ilk dəfə Almaniyaya ötən ilin iyun aynda yollanıb, bu müddət ərzində üç dəfə Bad Vildungen şəhərinin Hematologiya Klinikasında müalicə və müayinə prosedurlarından keçib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar