TƏHSİL EKSPERTİNDƏN AQİL ABBASA CAVAB - “Bunun  banisi gedib oturub…”

Dərc olunub: 13/06/2018 - 09:31

etibar-eliyevMilli Məclisin dünən keçirilən növbədənkənar plenar iclasında “Təhsil haqqında”qanuna dəyişikliyin müzakirəsi zamanl deputat Aqil Abbas Təhsil Nazirliyinin fəaliyyətilə bağlı bir sıra tənqidi fikirlər səsləndirib. Deputat ali məktəblərdə Boloniya sisteminini tətbiqinin,  orta məktəblərdə isə dərslərin 15 iyuna qədər uzadılmasının doğru olmadığını, bu qərarların əks-effekt verdiyini bildirib. Eyni zamanda 1-ci sinifə gedən uşaqların çantasının çəkisinin 7 kq-a çatmasına görə də Təhsil Nazirliyini ittiham edib.  Aqil Abbas deyib ki, əvvəllər dərslər sentyabrın 1- i başlayıb, mayın axırında bitirdi: “Bu da cəhənnəmə olsun. Dərslərin 15 iyunda başa çatması nə deməkdi? Məktəbdə bu uşaqları niyə süründürürlər? Bu nə deməkdir? İsa müəllim (İsa Həbibbəyli-red) bundan danışın e. Bu gün hər kəs deyir ki, 1-ci sinifə gedən uşağın çantasının çəkisi 7 kq-dır. Ştanqist yetişdirirlər? 15 sentyabrı başa düşdük. 15 iyun nə deməkdir? Çox xahiş edirəm ki, bu məsələni qaldırsınlar. Bir də bu 7 kq-lıq çanta məsələsinə baxılsın.

“AzPolitika.info” deputatın bu açıqlamaları ilə bağlı təhsil ekspeti, “XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin  münasibətini öyrənib. Məsələyə  Etibar Əliyevin cavabı orijinal olub:  

aqilabbas3“Deputat Aqil Abbas dərslərin 15 gün uzadılmasına etiraz etməklə Mirzə Ələkbər Sabiri yadımıza salıb. Sağ olsun… “Oxutmuram, əl çəkin!” dövrünə qayıdırıq! Zamanı ifadə edə bilmək istedadı təkcə poeziya və mətn yaratmır, dövrün ictimai məziyyətlərini elə ustalıqla rəsmə çevirir ki, zamandan daş kimi asılanlar da öz əməllərinin mahiyyətini görə bilir. Sabirin satirası əslində zamanın rəsmidir, matın qurumuş kimi tamaşa edirsən, heyrətin susmur. Biz kimik, kim olmuşuq, hara gedirik.

Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Təəssüf ki, bu misraların aktuallığı bütünlükdə itməyib. Azərbaycan parlamentində uşaqları oxutmaqdan qoruyanları hələ də tapmaq olur. Böyük Sabirin təzə qəhrəmanlarıdır bunlar! Motivlər əvvəlki deyil, amma oxutmağı əbəs, mənasız sayanlar var-onlar elə hesab edir ki, uğur qapılarını bunsuz da açmaq mümkün olacaq. İndi məktəblə birlikdə çalışan, bütün səylərini əsirgəməyən, tələb edən, kömək edən, bu sahədə nə etməyin lazım olduğunu deyən insanların sayı (bura deputatlar da daxildir) azdır.

Dünyanın inkişaf etmiş ölkələrində uşaqların daha çox məktəbdə olmalırına çalışırlar. Bu həm də sosiallaşma üçün əhəmiyyətlidir. Uşaqlar hətta yay tətillərində də oxuyurlar. Biz isə uşaqları məktəblərdən ayırmağı təbliğ edirik. Məktəb proqramının normal mənimsənilməməsinin bir səbəbi də tətil müddətinin çox olmasıdır. Əslində bu gün bizim hamımız məktəblərimizdə proqramların mənimsənilməsi məsələsinə cavabdehlik daşımalıyıq. Bu təkcə Təhsil nazirliyinin işi olmamalıdır. Məhz həmən 15 gün bu məqsədlə tətbiq olunur, Aqil müəllim! Nə zamandan 15 gün artıq oxutmaq süründürməçilik olub?

Aqil müəllim uşaqların çantasının çəkisinin neçə 7 kiloqrama (7,2 kiloqram da ola bilər) çatmasının səbəbini bilməmiş deyil. Bunun və dərslərin 15 sentyabrda başlamısının banisi gedib oturub Riyaziyyat İnstitutunda, indi də Cümhuriyyət dövründən kitab yazır. Bu məsələlərə “Epitemey” təfəkkürü ilə yanaşmaq doğru deyil. Çanta ağırlaşmağa başlayanda hörmətli Aqil müəllim elə indiki kimi deputat idi və indiki fikirləri o dövr üçün daha çox aktuallıq kəsb edərdi.

Dərs müddətinin müəyyənləşirilməsi və dərs ləvazimatları barədə məsələlər Elmlər Akademiyası və universitetlərin işi ola bilməz. Bu müzakirələr Təhsil nazirliyində aparılmalı və rasional qərarlar qəbul olunmalıdır. Və yenə də təkrar edirəm, dərs ilinin 15 gün uzadılması uşaqların xeyrinə düşünülmüş addımdır. Sabirin məşhur şerinin bu hissəsi də hələ aktualığını itirməyib…
Eyləyir ömrün hədər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram əl çəkin!”


loading...




Fikrinizi bildirin