“GÖRÜNÜR, VƏKİLLİK FƏALİYYƏTİM KİMƏSƏ SƏRF ETMİR” - İradə Cavadova

Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti iclas keçirib, tanınmış vəkil İradə Cavadovanın vəkillik səlahiyyətlərinı dayandırıb. Rəyasət Heyəti İradə Cavadovanın Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə də qərar qəbul edib.

İradə Cavadova hesab edir ki, onun vəkillik səlahiyyətlərinin dayandırılması ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı sözügedən qurumun intizam komissiyasının qərəzli rəyinə əsaslanıb. O, cəzalandırılmasının əsassız olmasına dair sübutları məhkəməyə təqdim etmək niyyətindədir. Bu barədə İ.Cavadova “Turan” agentliyinə müsahibəsində deyib.

Xatırladaq ki, ötən gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti İ.Cavadovanın vəkillik fəaliyyətinə xitam verildiyini bildirib və məhkəməyə müvafiq müraciət göndərib. Bununla bağlı yayılan məlumatda deyilir ki, buna hansısa vətəndaşın şikayəti səbəb olub. Vətəndaşın adı açıqlanmır. “Şikayətçi K.M. bildirib ki, vəkil İradə Cavadova şikayətçinin ona etibarnamə vermədiyi və onunla hüquqi yardım barədə müqavilə bağlamadığı halda vəkil şikayətçinin razılığı olmadan onun Daxili İşlər Nazilirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılması barədə əsassız şikayətlər etdiyini və bu barədə kütləvi informasiya vasitələrində məlumatlar yaydığını göstərib. Şikayətçi həmin məlumatların həqiqəti əks etdirmədiyini, onun şərəf və ləyaqətinə toxunduğunu bildirib və Rəyasət Heyətindən xahiş edib ki, vəkil İradə Cavadovanın barəsində tədbir görülsün” - Rəyasət Heyətinin məlumatında deyilir.

İ.Cavadova vətəndaş K.M-in müdafiəsi ilə bağlı müqaviləsinin olmaması barədə fikirləri təkzib edib. Onun sözlərinə görə, belə müqavilə olub. 2018-ci ilin aprelində K.M. tutulub və 2 gün DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. İ.Cavadova açıq məktubla daxili işlər naziri Ramil Usubova müraciət etdikdən sonra azad edilib. Lakin bir müddət sonra K.M. öz vəkilindən şikayət edib. İ.Cavadova qeyd edib ki, K.M-i qanuni şəkildə müdafiə etməsinə və qanun çərçivəsində hərəkət etməsinə dair çoxsaylı sübutlar var. “Müqavilə ilə yanaşı digər sübutlar da var”, vəkil qeyd edib. Bundan əlavə, K.M. saxlandıqdan sonra onun anası vəkilə müraciət edib. İ.Cavadova K.M. ilə müqaviləsini Vəkillər Kollegiyasına təqdim edib, ancaq həmkarları müştərinin imzasının həqiqiliyini şübhə altına alıblar. İ.Cavadova intizam komissiyasının rəyini qərəzli və yanlış hesab edir. İyunun 12-də İ.Cavadova Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri ilə görüşüb və əlavə sübutları təqdim edib. Ona bildirilib ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət ediləcək və o, öz hüquqlarını müdafiə edə bilər.

İ.Cavadova əlindəki işlərin sona çatdırılmasına imkan verilməsini xahiş edib, ancaq hələlik cavab almayıb. “Görünür, mənim fəaliyyətim kiməsə sərf etmir”, - vəkil qeyd edib. O deyib ki, Vəkillər Kollegiyasının üzvü olduğu 13 il ərzində heç vaxt cəza almayıb və onun səlahiyyətlərinin dayandırılması qərəzli və əsassız qərardır.

"AzPolitika.info" xatərladır ki, Azərbaycanda ən savadlı vəkillərdən biri kimi tanınan İradə Cavadovanın vəkillik səlahiyyətlərinin dayandırılmasının səbəbi onun Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni sədri Anar Bağırovla münasibətinin o qədər də yaxşı olmaması iləizah edilir.

Təsadüfi deyil ki, Anar Bağırov Vəkillər Kollegiyasının rəhbərliyinə gətirildikdən sonra formalaşan yeni Rəyasət Heyətinin tərkibinə İradə Cavadova daxil edilmədi. Rəyasət Heyətinin əvvəlki tərkibində olmuş İradə Cavadova bununla bağlı bildirmişdi ki, o, Rəyasət Heyətinin daima, daha dəqiqi, seçkilərin keçirildiyi hər beş ildən bir yenilənməsinə tərəfdardır: “Rəyasət Heyətinə yenidən seçilmək niyyətim yox idi. 2012-ci ildə Rəyasət Heyəti üzvlüyünə namizədliyimi özüm irəli sürmüşdüm və seçilmişdim. Burada ömrü boyu qalmaq olmaz. Digər tərəfdən, mənə artıq məlum idi ki, Rəyasət Heyətinə yenidən seçilməyimi istəmirlər.

Amma mən Rəyasət Heyəti üzvlüyünə başqa bir şəxsin namizədliyini irəli sürmək istəyirdim. Yəqin ki, konfrans iştirakçıları arasında mənim namizədliyimi irəli sürmək istəyənlər də vardı. Lakin nə mənə, nə də onlara imkan verildi. Rəyasət Heyətinə seçim proseduru başlanan kimi əlimizi qaldırdıq, namizədliyimizi irəli sürmək istədik. Buna şərait yaradılmadı. Düşünürəm ki, səbəb mənim və konfransa qatılan müəyyən vəkillərin fərqli mövqeli şəxslər olmasıdır. Əslində bizə söz verilməyəcəyini gözləyirdim. Amma yenə də konfrasın gedişindən məyus oldum”.

İradə Cavadova iddia etmişdi ki, o, Rəyasət Heyətinin əvvəlki tərkibində fərqli mövqe sərgiləyən faktiki yeganə şəxs olub: “Vəkil həmkarlarım yaxşı bilirlər ki, həmişə ədalətli və müstəqil mövqedən çıxış etmişəm, heç vaxt kiminsə tapşırığını yerinə yetirməmişəm. Vəkillər Kollegiyasında məsələsi müzakirə edilən hansısa vəkili günahsız saymışamsa, onun ziyanına qərar çıxarılmasının əleyhinə olmuşam.

Rəyasət Heyətinin son iclasında məsələsi müzakirə olunan vəkillərdən biri ilə bağlı ciddi qalmaqal yaşandı. Ona görə deyə bilərəm ki, 7 dekabr (2017-ci il) konfransında Rəyasət Heyəti üzvlüyünə namizədliyim irəli sürülsə də, seçilməyimə imkan verilməyəcəkdi. Ancaq bir daha vurğulayıram: mənim yenidən seçilmək məqsədim yox idi. Beş il Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olmuşam və alnıaçıq, üzüağ deyə bilərəm ki, bu müddətdə iştirak etdiyim iclasların heç birində ədalətsiz qərarı dəstəkləməmişəm”.

 

635x100

Şərhlər

məmməd 2018-06-14 14:12:40

İradə xanım,siz həm ağıllı,həmdə güclü xanım ziyalısınız... Savadınız sizi qoruyacaqdır, çünki sizə tor quranlaraın savadı sizi üstələmir... Sizi Allah qorusun! Amin !

EWDER 2018-06-14 14:12:40

BIZDE OLAN DEMOKRATIYA,INKIWAF HEC BIR DOVLETDE YOXDUR,T . C. KEYF ELEYIN ,HERDENDEN FEXR ELEYIN.YABAWDAMAQ OLMAZ.

EWDER 2018-06-14 14:12:40

EZIYYET CEKIB MEHKEMEYE MURACIET ETMEYIN....ESAS IINKIWAFDUU. INANMURSUZ,EWDER OL dan SORUWUN.ELILLERIN WOTUNA BUTUN NESLI INKIWAF EDIB, eli hesenovun nesli qawqinlarin wotuna analoqsuz inkiwaf eden kimi...

Serlok Holms 2018-06-14 14:12:40

Irade Xanim! Ozunuz ve butun savadli insanlar bu isin sifaris-qerezli olduqunu bilir. Hebsxanalardaki oqullarin beyem gunahi var ki, onlari zulm edirler?! Bir gozel, yox tekce gozellik yox, bir Vicdanli Vekil kimi o sexslerin de gunahsiz olduqunu bilirsiz. Bu gun Size bu xeyaneti eden Kolleqalariniz(eger onlari bele adlandirmaq olarsa) Bir Gun Sizin Qapinizda Qebula Dusmek ucun novbe gozleyecekler! Inanin o Gun yaxindadi! Bir xanim Ana,

Akif 2018-06-14 14:12:40

İradə xanım Cavadova, Ənnağı Hazıbəyli, İntiqam Əliyev,Xalıd Bağırov,Yalçın İmanov və digər görkəmli vəkillər kimi ədalət və insan hüquqları uğrunda mübarizə aparan peşəkar hüquqşünaslardan biridir.Onun Vəkillər Kollegiyasından çıxarılması siyasi xarakter daşıyır.Məhz o və digər cəzalandırılmış vəkillər insan hüquqları uğrunda daim mübarizə aparırlar,vətəndaşların hüquqlarını Avropa İnsan Hüquqları Məhkəməsində tanınmasına nail olurdular.Məhz Avropa Məhkəməsinə bu vəkillər çoxsaylı şikayətlər göndəriblər.

Məmməd 2018-06-14 14:12:40

Bağırov Anar sabiq Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin rəhmətə gedənlərinə Quran oxutdurur. Bağırov Anarın işi Vəkillərin Test imtahanından çox bal toplayanları çox ustalıqla,heç kimdən kəçinmədən xalqımızın savadlı hüquqşünaslarının arzularını gözündə qoydu,imkan vermədi ki, Vəkil olsun,dövlətimizə və xalqımıza sədaqətlə xidmət etsin.. Çünki savadlı Vəkillər ona əl vermir,özü istədiyi kimi Vəkillər Kollegiyasını idarə etmək istəyir. İradə xanıma dözüm arzulayıram,haqq-ədalət zəfər çalacaqdır.....

Son yazılar