YENİ NAZİR DAHA BİR GƏNC XANIMA VƏZİFƏ VERDİ - Dövlət Aqrar Ticarət Şirkəti təsis edildi

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” MMC təsis edilib. "APA-Economics" xəbər verir ki, şirkətin məqsədi fermerlərə metodiki tövsiyyələrin verilməsi, tədarük şirkətləri ilə fermerlərin əlaqələrinin qurulmasına dəstək, fermerlərin bazara çıxışı istiqamətində məsləhət xidmətlərinin verilməsi, aqrar sahədə sosial məsuliyyət anlayışı çərçivəsində maarifləndirici xüsusi bülletenlərin və digər nəşrlərin buraxılmasından ibarətdir.

“Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru isə Leyla Məmmədova təyin olunub.

O, Cenevrə Biznes Məktəbindən Bankçılıq və Maliyyə üzrə Magna Cum Laude fəxri dərəcə ilə məzun olmuşdur. Leyla Məmmədova həmçinin, Qafqaz Universitetində və Moskva Biznes Menecmenti Məktəbində təhsil alıb. Türkiyənin Ziraat Bank Akademiyası və ADA Universitetinin ixtisas artırma proqramlarının məzunudur.

O, Dövlət səhmli “Azər-Türk Bank”da uzun müddət Strateji Planlaşdırma və Marketinq departamentinin direktoru vəzifəsində çalışmış, daha sonra kariyerasını Sinam informasiya və texnologiyalar şirkətinin “start-up” layihəsinin direktoru olaraq davam etdirib.

635x100

Şərhlər

Sabit 2018-06-15 12:58:19

Hələ çox qeyri-adi yeniliklər görəcəyik

Gulare 2018-06-15 12:58:19

Ataturkun sozune quvvet: milli ekonominin temeli ziraattir yeni torpaq kend teseruffati. Bu kadr deyishikliyi bu xanimlar bu hollandiyali mutexessisler hara qeder? 2 ay kecdi hele bir ish yoxdu ortaliqda. Bicin gedir rayonlarda kendliler kombayn tapa bilmir. Halbuki Heyder Esedov kifayyet qeder kombaynlarin getirilmesini teshkil etmishdi. Hani bu kombaynlar niye bu camaata eziyyet verirsiz? Kendli yetim eziyyet cekib arpa bugda ekib bice bilmir

qaya 2018-06-15 12:58:19

Bu sayılan tehsil muesselerinin birinde mekteb tehsili, Qafqazda telebelik,Cenevrede magistratura Ada ve Ziraat Akademiyasındada ixtisas artırma edir maxsimim 25 yaş Ele bu xanimda 26 yaşlı görünür de burda teeccublu ne var ki anlamıram. Bir az eziyyet cekib tehsil alıb indi behresini goren adama destek olmaq lazımdı. vezifeye gelen her insana pis yanaşmaq lazım deyil qardaşlar.

Magna Cum 2018-06-15 12:58:19

MOLODESS!!!!! KƏND TƏSƏRRÜFATI QURTULDU! Bax bircə bu eksperiment qalmışdı yoxlanılmamanış. Bayram -bayrama qarışdı.

İ.İmamov-Şəki 2018-06-15 12:58:19

Xanımlar, kişilərdən yaxşı iş görmək qabiliyyətinə malikdirlər. Gənc Nazirin savadlı gəncləri irəli kəçmə hallarını yalnız alqışlamaq lazımdır. Gənc və istedalı xanımı nazirliyin bir şöbəsinə rəhbər təyin etməsi,əlbəttə Kənd Təsərrüfatının inkişafına öz töhvəsini verəcəkdir. Uğurlar !

alı 2018-06-15 12:58:19

Bu gedişlə K/T Nazirliyində "Gənc və gözəl xanımlar" klubu yaratmaq 100 faiz mümkün olacaq.Ölkədə k/t inkişafı edəcəyinə və bu "klubun" buna nə dərəcədə "effektli kömək" edəcəyini düşünəndə yadıma heç bir praktika düşmür.

[email protected] 2018-06-15 12:58:19

Bu genc xanim en coxu 25 yasda gorunur,Bank uzre menecmentlik sahesibde ixtisas alib ve calisib.Aqrar sektora qetiyyen adiyyeti yoxdur.Fermerleri aqrar sektorla bagli mariflendire bilmez.Lakin k/t idxal biznesine cevirib yerli ehalini yerli mehsullara hesret qoya biler...Artiq belli olur.

Bashirov Qarib 2018-06-15 12:58:19

Guclu və təmiz mutəzəssisləri korrupsiya bataqliqlarında məhv edəcəklər.Qanunlarla deyil təlimat və qaydalarla idarə olunan bir muhutdə necə işləsinlər,necə fayda versinlər bu millətə?

Vekil 2018-06-15 12:58:19

Bu genc yasinda nece catdirib ? Sizin yazinizla o qizin gerek 50 yasi ola baxiram genc qizdir?

məmmədqulu 2018-06-15 12:58:19

Allah sənə rəhmət etsin möhtəşəm Bəşir Səfəroğlu! İndi bu xanımlar Cenevrə ilə Azərbaycan kənd təsərrüfatını calaq edib limçay-limandra yox "İmpozant" kənd təsərüffatı alacaqlar! Heydər Əsədov deyirdi mən pomidor satan deyiləm, İmanlinskidə MMC-lər yaratmaqla heç Biləcərini keçmədən k/t inkişaf etdirəcəkdir. Dağıl ay Azərbaycan!

Son yazılar