“RAYONLARDA GÖRDÜKLƏRİMDƏN DƏHŞƏTƏ GƏLDİM…” - Qubad İbadoğlu

Qubad İbadoglu“Bayram günü Tovuzdaydım, elə bil ki, Azərbaycana deyil, başqa ölkəyə səfər etmişdirm. Rayonlarda əsl natura iqtisadiyyatı formalaşıb. Gördüklərimdən və eşitdiklərimdən dəhşətə gəldim”.

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu Feysbuk-dakı şəxsi səhifəsində yazıb.

O bildirib ki, Bakıda Mərkəzi Bank 200 manatlıq əskinas dövriyyə buraxır, amma bölgələrdə əhali dolana bilmir, qonşular hətta bir-birindən 1-2 manat borc istəyir və ya da aralarında natural formada mal mübadiləsi aparır: “Hamı bir-birinə və banklara borcludur. Tovuzda, Qazaxda, Ağstafada, Şəmkirdə, Gədəbəydə əksəriyyət gözləyir ki, kartof yetişsin, satıb, borclarını ödəsinlər. Kartofun kilosu isə hazırda 20 qəpikdir. Cəlilabad və Masallı kartofunun topdansatış qiyməti bundan da ucuzdur”.

Qubad İbadoğlu yazıb ki, bu hal yalnız Qərb bölgəsinə xarakterik deyil, mərkəzdə, cənubda, Aranda, Mil-Muğanda son aylar əlverişsiz keçən hava şəraiti taxıl sahələrini və meyvə bağlarına ciddi ziyan vurub: “Yerli icra hakimiyyətlərinin inhisarında olan aqro-lizinqlərdən kombaynları icarəyə götürə bilməyən kəndlilər taxıllarını vaxtında biçə bilmədiklərindən mayalarını belə batırmaqdadırlar. Bütün bunlar da pis idarəçiliyin, inhisarçılığın və korrupsiyanın nəticəsində baş verir. Bir tərəfdə kəndliyə kombayn verməyən mülkədar icra hakimləri, digər tərəfdə də əlverişsiz hava şəraiti aqrar sahəni bərbad günə qoyub”.

635x100

Şərhlər

Şəkili 2018-06-19 22:40:14

Qubad müəllim qədim Şəki şəhərinə gəlsən,onda gecə yuxun qaçacaqdır...Məmurlar Parklarıda mənimsəyiblər,insanların dincəlməyə yerləri,kəsdiyi-başa sorğu-sual yoxdur,idarə müdirlərinin 70%-i kənar rayonların səriştəsiz kadrlarıdır..Əhali üçün çalışan məmur yoxdur,20-ildir ki,bir kresloda oturubdur, hər yeri özəlləşdiriblər..İcra Hakimiyyəti, Bələdiyyə fəaliyyətsizdir,belə vəziyyətdə vətəndaşı dölətdən narazı salır. Şəkinin inkişafına köməklik göstərin..........?

Kolxozdar 2018-06-19 22:40:14

Keçmişdən Bakıda, Bərdədə, Meşdəagada və s. arvad-uşaga: Qonaq gəlir və уa gedirik, уır-уıgış edin! deуib, pulları тəkcə goтürüb (hamama və s.) məxaric olmaq (Mənəm deуən) çox kişinin şakəri olub. Sivil Qərb bu kulтuru daha тoleranт inkişaf eтdirib. Belə ki, Ər qapıdan çıxan kimi Xanım da qalan pulları goтürüb bazarlıga gedirmiş. Haу Qubad İbadoglu, evdəkilərə nə qalacaqdı ki?

Filosof 2018-06-19 22:40:14

Kirvəsi Gülüm olanın təpəsinə külüm olar. Hansı məmur sürüsüylə hansı müsbət dəyişikliyi hədəfləyirsiniz? Atlar ölüb, itlərin bayramıdır. Yerli istehsalın qeyri-rentabelliyi, yəni zərərlə və ya aşkar cüzi gəlirlə sonunclanması boynu yoğun inhisarçı məmurların başlıca amalıdır. Bir məmləkətin ki, ali dini titulunu daşıyan özü alma, kartof və xalça məhsullarının monopolistidir, ondan hansı mənəvi və humanist əməl sahibliyini gözləyirsiniz? Vicdanın nə olduğunu bilmədiyini məlun özü etiraf edib

Asif Ağayev 2018-06-19 22:40:14

Qubad bəyə də bu rolu veriblər ki, görək millət necə reaksiya verir.Olmazmı ki, Qubad bəy bir savadlı iqtisadçı kimi əsaslı iqtisadi inkişaf proqramı hazırlayıb Milli Məclisə,Prezident aparatına.Nazirlər Kabinetinə təqdim edib bununla uğraşsın və bu barədə məlumatlarla çıxış etsin.Yoxsa ayda bir-iki məqalələrlə saytlarda çıxış etmək çıxış yolu deyil.

Afrail Safarov 2018-06-19 22:40:14

Me qeder ki,icra bawcilari ozbawnaliq edir,lazimasiz kadrlara vezife verir,qohumbazliq edit olkede hemiwe korrupsiya baw verecek,iwsizlik dahada tugyan edecek.Pensiya yswini azaltmaq ,Cavan kadrlara her vermek.

Müfəttiş 2018-06-19 22:40:14

O sadaladığınız rayonların hamısında bayraq meydanları da var, hələ üstəlik şəhər parkları da var. Əjdər demişkən, bəs inkişaf necə olur, əsas inkişafdı...

G.M 2018-06-19 22:40:14

Qurban məllimə çox hörmətim olsa da,dediklərinə şübhəylə yanaşıram.TV-lərdə bütün Bayramlarda... Şəbnəm touzlu,aşıx mübariz Qubad məllimdən çox olur oralarda..Elə bir şey olsa deyərdilər...zaurların,xoşunun,mikayılın,``dağlaroğlunun`` efirlərində ,``çaloynasınlarda`` o Rayonlardan gələn qonaqların danışıqlarından ``Bal damır``.Mən də hazırlaşırdım ki,köçüm o səfalı yerlərdə yaşayım.

Sirdas 2018-06-19 22:40:14

muellim haqli olaraq qorxub rayondaki veziyyetden. Mutleq cildaga gedin qorxunuzu gotuzdurun. Heqiqetende qorxunc bir veziyyetdi . Cox heyifler olsun ki prezidentin qaygisinn yuksek olmasina baxmayaraq inam kerimov ve destesi bu qaygini gozden salirlar .cox heyiffffff......

Kendli emi 2018-06-19 22:40:14

Cenab prezident kifayyet qeder pul ayirib texnikalarin alinmasi ve lizing yolu ile kendliye yuksek guzestle vermeye serait yaradib. Lakin hal hazirda ish bacarigi olmayan ve kend teseruffatindan anlayisi olmayan sexsler Prezidentin bu qaygisini menfi sifrin altina dushurmekle mesquldular. Ibad muellim duz qeyd edir,hele tovuz qeder sefali rayonda bu hallara rast gelib. Gor indi o biri rayonlarda neler bas verir...

Sevinc 2018-06-19 22:40:14

Duzdu ,Qubad muellim.Men de bunun sahidi olmusam.Kendlerde millet acindan qirilir.Isiq,qaz pulu odeye bilmirler.Mehz bu borclara gore kredit gotururler.Bir aile nenenin,ve ya babanin teqaudun gozleyir.Erzaq almaga.

Əlövsət 2018-06-19 22:40:14

Belə vəziyyət təkcə İbad bəyin sadaladığı rayon və şəhərlərdə deyil.Bütün rayonlara aiddir.Ən dəhşətli vəziyyət isə Şəki şəhərindədir.Dolanacaq ağırlığından və iş yerlərinin olmaması üzündən şəhərin gənc əhalisi rayondan uzaq yerlərdə,Bakıa,Türkiyə və İrana iş axtarmağa məcburdurlar. Şəhərin bütün yolları iki ildir dağıdılmış olduğundan insanların hərəkəti çətinləşib.Bu sahəyə baxan tapılmır.İcra hakimiyyəti,bələdiyyə fəaliyyətsizdir.Belə vəziyyət insanları qıcıqlandırı və dövlətə inamı azaldır.

R-n 2018-06-19 22:40:14

Ay Gubad m.,kosmik inkishaf budu da...

t.ədalət 2018-06-19 22:40:14

Xalq,doğrudan da, urvatsız məmurların monopoliyasında əzab-əziyyətlə yasşayır.Ölkə iqtisadiyyatı donmuş vəziyyətdədir."İdrakı sönük" kadrların bacarıqsızlığı ölkənin günbəgün gerləməsinə səbəb olur.Vəzifələrə toplanmış "rusdilli" məmurlar heç bir işin qulpundan yapışa bilmirlər.Hər sahədə oğurluq və maliyyə dələduzluğu artıb.Cərimələr və qiymət artımları da əhalinin sümüyünə dirənib..

EWDER 2018-06-19 22:40:14

ESAS INKIWAFDU.ONU TAPSOZ MUWTULUQUN MENDE,EWDER CANI.YAVAWDAMAQ OLMAZ

Son yazılar