40 YAŞINDA ALİ MƏKTƏB BİTİRİB, PROFESSOR OLAN İCRA BAŞÇISI - Ekspert açıqladı

Artıq iki gündür sosial şəbəkələrdə müğənni Nazpəri Dostəliyevaya fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi müzakirə olunur. Düzdür, bir qədər əvvəl bu təkzib olundu. Ancaq başqa sahələrdə olduğu kimi, elmdə də "bazar açıldığından" (ifadə akademik Ramiz Mehdiyevə məxsusdur -red.),  əslində Nazpəriyə professor adının verilməsi belə təəccüblü görünməməlidir.

Elə "XXI Əsr” Təhsil Məkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev də bu fikirdədir. "AzPolitika.info"nun məlumatına görə, o, özünün "facebook" səhifəsində bu haqda yazarkən, maraqlı 2 faktı da qeyd edib. Ekspertin həmin yazısını təqdim edirik:

"Nazpəri Dostəliyevaya fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bu xəbər çox adamı təəccübləndirdi. Bilmirəm niyə…Dostlar, elm Nazpəri xanım ilə nüfuzdan düşməyib. Elmi bilirsiniz hansı adamlar nüfuzdan salıb?

Birini deyim: Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev 40 yaşında Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki İdarəçilik Akademiyası) bitirib. 2 ildən sonra isə namizədlik dissertasiyası müdafiə edib. İndi elmlər doktoru, professordur.

Yaxud Adil Əliyev 44 yaşında hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alanda niyə təəccüblənmədiniz?"

 AzPolitika.info

 

635x100

Şərhlər

Azərbaycanlı 2018-07-19 13:25:25

Dövlət idaələri,nazirlik,Komitə,İcra Hakimiyyəti apratında işləyən vəzifəlilərin diplomlarını ciddi yoxlayan olsa 70-80 faizinin saxta olduğu üzə çıxar.Çünki bunların 90 faizi yalnız Erazlardan ibarətdir və onların əksəriyyəti !992-93-cı ildən sonra diplomlaşdırılıblar ki, vəzifələrə soxuşdurulsunlar. İnanmayan yoxlasın.Onların əksəriyyəti ordu sıralarından yayındırılanlardır.Məqsəd soyğunçuluq (bunu mətbuatda çıxan milyardların yeyilməsi sübut edir)!Ona görə məqsədlisurətdə ölkəni bu günə salıblar.

cəngərlik sakini 2018-07-19 13:25:25

ELMİ BİLİKLƏRİ QOYAQ KƏNARA....GENEFOND MƏHVƏ GEDİR.TELEVİZYA ANCAQ BELƏLƏRİNİ REKLAM EDİR.MÜBARİZ-LƏRƏ YER YOXDUR....

Sus 2018-07-19 13:25:25

Azərbaycan reallığında belədir ki,əvvəcə məmur və ya "deputat" olmalısan ki, sonradakı alim olasan.Elə bunun səbəbidir ki,Azərbaycan elmi dünyada axırdan 2-ci yeri tutur.Demək olar ki, qalan sahələrdə də eyni vəziyyətdir.Görəm bu neft olmasa idi biz neyləyərdik? MM-də oturanların 95% -nın "alimlik" knişkası (diplomu yox aa) var.Soruşan yoxdur ki,bu elmi işləri sən nə vaxt və harada görmüsən? Onlar da yaxşı bilir ki, bu sualı onlara verən olmayacaq.Tak çto gözləyək...

Zaur 2018-07-19 13:25:25

Oxucuların nəzərinə; Mənim göndərdiyim kəskin şərhi redaktor yazıq formaya salaraq dərc edib. Heç kimi təhqir etməmişdim. Sayt yaşamaq instiktindən istifadə edir. ....

t.ədalət 2018-07-19 13:25:25

"Azpolitika.info"şərhi tam ver."..sovet dövründə "zampolit" kursunu bitirmiş (əslində ali təhsil deyil) ehtiyatda olan zabitlərə də alimlik elmi dərəcələri verilib.Onlar sonradan özlərinə ali təhsil diplomları da düzəldə biliblər.Hazırda ali məktəblərdə dərs deyən alimlərin əksəriyyəti müdafiəni marksizm-leninizm əsasında ediblər. Bu gün onların alimliyi də etibarsızdır və tələbələr qarşısında mühazirə oxumaları düzgün deyil.

t.ədalət 2018-07-19 13:25:25

Etibar müəllim,ən dəhşətlisi odur ki,sovet dövründə "zampolit" kursunu bitirmiş(əslində ali təhsil deyil) qoca zabitlərə də elmi dərcələr verilir.Mən neçə "zampolit" tanıyıram ki, humanitar sahə üzrə fəlsəfə doktorudur.Bu adamlar sonradan özlərinə saxta diplomlar da düzəldiblər.Bundan başqa,hazırda ali məktəblərdə çalışan alimlərin əksəriyyəti elmi müdafiəsini marksizim-leninizm nəzəriyyəsi əsasında qurublar.Həmin alimlərinsə bu gün Azərbaycan tələbələrinə mühazirə oxuması qəbuledilməzdir.

Zaur 2018-07-19 13:25:25

Akademiklərin də yazdığı kitabların faydası,dəyəri çox aşağıdır.

Moşu 2018-07-19 13:25:25

Faktiki bu adamın orta məktəb səviyyəsində savadı yoxdur. Bəs, onda necə olur ki, alimlik dərəcəsi verilir? Hi? Tutaq ki, Məscidin qapısı açıqdır, bəs ora girəndə də həya, abır yaxşı şeydir.

Adil 2018-07-19 13:25:25

Zato babat vuranda sonra elə QƏŞƏNG, QURCUVALI SÖYÜŞLƏR bilir ki heç onu akademiyanın prezidenti də ixtira edə, tapıb-tapışdıra bilməz.Həm də bu adam pastayannı vurur və çox az vaxt trezvi olur onda təsəvvür edin ki, cox vaxt belə qatı açılmamış söyüşlərin biri bir qəpikdən üçüz olur.Yəni ölkədə hər şeydə bahalaşma getsədə də bizim Beyləqanda ən azı söyüşdə ücuzlaşmadır.Ogul lazımdır bu söyüşlərə İNVESTİSİYA QOYA DA. Bax inkişaf ona deyərəm.Zarafatla yazsam da amma bu həqiqətdir.

Dagli Mamed 2018-07-19 13:25:25

Xizi ve Beyleqanda icra bashchisi ishleyen Idarecilik akademiyasinda 40 yashinda 2- ci ixtisas alan Vaqif Abdullayevin ondan evvel hansisa ali mektebi bitirmeseydi onu hemin akademiyaya qebul etmezdiler ki ! Qoy V. Abdullayevin 1- ci ali mektebi necenci ilde qurtardigini oyrensinler , onda gorerler ki o da hami kimi cavan yaslarinda oxuyubmush. Qerezci olmayin evvel deqiq arashdirin ve sonra fikir yurudun.

bisavad 2018-07-19 13:25:25

....................................................................................................................................................................................................................................................................................................................................?

G.M 2018-07-19 13:25:25

``40-ında öyrənən Görunda çalar``..1992-ci ildən bəri Elmi dərəcələrin 90 faizi saxtadır..hətta elmi işinin adını bilməyən Prafessor İH Başçıları,PA-ı işçiləri və deputat sürüsü var.

Pedoqoq 2018-07-19 13:25:25

Hörmətli ekspert bu ölkədə bu artıq adı bir haldır kimin pulu var 60 yaşında namizədlik və doktorluq müdafiə edirlər.Bir nümunə-azərittifaq adlı bir qurum var onunda kooperasiya adlı bir bazar universiteti var bu il dövlət imtahanına 1500 manatdan pul yığılıb.Bu bazar universitetin rektoruda deputat olan Eldar Quliyev 58 yaşına qədər nə bir məqaləsi olub nə bir elmi tədqiqatla məşğul olub.Amma 58 yaşında namizədlik 62 yaşında da doktorluq müdafiə edib.Siz belə dahilərdən yazın ruh.

R-n 2018-07-19 13:25:25

Elbette bele unikallari gorub,neinki AB olkeleri,ABS,hetta yadplanetliler hesed aparar.Yegin agzina culludovshan yerleshmeyen bəziləri.....bele inkishafi kosmik adlandiriblar.Aya...burasi dag ve dag eteyi deyil,burasi 1918-ci ilde shergde yaranan ilk demokratik dovletidir.Zoopark axtarirsizsa,sehv salmisiz.....Bilirik ki,size eziyyet verirler,kabab,dolma verirler.Bir azdan her shey duzelecey...

muallim 2018-07-19 13:25:25

kooperasiya universitetinin bir tacir ozu ozunu rektor tayin edan Eldar Quliyev da retor olmaq esqi ila 58 yasinda mudafia edarak iqtisadiyyat uzra falsafa doktoru 4 il sonra isa elmlar doktoru olub sonrada universitet va kolleci bir varaq saxta kagizla ozallasdirib oturub ustunda bazar acib orda bundan danismaq lazimdir

Nəriman 2018-07-19 13:25:25

İndi Təhsil təadüfi adamların,alvrçilərin sayəsində elə hala salınıb ki, nə desən ona yapışır.Bu ölkədə kadr,kadr hazırlığı elə bərbad hala salındı ki, onun düzəlməsinə əsr lazım gələr.Test üsulu-örtülü bazar, semestr imtahanları-hər fənnin və hər qiymətin öz doskası var,Attestatda yüksək qiymətlər olsun-əlin cibində olsun.İşə girmək istəyirsən-filankəsi gör.İndi vəziyyət bu yerdədir.Xoşuna gəlmir-get Rusiyaya, Türkiyəyə,İrana,Əfqanıstana,İraqa,Kanadaya və s.Yaşamaq istəmirsən at özzünü dənizə,as!

Etibar Əliyev 2018-07-19 13:25:25

Təşəkkür edirəm hörmətli pedaqoq. Bu cür hallar ifşa olunmalıdır.

EWDER 2018-07-19 13:25:25

MOLODESS...ESASINKIWAFDU...EWDER OL CANI...

BDU mezunu 2018-07-19 13:25:25

BURDA TEECCUBLU NE VAR KI? HAMI BILIR KI, AZERBAYCANDA ELMI DERECE PULLA SATILIR. MESELEN, 2003CU IL BDU BIOLOGIYA MEZUNU SHEHLA ABDULLAYEVA ADLI SHEXS BU YAXINLARDA FELSEFE DOKTORU ADI ALIB. MEN BU XANIMI COX GOZEL TANIYIRAM VE O DERSLERE HEC VAXT HAZIR GELMEZDI. BUTUN QIYMETLERI PULLA VE TAPSHIRIQLA ALAR VE BUNDAN GENELERDI. O HETTA BIOLOGIYA FAKULTESINE BELE OZU QEBUL OLMAMISDI.HARDANSA KOCURULMUSDU. BU GUN HEMIN XANIM FELSEFE DR.DUR VE UTANMADAN BUNU FACEBOOK SEHIFESINDE NUMAYISH ETDIRIR.YENI BACARANA BASH QURBAN.

Mehdi 2018-07-19 13:25:25

Vallah dunya yavas yavas daqilir deyesen axi.

yusif-1313 2018-07-19 13:25:25

Bu sübut edir ki Azərbaycanda vəzifədə olanlarin və deputatlarin coxu fitri istedada malik şəxslərdir.

BDU məzunu na 2018-07-19 13:25:25

Güman ki, Siz, ALİM xanımın ehтimali-genəl dəуərini anlamamısınız? O, уeni müqəddəraт və уa HDParтiуasının üzvü də ola bilər?

Son yazılar