Bayram Səfərovun 5 milyonluq villasına şuşalıların münasibəti - SORĞU (VİDEO)

Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun ATV-nin sabiq sahibi Tağı İbrahimovun 4,5 milyon manatlıq villasını alması ilə bağlı AzPolitika.info-nun təsdiqlənmiş məlumatı sosial şəbəkələrin və medianın müzakirə mövzusuna çevrilib.

Jurnalistlərin bu haqda sualına cavabında xəbərin doğruluğunu təsdiqləyən icra başçısı bele deyib: “Lap 5 milyon yazsınlar. Hamı villa ala bilər, mən yox? Belə şeylərə fikir vermək lazım deyil”.

Meydan TV 30 minlik Şuşa qaçqınlarının paytaxtda məskunlaşdığı qəsəbələrdən birində olub. Aparılan sorğu zamanı şuşalılar 800 manat məvacib alan icra başçılarının bahalı villa alması xəbərinə münasibətlərini bildiriblər.

Həmin videosorğunu təqdim edirik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar