Hüquq müdafiəçisinin məhkəməsi başlayır

İyulun 31-də «Demokratiyaya Yardım» İctimai Birliyinin sədri Emil Məmmədovun məhkəməsi başlayır. Proses Lənkəran şəhərində keçiriləcək. Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisinin həyat yoldaşı Sənubər Məmmədova məlumat verib. Həyat yoldaşının haqsız yerə həbs olunduğunu deyən Sənubər Məmmədova məhkəmədən ədalət gözlədiklərini bildirib:

«Ümid edir ki, proses ədalətli keçiriləcək və Emil nəhayət ki, azadlığa çıxacaq».

50 yaşlı hüquq müdafiəçisi 2014-cü il mayın 13-də «dələduzluq» ittihamı ilə həbs edilib.

İttihama görə, hüquq müdafiəçisi Salyan rayon telekommunikasiya qovşağının, maliyyə şöbəsi və su idarəsinin rəhbərlərinə hədə qorxu gələrək, pul tələb edib. Hüquq müdafiəçisinin özü bu ittihamları qurama sayır və rayondakı korrupsiya halları ilə bağlı prezidentə etdiyi müraciətə görə sifarişlə həbs edildiyini bildirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar