“MEYİTLƏRİ KAMAZA DOLDURUB...” - Xalq artistindən qandonduran sözlər

Bu gün Ağdamın işğal olunduğu gündür.Yenicag.az-a açıqlama verən xalq artisti Nəzakət Teymurova doğulduğu Ağdamın Əlimədətli kəndindəki son günlərini xatırlayıb: "Erməni ara vermədən "qrad”la hər yeri dağıtsa da, biz kəndimizdən – Ağdamın Əlimədətli kəndindən çıxmırdıq. Qardaşlarım döyüşdə idi, anam, bacılarım və bacım uşaqları ilə evimizdə qalırdıq. Həmin dəhşətli günü yəqin ki ömrümün sonuna qədər unuda bilməyəcəm. Səhər tezdən "qrad” səsinə oyandıq. Hava işıqlanmamışdı,amma atılan mərmilərin alovundan hər yer işıq idi. Pəncərəmizin şüşələri qırılıb töküldü, evimiz dağıldı, uşaqların çığırtısı anamın naləsinə qarışdı. Ayaqyalın evdən çıxıb küçəyə töküldük. Yolda gördük ki, ölən kim, başı, ayağı kəsilib can verən kim. Qonşumuzda bir ailə vardı, ata-bala öldü, qızı havalandı. Bizi maşına doldurub, kənddən Ağdama apardılar”.

Xalq artisti hərbi hissənin yaxınlığında olduqlarından hər gün kamazlarla meyit, yaralı gördüyünü deyib:"Evimiz hərbi hissəyə yaxın idi. Meyitləri kamaza doldurub, gətirirdilər ki, düşmən əlinə keçməsin. O dəhşətli günləri xatırlayanda ölüb-dirilirəm. Sinəmdə Ağdam yarası, Ağdam həsrəti var. Bacımın qəbri də oradadır. Ağdamın alınacağı və bacımın məzarını görəcəyim günü həsrətlə gözləyirəm”.

635x100

Şərhlər

t.ədalət 2018-07-23 14:18:41

Nəzakət xanım,təəssüflər olsun , erməni-rus hərbiçilərinin birgə törətdiyi bu boyda faciədən sonra içimizdə ermənilərə və Rusiyaya əl uzadan xəyanətkarlar var.Xəyanətkarların əksəriyyəti Vətənimizin müdafiəsindən özü və övladları yayınan,bu müharibədə özü və qohum-əqrəbası itki verməyənlərdir.Bu boyda dərdlərimizin və torpaqlarımızın müdafiəsində şəhid olan əzizlərimizin qanı üzərindən addımlayıb ermənilərə necə əl uzatmaq olar?Yəqin,"əl uzadanların" qanı ermənilərlə qarışıqdır.Başqa cür ola bilməz!

Bəhram Qarabağlı 2018-07-23 14:18:41

Nəzakəт xanım gozləri onündə baş vermiş qanlı səhnələri, dogma və уaxın şahid simalarını nagıl və hekaуə kimi bədii həssaslıgı ilə "qələmə ala" bilsə azad-demokraт seçimə gorə vəhşicəsinə qanı тokülmüş şəhid ruhları və dozümlü xalqı üçün çox faуdalı daha boуük bir iş də gormüş olar.

Son yazılar