"HƏR YERİNDƏN DURAN SV-yə BİLET ALIRDI..." - Cavid Qurbanovun işçisindən ŞOK açıqlama + VİDEO

"SV vaqonlarda qiymət artımına ehtiyac var idi. Çünki SV-də yer tapmaq olmurdu. Hər gələn, hər yerindən duran gəlib SV-yə bilet alırdı". Bu sözləri Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov Kommersant.az-a açıqlamasında deyib.

O bildirib ki, qiymət artımından qabaq SV ilə o biri vaqonlar arasında çox cüzi qiymət fərqi olub: "O fərqi aradan qaldırmaq üçün qiymət qaldırılıb. SV-yə əsasən imkanlı şəxslər bilet alır".

M.Şıxəmirov kupe və plaskartların qiymətinin artmasına səbəb kimi isə yuxarı və aşağı yerlərin qiymətinin eyni olduğuna görə sərnişinlərin yalnız aşağı yer almasını göstərib: "Tariflərin bahalaşması deyəndə, bizdə aşağı yerlərin qiyməti qaldırılıb. Buna səbəb vətəndaşların, qiymət fərqi olmadığına görə kassaya yaxınlaşıb aşağı yerləri almasıdır. Aşağı yerlər alınır, tam qurtarandan sonra digər vətəndaşlar gəlib yuxarı yerləri almağa məcbur olur. Ailə ilə gələn adam 4 yer almalıdır, məlum olur ki, 1 kupedə 4 yer yoxdur. 2 aşağı yer alınıb, qalır 2 yuxarı yer. Sərnişinin yerinə özünüzü qoyun və fikirləşin ki, "Azərbaycan Dəmir Yolları" QSC düzgün qərar verib, yoxsa yox. Biz aşağı yerin qiymətini qaldırmışıq ki, vətəndaşlar aşağı yer baha olduğuna görə ona üstünlük verməsinlər. 4 nəfərlik ailə gələndə onlar üçün problem olmasın. Yəni, yerlər bərabər satılsın. ”.

Bunun Avropa, MDB praktikasında, xüsusilə də Rusiyada uzun illərdən bəri təsdiq olunan bir metod olduğunu söyləyən rəis müavini əvvəlki qiymətə nisbətən plaskartda təxminən 1 manat 50 qəpik, kupe vaqonlarda isə 2 manat fərq yarandığını bildirib : "Orada qiymət çox aşağı olduğuna görə 10 faiz qaldırılıb ki, qiymət tənzimlənsin. Başqa səbəb ola bilməz. Əvvəlki qiymətə nisbətən plaskartda təxminən 1 manat 50 qəpik, kupe vaqonlarda isə 2 manat fərq yaranır. Qiymətlər stansiyaya görə (məsafədən asılı olaraq) dəyişir. Məsələn, 15 manata olan yer 17 manat olubsa, 20 manata olan yerin qiyməti isə hazırda 22 manatdır"

Xatırladaq ki, SV vaqonlarda yuxarı-aşağı yer yoxdur, sadəcə 2 yer var və SV vaqonlar elit yer sayılır.

635x100

Şərhlər

Obyektiv 2018-07-26 15:07:14

"Teker pulu"na da ustune gelsinler ki, qoy kompleks olsun.. "Soz"e bax: “HƏR YERİNDƏN DURAN SV-yə BİLET ALIRDI…” Insandir, bu onun haqqidir! Bunun lobga ve mentiqsiz behanesine bax de!.. Bundan otru qiymet artirirdilar?! ))

vetendaş 2018-07-26 15:07:14

vetendaşları tebeqelere bolub bir hissrsine siz aşagi tebeqesiniz ve SV-de getmek sizlere yaraşmaz fikrini söyleyen zehniyyetin insanliq haqqinda anlayisi yoxdur. Hem de axi bizde SV vaqonu kupeden duzeldilib standarta hec uygun da deyil.

Bakir 2018-07-26 15:07:14

Bizim ölkə daxilində hərəkət edən qatarlarda SV vaqon yoxdur. SV adı ilə Sovetlər birliyi dönəmindən qalan kupe vaqonların üst yataqların söküb adın da qoyublar "SV". Olmayan SV-nin qiymətin qaldırmaq absurddur.

Mədət Şıxəmirov-Ə 2018-07-26 15:07:14

METRO TAĞI TƏBİRİNCƏ: "... Ə BU NƏ CIZILDIYIR!!!", VARLININ PULU OLUR KASIBIN QEYRƏTİ, NAMUSU, VİCDANI...

o.b.n 2018-07-26 15:07:14

Pulun coxluğu vəzifədə məhsuliyyətsizlik bunları elə qudurdub ki artıq halal maaişlə yaşayanları insan saymırlar.Bəs ESTONlar necə olur nəqliyyatdan pulsuz istifadə edirlər.

Abit 2018-07-26 15:07:14

Senini SV- ne ..... ilenir,ele bil böyük bir zibilleri var.Bunun adı düşük danışıqdı

Cavad 2018-07-26 15:07:14

BU adamı niyə anlayırsınız? atə-atın ynına bağlasan həm rəng olmasa da həm xasiyyət olacaq.Bunun sübuta ehtiyacı var? Rəisi də Azəravtoyolu pis günə saldı ,indi növbə dəmir yolunundur.Bu başqa cür ola bilməz ki? .....Elə düşünürlər ki, onlardan ağıllısı yoxdur.Zaman məsələsi....

sual 2018-07-26 15:07:14

EY MƏDƏT NƏTƏRİ OLUR Kİ HƏR YERİNDƏN DURMAYAN BELƏ DƏMİR YOLUNDA RƏİS OLUR SƏN SV DƏN DANİSİRSAN SON İLLƏRDƏ DƏMİR YOLUNDAKİ Kdr təyinatina bax utanmaxin gələr. kimləri təyin ediblər hec onlara vaqona bilet satmaxa həvalə etmək olmaz. .... elə dəyilmi?

Bayram 2018-07-26 15:07:14

Sonra da deyirlər ki bizi istəməyən xarici qüvvələr aranı qatırlar. Belə yerində olmayan kadrlar xalqı hökümətdən narazı salırlar. Bu məmurun məntiqinə görə bütün dəyərli şeylərin qiymətləri artırılmalıdır ki hər yerindən duran az maaş alan (məsələn müəllimlər) vətəndaşlarmız üçün əl çatan olmasın. Özlərinə lazım olandada Rusiyadan və başqa qonşu ölkələrdən misal gətirirlər. Ancaq heç vaxt o ölkələrdəki orta əmək haqqı ilə bizdə olanı müqaisə etmirlər.

PULU OLMAYAN VİCDANLI VƏ VƏTƏNPƏRVƏRDİR, 2018-07-26 15:07:14

PULLULARIN ÇOXU İSƏ ALLAHŞÜKÜR KİMİ VİCDANIN NƏ OLDUĞUNU BİLMİR VƏ YA VƏTƏNLƏRİ DƏ PULDUR VƏ PULDUR...

akif 2018-07-26 15:07:14

Yeni il gabagI dekabr 28 ne bilet almag ucun 4 nefer ailla ile Tiflise 10 gun galmis dekabrin 18,19 20,21 seher saat 9 da demir yol vagzalinda yerlesen asan kassalarinda bilet tapa bilmedim kupe vagonlara.?deadlier bilet gurtarib?maraglidir he .onlaynlada internet vasitesilede olmadi.

Əhməd 2018-07-26 15:07:14

Sənin kimi hər yerindən durana vəzifə veriblr o da 5-3 manat pul görən kimi milləti təhqir edir.Sən bir güzgüyə bax gör sən kimsən...

SEYMUR 2018-07-26 15:07:14

daha pis yerin qiymetini salardilar da Bizde fikirleserdik meqsedleri xalqin rifahidi :) Ozlerini agilli hesab edirler ya xalqi agllsiz ?

Sərnişin 2018-07-26 15:07:14

Əcaib bəhanədir.İnsanlar CV bilet alır,əcəb edir.Bu nə deməkdir ki,hər gələn CV bilet alırdı.Ona görə qiymətini yüksəltdikBu necə münasibətdir. Deməli çörək 50 qəpiyə satılır,.sabah dur qiymətin baha et.Qiymət qaldırmaq üçün əsaslar olmalıdır: Gediş neçəyə başa gəlir,idarənin rentabelliyi ( 15-18 % ) nəzərə alınır və qiymət müəyyənləşdirilir. Yoxsa.insanlar CV-yə bilet alır bəhanə deyil,əksinə milləti alçaltmaqdır!Ölkədə qiymət məsələsi başına buraxılıb.Ona görə belə anlaqsız məlumatlar verilir.

Demir yolu rehberliyine 2018-07-26 15:07:14

Adamin sozunden bele cixir ki 20 manatliq vaqonda SV bileti her adam ala bilir 24 manat olsa ancaq orada elita gede biler o biri adamlarin gucu catmaz bilet almaqa.ona gore biletin qiymeti qalxir ki kiwiler sixliqin ve problemin qarwisini alsinlar..Kadrlar lazimdir Atin qabaqina et itin qabaqina ot qoymaq lazim deyil ozunuzu aldatmayin yol rehberliyi bele kadrlarla.xalq yaziqdir ona xidmet edin "axi siz xalqin xidmetcisiniz"Imkanli adamlar hec senin vaqonuna minmir CIP-lere gedir bakiya,rayona

ha 2018-07-26 15:07:14

apreldə Bakıdan Bərdəyə getmək üçün qatara bilet almaq istədim, bütün kassalarda bilet yoxdu dedilər, tanışlıqla bilet alıb gəldim vaqona, baxdım ki, o boyda vaqonda cəmi 6 sərnişin var, qimət artsa da vaqonlardan üfunət iyi gəlir

omer 2018-07-26 15:07:14

Amma yuxari yerlerin qiymetini azaltmaqda olardi..bu xalq ucunde,o butun kupeni almaq isteyen ucunde yaxwi olardi..ele sizinde serniwinlerin sayi artardi

məmmədqulu 2018-07-26 15:07:14

Fəhlə, özünü sən də bir insanmı sanırsan?! Pulsuz kişi, insanlığı asanmı sanırsan?! İnsan olanın cahü cəlali gərək olsun, İnsan olanın dövləti, mali gərək olsun, Himmət demirəm, evləri ali gərək olsun; Alçaq, ufacıq daxmanı samanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?! Allah Sizə qəni-qəni rəhmət etsin ey M.Ə.Sabir. Görün rəis müavini belə deyəndə, rəis nə deyəcək...

Qezenfer muellim 2018-07-26 15:07:14

Bu camaati tehqir etdiyine ozune bir baxsin ilk once

Das 2018-07-26 15:07:14

Dəhşətli bir durumdur. O məmurdan soruşan yoxdur ki, sürdüyün maşını, aldığın evləri aldığın 600-700 manat maaşla almısan??? Cəzasızlıq mühitidir. Hər yerindən duran nə deməkdir?! Niyə milləti təhqir edir bu məmurlar?!

Oqtay 2018-07-26 15:07:14

Ay kioşi işlədə bilmirsən get bir ərizə yaz ki bacarmıram və get da İşləyə bilməmək necə olur ki Axı sən fərasətsiz niyə işləməlisən orada hansı biliyinə görə səni orada saxlayırlar Yəqin millətin işinə yaraya bilməsən də rəisinin işinə yarayırsan deyə səninki kimi yerindən duranı orada saxlayır O da sənin tayındı.Millətə hörməti olan istefa verər

Qulu 2018-07-26 15:07:14

Bu adam bizi istəməyən xarici qüvvələrin Azərbaycandakı təmsiçisinə BƏNZƏYİR. Əhalini dövlətdən narazı salmaq istəyir. Deyəsən, alınır da! Həm də üstüörtülü danışmaq lazımdır-məsələn, Allahşükür yox, Boquslav .

Son yazılar