"Freedom House" Azərbaycan rəsmilərinə qarşı sanksiyaya çağırdı

Devid Kremer: " "Seçkidən bir gün əvvəl nəticələrlə bağlı məlumatların yayılması Əliyevin “parlaq qələbəni" necə təmin etdiyinin sübutudur"

"Freedom House" beynəlxalq hüquq-müdafiə təşkilatının prezidenti Devid Kremer Azərbaycanda keçirilmiş prezident seçkilərinin saxtalaşdırılmasıyla əlaqədar Avropa Birliyinə müraciət edib. Azərbaycan hökumətinin beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirdiyini vurğulayan Devid Kremer Avropa Birliyini bu ölkədə insan hüquqları və demokratiya məsələlərinə diqqət yetirməyə, hökumət rəsmilərinə qarşı sanksiyaların tətbiqinə çağırır. "Freedom House"un rəhbəri fikirlərini konkret faktlarla əsaslandırır: "Azərbaycanda keçirilən prezident seçkilərində ifadə və toplaşma azadlıqlarının ciddi şəkildə məhdudlaşdırılması, qutulara bülletenlərin top-topa doldurulması seçki prosesinə etimadı açıq şəkildə sarsıdıb. Biz Avropa Birliyini Azərbaycanla münasibətlərdə demokratiya və insan hüquqları məsələsini prioritet kimi seçməyə, Azərbaycan rəsmiləri üçün viza rejiminin sadələşdirilməsinə dair danışıqları dayandırmağa çağırırıq. Nəzərə almaq lazımdır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçiləri seçkinin çox ciddi pozuntularla keçirildiyi haqda bəyanatla çıxış edib. Hökumət müstəqil mətbuatı, vətəndaş cəmiyyəti təşkilatlarını, siyasi fəallar və onların tərəfdarlarını açıq şəkildə repressiyalara məruz qoymaqla, azad və ədalətli seçki keçirmək imkanlarını aradan qaldırdı. Müxalifət namizədlərinə mediaya çıxış imkanları kəskin şəkildə azaldıldı. Toplaşma azadlığına ciddi problemlər yaradıldı".

İlham Əliyevin açıq şəkildə hakimiyyət resurslarından istifadə etməklə özünə 85 faizlik səsi təmin etdiyini vurğulayan Devid Kremer Azərbaycanda seçkinin nəticələrinin MSK tərəfindən hələ səsvermədən bir gün əvvəl yayılmasına da diqqət çəkib: "Seçkidən bir gün əvvəl nəticələrlə bağlı məlumatların yayılması Əliyevin “parlaq qələbəni" necə təmin etdiyinin sübutudur. Seçki dövründə Azərbaycan hökuməti üzərinə götürdüyü beynəlxalq öhdəliklərə açıq şəkildə sayqısızlıq nümayiş etdirib. İlham Əliyevin "qələbəsi" hakimiyyətin legitimliyini şübhə altında qoyur".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar