SABİQ DEPUTATIN QIZI "KAMAZ"la QUBA YOLUNDA?... - Yol Polisindən şok protokol

"Bu gün ünvanıma elektron protokollar göndərilib. Baş Dövlət Yol Polisi İdarəsi 99- MP-847 nömrəli başqasının maşınının protokolunu da mənim adıma göndərib! Ona görə də məktubu mənə göndərənlər inciməsinlər, başqasının əvəzinə pul ödəmək həvəsim yoxdur...

Buna dözmək olar, uzaqbaşı fikirləşərəm ki, "texniki səhv" olub. Bəs, qızımın ünvanına gələn protokola nə ad verək?"

"AzPolitika"nın məlumatına görə, bu barədə yazıçı, sabiq millət vəkili Xeyrəddin Qoca sosial şəbəkədə yazıb. Sabiq deputatın səbrini daşıran isə qızının ünvanına göndərilən protokol olub. Belə ki, Yol Polisinin göndərdiyi protokolda qeyd olunur ki, X. Qocanın qızı Quba yolunda "Kamaz" "sürərkən" yol qaydalarını pozub:

"MMX 7308883 nömrəli elektron protokolda qızımın sürdüyü "Opel" markalı maşının nömrəsinə uyğun bir "Kamaz" markalı maşının böyüdülmüş və kiçildilmiş şəkilləri görünür. Tərs kimi ətrafda heç bir maşın görünmür ki, qızımın maşınına oxşadaq...

İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə görə qızım 50 manat cərimə olunub! Həm də protokolda göstərilir ki, qızım maşını ilə 27 iyun 2018- ci ildə Quba yolunda yol qaydalarını pozub. Qızım həmin gün işdə olub, həm də Kamaz sürməyib...

Ümumiyyətlə, nəsil- nəcabətimizdə Kamaz sürən adam olmayıb! And içirəm!

A kişilər, belə işləmək olar? Mənə elə gəlir ki, həmin məktubları göndərənlərin başına gün dəyib! Hava çox istidir, axı!.."

635x100

Şərhlər

Alı 2018-08-04 11:43:56

Ay Xeyrəddin Qoca, ay Alqış Həsənoglu və digər YAP-ı yaradanlar.Görün ugrunda can qoydugunuz YAP və onun hökuməti sizləri qovub necə siçan deşiyinə doldurdu, coxlarınızın ailəsinin, övladlarının həyatını belə tarımar etdi və meydanı Elman Nəsirli kimi ... verdi.Niyə səsiniz çıxmadı və indi gic-gic şeylərdən şəstlə yazırsınız? Heç utanmaırsınızmı YAP-ın düşdüyü ölkədə hər şeyin böyük sürətlə geriyə-məhvə dogru yumalandıgı bu durumdan?...

Yengibar 2018-08-04 11:43:56

Xeyrəddin bəy,dərdiniz elə budurmu? Çoxdandır bir yazı yazmırsınız.Banklarda, "xalq təsərrüfatında", "kənd təsərrüfatında" batan milyardlar, ölən kəndlər, köçən rayonlar, Pənah Hüseyn demişkən, hər yerdə "bespredel" sizi narahat etmirmi? Nələr baş verir bu ölkədə? Yaşadığımız bu cəmiyyətin ictimai quruluş formasını bilirsinizmi? Allah siz ziyalılara bir az artıq ağıl, bir az da artıq imkan verib, bu dövlətin, xalqın dərdlərindən yazın.Allah sizi bağışlamaz.

DİN-nin süqutu: 2018-08-04 11:43:56

... bitmişdir!!!

G.M 2018-08-04 11:43:56

Burada qeyri adi bir şey yoxdur.Olsun ki,Xanım bala Opeli KAMAZ-lar kimi yolun ortasıyla sürürmüş.))

Son yazılar