GÖMRÜKDƏ 2 İDARƏ BİRLƏŞDİRİLDİ - Həsən Eyyubov rəis təyin olundu

Azərbaycan Gömrük Komitəsinin sədri, general-leytenant Səfər Mehdiyev Aksiz Baş Gömrük İdarəsi ilə Avtonəqliyyat Baş Gömrük İdarəsini birləşdirib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı komitə sədri Səfər Mehdiyev əmr imzalayıb.

Belə ki, yeni yaradılan quruma Həsən Eyyubov rəis təyin edilib.

Qeyd edək ki, Həsən Eyyubov Bakı Baş Gömrük İdarəsinin rəis müavini olub.

635x100

Şərhlər

Sahibkar 2018-08-21 16:16:33

Gömrükdə sağlamlaşdırna aparmaq istəyiriksə öncə gömrük məcəlləsində monopolist v yuxarıların icazə verdiyi gömrükləmədən azad (yəni gömrük ödənşi etmədən bazara mal çıxaranlar) edilən sahibkarlara ayı xidməti etməyə imkan verən,yəni adi sahibkarlara zərər yetirən maddələri sivil dünya maddələrinə uyğun şəklə gətirməli,gömrükdə kök salmış klanlardan azad olunmalıyıq.Gömrükdə tayfabazlığa ( biri gömrükdə.digər qohum sahibkar,o biri qohum vergidə) son qoyulmalı,qanuna hamı riayət etməlidir.Bu zaman qayda olar

Qoca Molla 2018-08-21 16:16:33

Doğurdan da nəyə lazımdır ayrıca Gömrük İdarəsi. Büdcədən havayı yerə boş boşuna pullar xərclənir. Oranın da işçiləri orta əsr feodalları kimi xərac yığmaqla ömür-günlərini sürdürürlər, nəticədə də camaatı süründürürlər. Bu məqam DYP işçilərinə də aiddir. Dövlət küllü miqdarda vəsait xərcləyib hər yerə videokameralar radarlar yerləşdiriblər. O zaman haqqlı sual ortaya çıxır nəyə lazımdır tez tez yenilənən bahalı DYP maşınları. Məgər onların sayını azaldaraq kamera müşahidəçilərinin sayını artırmaq olmazmı?

Sahibkar 2018-08-21 16:16:33

Nə qədər Gömrük naxçıvanlılara bağışlanıb,orada sağlam iş olmayacaq. Bir ora gedəndə sevinirsən ki, malın gəlib,bir də oradan gedəndə (sevinirsən ki,nə yaxşı bu ... əlindən canım qurtadı).

Yengibar 2018-08-21 16:16:33

Ay qardaş, axı bu boyda gömrük idarəsi nəyə lazımdır, onun özünü vergilər naziriliyi qarışıq ləğv edib maliyyə nazirliyinə birləşdirmək lazımdır.Axı onun nə böyük funksiyası var? Ətimizi tökməyin, ayıbdır.Bu qurumun bircə sənədi var- o da bəyannaməçinin bəyannaməsi! Əgər səhvdirsə də bəyannaməçi cavbdehdir, düzdürsə də onun kimi. Qoy cəzasını məhkəmə, ruzisini Allah versin, yoxsa "kakoy nibud tupoy inspektor"....

Son yazılar