ABUTALIBOVUN SƏRƏNCAMLARI QANUNSUZ SAYILIR - Baş nazirin müavini istintaqa cəlb olunacaq?

Paytaxtda qanunsuz adlandırılan obyektlərə icazəni BŞİH verib, amma bunun zərbəsi sahibkarlara dəyir

Bakı Şəhər İcra Hakimiyyətinə  başçının müavini təyin olunan Eldar Əzizov fəaliyyətinə paytaxt ərazisində söküntülərlə başlayıb. Belə ki, icra hakimiyyəti Bakının yol kənarlarında, keçidlərdə, səkilərdə qeyri-qanuni tikilmiş və sakinlərin gediş-gəlişinə mane olan obyektlərin siyahısını hazırlayır. Tezliklə həmin obyektlərin söküntüsünə başlanacaq. Bildirilir ki, bu obyektlər qeyri-qanunidir və tikintini aparan sahibkarlar, Bakı Şəhər İcra Hakimiyyətindən və yaxud da yerli icra orqanlarından müvafiq icazəni almayıb, onlara bu barədə məlumat verməyiblər. Həmçinin qeyd olunur ki, bu obyektlərin heç bir sənədləri yerində deyil, ona görə də sökülməlidir.

“Yeni Müsavat”ın məlumatına görə, artıq Bakının bəzi yerlərində neçə obyekt sökülüb, tikintiyə yeni başlayanların isə qoyduqları bünövrə dağıdılıb.  Söküntü dalğası ilk olaraq Xətai rayonunu “vurub”. Belə ki, burada ötən günlər ərzində 7 obyekt sökülüb. Bu obyektlərin sökülməsinə əsas kimi bildirilib ki, tikililər gediş-gəlişə mane olublar. Ona görə də sökülməsi uyğun bilinib. “Ukrayna” dairəsinin yaxınlığında isə maraqlı hadisə baş verib. Belə ki, əvvəlcə sahibkara tikinti üçün icazə verilib, sahibkar obyektinin bünövrəsini qazıb, işlərə başlayıb. Obyektin divarlarını qaldıran zaman isə icra hakimiyyətinin nümayəndələri gəlib, tikilini qanunsuz hesab edib, bünövrəni dağıdıblar. Hazırda da ərazi qazılmış, dağılmış vəziyyətdədir.

Bundan əlavə, metronun “Əhmədli” stansiyasının yaxınlığında da bir neçə hasara alınmış yer var ki, orada da tikililərə sonradan icazə verilməyib və sahibkarın qaldırdığı divarlar sökülüb.

Məlumat üçün onu da qeyd edək ki, söküntü aparılan ərazilərdə xeyli sayda obyekt var. Həmin obyektlərin sahibləri ilə söhbətimiz zamanı onlar bildirdilər ki, icra hakimiyyəti bu tikililəri, obyektləri qanunsuz adlandıra bilməz:“Çünki burada daşı-daş üstünə qoyduğumuz zaman icra hakimiyyətinin nümayəndələri, eləcə də MİS-in əməkdaşları, hətta digər qurumların nümayəndələri də bir-bir gəlib, nə tikilməsi ilə maraqlanırlar. Buradakı obyektlərin hamısının da müvafiq sərəncamı var. Heç bir obyekt sərəncamsız tikilə bilməz”.

Obyekt sahibləri bildirdilər ki, hər ay bütün müvafiq qurumlardan nümayəndələr gəlib yoxlama aparırlar. Onlar arasında Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri də olur. Lakin indiyə qədər obyektin qeyri-qanuni olması ilə bağlı onlara kimsə nə isə deməyib. Maraqlı hal da budur ki, yeni obyektlərin tikintisinə verilən icazəni ləğv etməklə bərabər, köhnə obyektləri də sökürlər. Qeyri-qanuni adlandırdıqları üçün də sahibkarlara heç bir kompensasiya ödənilmir.

Bakıda səkilər söküntü BŞİH ile ilgili görsel sonucu

Ötən sayımızda da yazmışdıq ki, Bakı Şəhər İcra Hakimiyyətində sərəncam qalmaqalı yaşanır. Belə ki, rəsmi məlumatlara görə, sahibkar BŞİH-in saxtalaşdırılmış sərəncamı əsasında obyekt tikmək istəyib. Bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 320.1 və 320.2-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi də başlanıb...

Aprelin 21-nə qədər BŞİH-in başçısı Hacıbala Abutalıbov olub. Sahibkarlar bildirirlər ki, verilən sərəncamlarda birbaşa Abutalıbovun da imzası olub. Əgər belədirsə, o zaman H.Abutalıbovu da məsuliyyət gözləyirmi? Yəni Bakıda səkiləri tutan bu qədər obyektlərin, çayxanaların hamısı özbaşına, qanunsuzmu tikilib?

Hüquqşünaslar bildirirlər ki, bu kimi araşdırmaların sonunda Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri də cinayət məsuliyyətinə cəlb edilə bilər...

Natiq Cəfərli ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu məsələlərdə hüquqi kazus yaranır: “Sərəncamı hər hansı bir şəxs vermir. O, bunu dövlət adına verir və tutduğu vəzifənin ona verdiyi səlahiyyətlər çərçivəsində bunu edir. Həmçinin sərəncamın arxasında dayanan da şəxslər deyil, dövlətin qayda-qanunlarıdır. Qeyri-qanuni sərəncam anlayışı isə ancaq məhkəmə yolu ilə müəyyənləşdirilə bilər. Məhkəmə belə bir qərar verə bilər ki, Azərbaycan Respublikasının Konstitusiyasına və yaxud da hansısa qanunverici aktlarına uyğun olmayan sərəncam verilib. Həmin sərəncamı verən şəxs də dərhal məsuliyyətə cəlb olunmalıdır.

Bakıda səkilər söküntü BŞİH ile ilgili görsel sonucu

Azərbaycanda icra hakimiyyəti orqanlarında çox qəribə bir tendensiya var. İstər bölgələrdə, istərsə də Bakıda yeni təyin olunmuş icra başçısı özündən öncəki sərəncamları qeyri-qanuni elan edir. Bu cür halların dəfələrlə şahidi olmuşuq və oluruq. Regionlarda da bu, tez-tez baş verir. Hansısa rayona icra başçısı təyin olunan kimi həmin şəxs özündən əvvəlki icra başçısının sərəncamlarını qeyri-qanuni sayır. Bu, tamamilə dövlətçilik ənənələrinin kökündən çeynənməsi deməkdir. Çünki o sərəncama vurulan möhür dövlətindir, şəxsin deyil. Bakı şəhərində son zamanlar baş verən söküntülər isə heç bir məhkəmə qərarı olmadan aparılır. Məhkəmədə sübut olunmayıb ki, bu, qeyri-qanuni tikilidir və hər hansı bir formada şəhər infrastrukturuna ziyan vurur.

Hacıbala ile ilgili görsel sonucu

Belə olmadığı halda söküntü işlərini necə apara bilərlər? Məhkəmə qərarı olarsa, belə söküntülər yalnız kompensasiyanın ödənilməsi ilə həyata keçirilə bilər. Nə kompensasiyalar normal şəkildə ödənilir, nə də sahibkarın qoyduğu vəsait nəzərə alınmır. Bu da ümumi biznes mühitinə də çox mənfi təsir göstərir. İstər daxili, istərsə də xarici investor anlayır ki, qoyduqları vəsaiti sabah belə əməllərlə sıfıra salına, obyektlərini sökə bilərlər. Məhkəmə qərarı olmadan hansısa obyektlərin sökülməsi, qeyri-qanuni adlandırılması tamamilə məntiqsiz yanaşmadır”.

N.Cəfərli də bildirib ki, bu proseslərdə məntiqlə BŞİH-in keçmiş rəhbərliyi məsuliyyətə cəlb oluna bilər: “İzahat yoxdursa, bu, həm hüquqi, həm də siyasi məsuliyyət yaradır”(musavat.com).

635x100

Şərhlər

Cabir 2018-09-01 10:01:10

Olan olub,keçən keçəndən sonra, istintaq? Bəs bu oranlar 17-18 ildir bu ölkədə,bakı şəhərində olmayəblar? Bəs onların vəzifəsi nəzarət olmayəb? Bu necə üsul-idarədir? Hansı ölkədə belə səhlənkarlıqlar olur? DEməli ölkədə hüquqömühafizə orqanları istədikləri vaxt işləyirlər.Bəs onlardan yuxarıd duranlar hara baxır?BUnların hamısı Bakı şəhərində olmurlar?Yoxsa,işdən çıxarıldı,gəlin sökək?Səlim Müslümov,Fazil Məmmədov və Nazim İçrahimov,əvvələr səs salınan hacı İbrahima milyardları yedilər,sanki heç nə olamyıb

patriot 2018-09-01 10:01:10

Qusmaq vaxtdidi

Vəliyev 2018-09-01 10:01:10

Bəs Hacıbala Pənahovu boşuna özünə müavin gətirmədi ki? Pənahov da rəhmətlik oldu,Hacıbala gördü ki,onsuz işi keçməz,özünə isti-Baş nazirə müavin- yeri düzəltdi.Ona hər şey bağışlanırdı.Amma niyə? Axı mer yeri də onun yeri deyildi.Sadəcə yaltaqlığı bacarır.Başqa qabiliyyətini bilən varsa.söyləsin.

bisavad 2018-09-01 10:01:10

Qız Qalasının "sərəncamını" kim verib. O sərəncam qanunidir, yoxsa qanunsuz?

Yasar muxbir 2018-09-01 10:01:10

Xetai rayonu da bas alib geden qanunsuz ve ya torpaqdan qanu suz istifade edilmekle aparilan texminen bir il erzindeki 200 yaxin tikiniler baresinde baki seher iha ile yanasi seher prokurorluxuna defelerle muraciet olunub fotk faktlar teqdim olunub. Ne faydasi ki redaksiyanin erazisinde 5 axac ekmisdik onu da 99sayli gek mudiri cixarib zibillik yaratdi ne qederki Razim ihb iri qaz ve su xetlrinin muhafizesinde bax baxcalarda sekilerde moyka ve kafelerr tikilecek. Bunu seheriha dayandira bilmez ozleri demis.

EWDER 2018-09-01 10:01:10

HACIBALANI BAW NAZIR QOYUB,WEREF ORDENI VERMEK LAZIMDIR.

vətəndaş 2018-09-01 10:01:10

.... məmurlar bu ölkəni qarışqarış sarıb özəlləşdirib talayıblas. Neft milyardları da da talanıb və davam edilib. Və bu çirkin niyyətli talpa öz qara əməllərini davam edirlər. Dur deyən də yoxdur.

Randa x-dən 2018-09-01 10:01:10

Kürsülərdə əyləşmiş məmurlardan kimsə Qadjibobbidən fərlənir ki? Komanda gələndə (yəni onların kompramat materiallarını mediaya ötürəmdə) qalaylama prosesində olduğu kimi hamısının paxırı açılır və söküntü-dağıntı fəaliyyətlərinin həcmi və arealı ortaya çıxır.

Müəllimə vızzdan 2018-09-01 10:01:10

Hacıbala heç kimdən qorxmur.

Randa 2018-09-01 10:01:10

18-İl Bakını sökdü qanunu saymadı konustutsiyanı yıxıb sürüdü.İndi deyirsiz o pul yıqıb.Qanuni sərəncamı-Ali məhkəmənin qüvvəyə minmiş qərarı ola-ola torpaqı POMPAJ MTK-dan alıb başqasına verib.2-saylı inzbati-iqtisad məhkəməsində nümayəndə bunu təsdiq edib və məhkəmə haqlı olaraq sərancamı etibarsız hesab edib torpaqı MTK-ya qaytarıb.Hacıbalanın əlini necə isidiblərsə şikayət edib qərarı vəğv etdirib.PUL-səndə olan ğücə-abırsızlıqa-qanunu və kanistutsiyanı minib capmaqa bax.haram olsun sənə YAP-ın bileti.

Müəllim 2018-09-01 10:01:10

Qoca kiçidir, yazıqdı qorxuzmayın, .... bilər.

məmmədqulu 2018-09-01 10:01:10

Hacıbalanın verdiyi qərarların hansı düzgün olub ki?? Onun qərarları düzgün olsaydı oğlu Türkiyədə 20-20 milyon dollara otel ala bilərdi?? De da bə Adabədə məllim!!!

Vətəndaş 2018-09-01 10:01:10

Bəllidir ki,Abutalıbov 16-17 ildir Bakının meri olub.Bu illər ərzində niyə onun işi ilə heç kim maraqlanmayıb,gördüyü qeyri-qanuni işlərin,verdiyi əsassız,əcaib qərarlarla maraqlanan olmayıb. Hətta sonda vəzifəsi də yüksəldilib Baş nazirə müavin təyin olunub.Ən maraqlısı isə indi bəzi işlərini açıb ağartmağa başlayıblar.Bu anlaşılmaz hərəkətlərdə məqsəd bəlli deyil.

sakin 2018-09-01 10:01:10

"Mockba" kinoteatrı ətrafında labirint tikintilər hansı şəhərsalma layihəsinə uyğundur.Onun kimi elə onun yaxınlığında,əhainin gediş-gəişinə maneçilik edən "köhnə "Arzu" şadlıq evinin qarşısında neydançada üç mərtəbə hansı plana uyğundur?Ümumiyyətlə 3-cü mikrorayon ərazisinə bir ciddi baxış keçirils çox uyğunsuzluqlar ortaya çıxar.

t.ədalət 2018-09-01 10:01:10

Hacıbalanın da üst-başından erməni iyi gəlir.ermənilərlə qohum olanlar indi Azərbaycanda atını dördnala çapır..

G.M 2018-09-01 10:01:10

H.abutalıbov da bu gedişlə..oğurladıqlarının böyük bir hissəsini geriyə qaytarmalı olacaq.Onun nəinki sərəncamları,nəfəsinin gedib,gəlməsi də qeyri qanunidir.İndi başa düşəcək ki,ölkə də bir neçə ``kişi`` var.

antiAbu 2018-09-01 10:01:10

Əsrin əvvələrində Həsən Əliyev küçəsi və Gənclik, taxta domiklərdən ibarət həyətlər idilər. Sonradan bu 20 kvadrat metrlik domiklərə kupça verdilər. Bu həyətlərdə tikilmiş villara JEK müdirlərinin təsdiqlədikləri çizgilər əsasında sərəncamlar verilib. Hacıbala, 2001-2006-cı illərdə bu torpaqları satıb, yaxşı pullar qazanıb. Yolunu azıb 20 manat pul alan müəllimi o dəqiqə tutub həbsxanaya atırlar, dövlət torpaqlarını satıb 200 milyonlarla pul qazanan Hacıbalanı Baş nazirə müavin təyin edirlər.

Son yazılar