BİR QRUP RABİTƏÇİ NAZİRDƏN PREZİDENTƏ ŞİKAYƏT ETDİ - ““BTR” MMC-nin rəhbərliyi bizə yeni sürpriz hazırladı...”

Xətai Telefon Qovşağında işdən azad edilən təcrübəli rabitəçilərin əvəzinə kimlər işə götürülür?

Təcrübəli və savadlı kadrların naşı və mütəxəssis olmayan birilərilə əvəz olunması halları bir çox qurumlar kimi, Rabitə, Nəqliyyat və İnformasiya Texnologiyaları Nazirliyində də müşahidə olunmaqdadır.

Prezident İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən, şikayətlərinin bir nüsxəsini də "AzPolitika"ya göndərən “Bakı Telefon Rabitəsi” MMC-nin Xətai Telefon Qovşağının işçiləri bildirirlər ki, müəssisənin rəhbərliyi 15 ildən 40 ilədək iş stajı ölan mütəxəssisləri "öz ərizəsilə" işdən azad olunmağa vadar edir.

Bu yolla yüzdən artıq işçini azad edən rəhbərlik öz xoşu ilə işindən ayrılmayan və müqavimət göstərənləri də ixtisar və digər bəhanələrlə işsiz qoymağa çalışır: “BTR” MMC-nin rəhbərliyi yeddi ay fikirləşdikdən sonra bizə yeni sürpriz hazırladı, hər birimizə ixtisara düşmək haqqında bildiriş göndərərək, 2 ay vaxt verdi. Rəhbərlik bu ixtisarı yeni strukturun təsdiqi ilə əlaqələndirir. Biz isə istəyirik ki, həmin strukturla tanış olaq və bizi də yeni strukturda olan şöbələrə yerləşdirsinlər".

Müxtəlif yüksək instansiyalara müraciət etməkdən yorulduqlarını bildirən şikayətçilər, nə "Bakı Telefon Rabitəsi" MMC-nin rəhbərliyi, nə də nazir Ramin Quluzadənin onları qəbul etmədiklərini söyləyirlər:Bundan öncə “109” Məlumat Sorgu xidmətinin 46 xanım işçisi, 2018-ci ilin yanvar ayında isə qovşağın 120 əməkdaşı təzyiq altında ərizə yazaraq işdən azad olunublar. Halbuki, müəssisədə ad dəyişikliyi olduqda, müvafiq qanunvericiliyə görə, müqavilə, müəyyən şərtləri dəyişdirilərək, qüvvədə qalmalı idi".

İşsiz qalmaq təhlükəsilə üz-üzə olan rabitəçilər deyirlər ki, onlara təzyiq göstərən rəhbərlik, əvəzində təcrübəsiz və hətta ali savadı olmayan şəxsləri məmnuniyyətlə işə götürməkdədir. MMC və nazirlik rəhbərliyini Azərbaycan Respublikasi Konstitusiyasına, Əmək Məcəlləsinə hörmətsiz yanaşmaqda günahlandıran şikayətçilər ölkə başçısına və birinci vitse-prezidentə müraciət etməyə məcbur qaldıqlarını vurğulayırlar.

Onu da qeyd edək ki, Xətai və digər rayonların telefon qovşaqlarının haqları tapdanan işçiləri bundan öncə də mətbuat vasitəsilə düşdükləri durumu ictimaiyyətə çatdırıblar. Rabitəçilər ümid edirlər ki, budəfəki müraciətləri ölkə rəhbərliyi tərəfindən eşidiləcək və onların adi əmək hüquqları bərpa olunacaq.

Qeyd edək ki, müraciət aşağıdakı rabitəçilər tərəfindən göndərilib:

Süleymanova S.A – 2005-ci ildən mühəndis vəzifəsində işləyir;

Səfərova Ş.İ – 1998-ci ildən mütəxəssis vəzifəsində işləyir;

Məmmədova A. A. – 2010-cu ildən mütəxəssis vəzifəsində işləyir;

Bunyadova K.N. -1998-ci ildən mütəxəssis vəzifəsində işləyir;

Yarəhmədova R. – 1983-cü ildən mütəxəssis vəzifəsində işləyir;

Nağıyeva S.R – 1975-ci ildən şöbə rəisi işləyir ;

Əliyeva H.Q. – 1981-ci ildən mühəndis vəzifəsində işləyir;

Yunisova V.Z. – 2014-cü ildən mühəndis vəzifəsində işləyir.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

S.Ənvərqızı 2018-09-03 17:20:58

Ramin Quluzadə sabiq RN-i, Akademik cənab Əli Abbasovun rəhmətə gedənlərinə dua oxutdurur........................?

Abid-ə 2018-09-03 17:20:58

Quluzadə rabitə,nəqliyytdan,yeni texnologiyalardan heç zaman anlaşıqlı ola bilməz və bilməyəcək.Bu boyda geniş nazirliyin belə adama tapşırılması öncədən yanlış olub.Ən maraqlısı isə odur ki. Quluzadə özü də yaxşı bilir ki. oturduğu vezifə onluq deyil......Zamanla yanar.BU mütləqdir.....

S.Ənvərqızı 2018-09-03 17:20:58

Rabitə Nazirliyində Vətəndaşların müraciətinə əhəmiyyət verilmir Nazir dəyişilsədə,Nazirlik dəyişilməyib.İxtisaslı kadrlar,qeyri-peşəkar kadrlarla əvəz olunur.Rabitə dövlətin bel sütunudur. Rabitəyə dövlətimizi,xalqımızı qəlbən sevən,Qanunun aliliyinə riayət edən,dəyərli,peşəkar kadrlara üstünlük verilməlidir,çünki rabitə səmimi insanların sahəsi hesab olunur. Hal-hazırda peşəkar kadrlar işsizlik həyatı yaşayır,qeyri-peşəkar kadrlar mühüm post sahibibdirlər ? Rabitə"Qocalar Evi"ni xatırladır.....?

Rabitəçi 2018-09-03 17:20:58

Xeyri yoxdur Rabitənin bütün sahələrində eyni vəziyyətdir.kimin pulu adamı var kadr islahatları ona aid deyil.kimin ki yoxdur kadr islahatları adıyla işdən uzaqlaşdırırlar. Ramil Quluzadəni məhz rüşvətxor korrupsioner, harın məmurlar əhatəyə alıb.belələrini ətrafından uzaqlaşdırsa yaxşı olar.və xahiş olunurki qəbuluna yazılan vətəndaşları qəbul günləri keçirib dinləsin.şəxsən mən neçədəfə müracitət etmişəm.ümümi şöbənin müdiri deyibki nazirin səni qəbul etməyə vaxtı yoxdur.qəbul sözünü yaddan çıxart.

Həlimə-yə 2018-09-03 17:20:58

....O boyda Prizdent administrasiyas bəs deyilmi ki,ölkədə baş verənlərdən vaxtında xəbər tutub ölçü götürülməsi üçün prezidentə bildirsinlər.Bəs vəzifələri bu deyilsə nədir?Administrasiyasnınə xeyli işçisi var.Bəs onlar nə ilə məşğuldurlar. .....Bir yarısı Rusiyaya,bir hissəsi Qərblə işləyir,qalanları da baş girləyir.Ən böyük səhv buradadır. Ölkədə uzun müddətli iş poqramı mövcud deyil.

abid 2018-09-03 17:20:58

Ramin Quluzadə hələ də bu sahənin mahiyyətini anlaya bilməyib və belə getsə heç 20 il sonra da anlamayacaq.Buna görə də nə etmək lazım oldugunu bilmədəyindən heç bir iş getmir.Sadəcə 2 ildən coxdur guya kadr məsələləri ilə məşguldur amma bu sahəni də bərbad günə qoydu.RYTN-də Nazirliyin aparat işçiləri belə ona anektodlar qoşurlar.Deyirlər RYTN AVTOPİLOTA qoşulub.Biabırçılıqdır vallah ....

Mühəndis 2018-09-03 17:20:58

Azərbaycanda kadrların seçilib yerləşdirilməsində uzun illərdir ciddi qüsurlara yol verilir.Misal ən son təyinatlar:1.Əhalinin sosialtəminat,rabitə,Kənd təsərrüfatı,diasporu və bu kimi vəzifələr təsadüfi kadrlardan ibarətdir.Onların nə təhsili.İxtisası,həyat təcrübəsi,iş stajları bu vəzifələrdən uzaqdır.Ona görə bu sahələrdə perspektiv gözləmək mənasızdır.kadr siyasəti bərbddır!

helime 2018-09-03 17:20:58

bu gunku gunu her shey probleme donub,Ushagi evin yaninda bagchaya duzeltmek isteyirsen-yer" yoxdur",mektebe qoymaq isteyirsen-yer "yoxdur",telefon chekmek isteyirsen-nomre "yoxdur",su chekmek isteyirsen-min cure behane getirirler,yeni, bir sozle-yixil ol! Tupoy memurlar ancaq camaatin esebleri ile oynayir.Ve hyechne deyishilmir.

Rabitəçi 2018-09-03 17:20:58

Öncə nazir özü sahənin mütəxəssisi olmalıdır ki,mütəxəssisin qədrini bilsin.Təsadüfi nazirlərdən nə gözləmək olar? döz ay millət!

helime 2018-09-03 17:20:58

Bizim hansi sahemiz yaxshi gundedir ki? olke bashchisinin,yegin,bu ishlerden xeberi yox.Baki etrafinda telefon chekdirmek qeyri-mumkundur.Erize yazitsan,deyir bash uste,2 gun kechir,deyir ,bagishlayin,korobkada nomre yoxdur ve bashlayirlar 300manata simsiz telefon nomresi teklif etmeye.Sorushan lazim-korobkada nomreleriniz "yoxdursa" ,bu sayda personal ne ishle meshguldur?

Son yazılar